Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə24/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 21 
MÖVZU 10 
 
XƏSTƏLƏRĠN DAġINMASI 
 
İlk yardımın əsas vəzifələrindən biri zərərçəkənləri və ya xəstələri vaxtında və düzgün yaxınlıqdakı 
tibb müəssisəsinə çatdırmaqdır. Daşınmanın növü və qaydası xəstənin vəziyyətinin ağırlığından və 
zədənin lokalizasiyasından asılı olaraq seçilir. Həmçinin, xəstəyə kömək göstərənlərin sayı və fiziki gücü 
də nəzərə alınır. Adətən xəstəni nəqliyyat vasitəsinə və nəqliyyatdan xəstəxananın qəbul şöbəsinə və 
müalicə olunacağı şöbəyə daşıyırlar.
DaĢınmanın aĢağıdakı növləri vardır: 
-köməklə hərəkət 
-qucaqda daşıma 
-beldə daşıma 
-iki şəxs tərəfindən “qıfılla” daşıma 
-yarımoturaq vəziyyətdə daşıma 
-xərəkdə daşıma 
Tibi xərəklərin uzunluğu 221 sm, eni 55 sm-dir. Xərək iki taxta və ya metal qoldan, 4 ayaqlı polad 
dirəkdən və diyircəkli ayaqlardan ibarətdir. Yatacaq yeri brezentdən və ya plastikdəndir. Xərəyin baş və 
ayaq tərəfində iki toqqalı qayış vardır. Tibbi xərəklər zərərçəkənə rahatlıq verir, nəqliyyata asan qoyulur, 
asan düşürülür. Xəstəni xərəkdə 2-4 nəfər daşıyır. Zədənin lokalizasiyasından asılı olaraq, xərəkdə xəstəyə 
müvafiq vəziyyət verilməlidir. Ona görə də xəstəni xərəyə uzatmazdan əvvəl balış, ədyal və s istifadə edib 
xərəyin səthini əlverişli vəziyyətə gətirirlər ki, xəstə yolda əziyyət çəkməsin.
Xəstəni xərəyə qoymaq üçün xərək xəstənin zədələnmiş tərəfinə yaxınlaşdırılır. Sonra iki nəfər 
xəstəni qaldırır və bir nəfər xərəyi xəstənin altına itələyir. Bu vaxt zədələnmiş nahiyəyə diqqət yetirmək 
lazımdır. Xəstə, adətən, arxası üstə, başı bir qədər yuxarı, əlləri yana doğru uzadılır. Baş zədələnmələrində 
başla yanaşı bədənin yuxarı hissəsi də qaldırılır. Döş qəfəsi zədələnmələrində xəstə yarımoturaq 
vəziyyətdə, qarın zədələnmələrində ayaqlar dizdən bükülmüş, onurğa və çanaq zədələnmələrində isə xəstə 
düz, arxası üstə uzadılır.
Xəstə daşınarkən bir sıra qaydalara əməl olunmalıdır. Xərəkdə xəstənin başı irəlidə olmalı, xərək 
eyni vaxtda qaldırılmalı, ehtiyatla, təkan vermədən, silkələmədən aparılmalıdır. Dağı və pilləkənləri 
qalxarkən xəstənin üfüqi vəziyyəti tənzimlənməli, baş tərəfi irəlidə (yuxarı qalxan tərəfdə) olmalıdır. 
Enərkən isə xəstənin ayaqları irəlidə (enən tərəfdə) olmalıdır.
Xəstə daşınmazdan əvvəl bədənin əzilmiş hissəsində sakitlik yaratmaq, ağrını azaltmaq və sümük 
uclarının toxumaları zədələməsinin qarşısını almaq, travmatik şokun profilaktikası məqsədilə 
immobilizasiya tətbiq edilir.
Xəstələri xəstəxanalara daşımaq üçün xüsusi sanitar maşınlardan, təcili yardım maşınlarından 
istifadə edilir. Bunlar olmadıqda hər hansı bir nəqliyyatdan istifadə etmək olar. Daha uzaq məsafəyə 



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə