Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə29/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 26 
Mədə-bağırsaq yolunun rentgenoloji tədqiqatı üçün xəstənin qabaqcadan hazırlanması lazımdır. 2-3 
gün əvvəl xəstənin rasionundan tərəvəz, meyvə, qara çörək xaric edilir. Müayinədən qabaq 30 ml 
gənəgərçək yağı içirdilir və bundan 2-3 saat sonra təmizləyici imalə olunur. Tədqiqata 2-3 saat qalmış 
yenidən imalə edilir. Spirtli içki və siqaret də çəkmək olmaz.
Qida borusu və mədə-bağırsağın müayinəsi zamanı xəstə hazır barium-sulfat suspenziyası içir. 
Bağırsaqların və düz bağırsağın rentgeneoloji tədqiqi zamanı xəstənin düz bağırsağına barium 
suspenziyası yeridilir. Sanitarları şüalanmadan qorumaq üçün adi imalə və ya şprisdən deyil, qapaqla kip 
örtülmüş şüşə bankadan yeridirlər. Bankanın qapağında 2 deşik olur. Bunlardan birinə uzun rezin şlanq 
birləşdirlir və ucu bağırsağa salınır. Digər deşiyə isə qovluqlu rezin şlanq bərkidilir. Bu cür qurqu 
sayəsində sanitar barium horrası yeridilən zaman rentgen borusundan 2 m aralı kiçik qoruyucu pərdə 
arxasında qala bilir.
Duedonal zondlama
-qara ciyər, öd kisəsi xəstəliklərində tətbiq olunur. Axşam xəstəyə 8 damcı 
0,1%-li atropin məhlulu və ödün yaxşı ifraz olunması üçün 30 q ksilit verilir. Xəstə axşam yüngül yemək 
yeməli, qaz əmələ gətirən qidalar (qara çörək, süd, kartof) qəbul etməməlidir. Duodenal zond salmaq üçün 
1,5 m uzunluğunda 3-5 mm diametrli nazik elastik zond, sınaq şüşələri, ştativ, ödü əkmək üçün steril sınaq 
şüşələri, 20,0 qramlıq şpris, 40 ml 33%-li maqnezium sulfat, 40 ml 40%-li qlükoza məhlulu, 30 q sorbit, 
40 q ksilit olmalıdır. Adətən zondu ac qarına əməliyyat otağında salırlar. Xəstəni oturdur, zondun metal 
başını sağ əllə tutur, dilin dalına salır, xəstədən udqunmaq tələb olunur və burundan nəfəs almaq tapşırılır. 
Zondu yavaş-yavaş udmaq lazımdır ki, o burulmasın. Zond mədəyə düşdükdə xəstəni sağ böyrü üstə 
kuşetkaya uzadıb, başının altına yastıq qoyurlar. Sağ böyrünün altına isə yastıq, bunun üstünə isitqac 
qoyurlar, xəstə ayaqlarını dizdən qatlayır. Gələn mayeyə əsasən zondun olduğu yeri təyin edirlər. Mədədə 
olduqda şəffaf və ya azca bulanıq mədə şirəsi çıxır, 50-60 dəqiqədən sonra öd gəlməlidir. Sarımtıl maye 
gəldikdə hesab olunur ki, zond 12 b/bağırsaqdadır. Maye qələvi olur. Zondun 12 b/bağırsaqda olmasını 
şprislə hava vurmaqla yoxlamaq olar. Əgər zond mədədədirsə, xarakterik səs eşidilir və xəstə mədəsinin 
dartılmasını hiss edir. Əgər öd gəlməzsə, dəri altına 1 ml 0,1%-li atropin yeritmək olar. 3 porsiya öd 
almaq lazımdır.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə