Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə26/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   166
Tibb bacısının işi-1

Bədən quruluĢu və konstitusiya.
Konstitusiya
-orqanizmin morfoloji və funksional xüsusiyyətlərinin birliyi deməkdir. Aşağıdakı növ 
konstitusiyalar mövcuddur: 


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 24 
Astenik tip
-uzun və nazik ətraflar, barmaqların uzun və nazik olması, nazik skelet, boyun uzun, döş 
qəfəsi dar, qabırğa aralarının enli olması, əzələ qatının zəif inkişaf etməsi, dərinin nazik olması əsas yer 
tutur.
Hiperstenik tip
-bədənin şaquli ölçülərinin üfüqi ölçülərə nisbəti azalmış olur. (Astenik tipin əksi ) .
Normostenik tip
-astenik tiplə hiperstenik tip arasındakı orta vəziyyət.
Daha sonra ətraflara, oynaqlara, tənəffüsə fikir verilir. Əgər xəstə aktiv vəziyyətdədirsə, üzünün 
ifadəsi normal, şüuru aydındırsa, onda xəstənin vəziyyəti kafidir. Orta ağırlıqda olan xəstə vaxtının 
çoxunu yataqda keçirməyi üstün tutur, üzünün ifadəsi əzablı olur.
Ağır vəziyyətdə olan xəstə yataqda olur, şikayətləri və simptomlar geniş ifadə olunur.
Auskultasiya
-bəzi orqan və sistemlərdə gedən fizioloji və patoloji proseslərin nəticəsində yaranan 
səs fenomenlərini oyrənən müayinə metoduna deyilir. Auskultasiya aparmaq üçün ən geniş yayılmış 
müayinə aləti fonendoskopdur. Auskultasiya ağ ciyərlərdə xırıltıları, küyləri, tənəffüsün növlərini, ürək 
xəstəlikləri zamanı ürək yığılmalarının ritmikliyini, ürək tonlarını, küyləri öyrənir.
Palpasiya
-əlləmə baxışla paralel aparılır, həkimin əlləri isti olmalı, həkim xəstənin sağında 
durmalıdır. Palpasiya zamanı dərinin vəziyyəti (nəmliyi, elsatikliyi, turqoru) müəyyən olunur. Bundan 
başqa ödemlər, əzələnin vəziyyəti, limfatik düyünlərin vəziyyəti, həmçinin sümüklərin, oynaqların, ağrılı 
sahələrin, əyriliklərin, iri oynaqlar nahiyəsində dərialtı düyünləri də aşkar etmək olar. Perkussiya-
döyəcləmə vasitəsilə daxili orqanların yerləşməsini aşkar edir. Bunun üçün sol əli müayinə olunan 
nahiyəyə sıx söykəyib, sağ əlin orta barmağının, son falanqasının yumşaq yeri ilə sol əlin orta barmağının 
üçüncü falanqasına döyəcləyirlər. Zərbələr eyni qüvvə ilə, ritmik vurulur, perkussiya vasitəsi ilə 
orqanların sərhədlərinin dəyişib dəyişməməsini müəyyənləşdirir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə