Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə33/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   166
Tibb bacısının işi-1

Nəcisin müayinəsi (
koproqramma) əsasən həzm sistemi xəstəliklərində aparılır. Nəcis fiziki
kimyəvi, mikrobioloji xassələrinə, helmintoza, gizli qana görə müayinə oluna bilər. Müayinədən əvvəl 
nəcisin rəngini dəyişən (vismut, dəmir preparatları, barium-sulfat aktivləşmiş kömür və s), peristaltikanı 
artıran dərmanlar və qidalar qəbul etmək olmaz. Həmçinin imalə, şamlar, işlədici dərmanlar da qəbul 
edilməməlidir. Nəcisi sərbəst defekasiyadan sonra ağzı kip bağlanan konteynerə 1/3 həcmi qədər 
götürürlər, 2 saat ərzində laboratoriyaya çatdırırlar.
Bəlğəmin müayinəsi
bronx və ağciyər patologiyasını aşkar etmək üçün aparılır. Səhər öskürəkdən 
sonra ifraz olunan bəlğəm qırmızı qapaqlı steril konteynerə yığılır. İçinə ağız suyu və udlaq seliyi 
qarışmasın deyə, əvvəlcə ağızı qaynamış su ilə yaxalamaq və tüpürmək lazımdır. Bəlğəm çətinliklə ifraz 
olunursa əvvəlcədən xəstəyə bəlğəmgətiricilər vermək olar.
UĢaqlıq yolundan materialın götürülməsi
manual müayənədən əvvəl aparılmalıdır. Güzgülər isti 
su ilə yuyulur (antiseptiklər iztifadə etmək olmaz) . Material uşaqlıq yolunun yan və arxa tağından 
götürülür.
Uretradan materialın götürülməsi. 
Müayinədən əvvəl xəstə 2 saat sidiyə getməməlidir. İrinli 
ifrazat varsa material sidik ifrazından 20 dəq sonra götürülür. Əvvəlcə uretranın xarici dəliyi fizioloji 
məhlulda isladılmış tamponla silinir. Material xüsusi zondla 1,5 sm dərinlikdən azca massaj hərəkətləri 
etməklə götürülür.
Servikal kanaldan materialın götürülməsi
Əvvəlcə uşaqlıq boynu fizioloji məhlulda isladılmış 
tamponla silinir. Material xüsusi zondla 1,5 sm dərinlikdən götürülür. Zondu çıxararkən uşaqlıq yolu 
divarına toxundurmaq olmaz.
Uşaqlıq yolu, servikal kanal və uretradan götürülən materiallar 24 saat ərzində müayinə oluna bilər, 
lakin bu müddətdə mütləq +2+8
0
temperaturda saxlanmalıdır.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə