Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə20/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 17 
tənəffüs yollarının xəstəliklərində və başqa infeksion xəstəliklərdə ifrazatı dezinfeksiya etmək, həmçinin 
otaqları yaş üsulla təmizləmək üçün işlədilir. Xloraminin tərkibində 24-28% fəal xlor vardır. Suda həll 
olur. 0,2-5%-li xloramin məhlulundan istifadə olunur. Xloraminin sulu məhlullarını dezinfeksiya 
yerlərində bilavasitə dezinfeksiyadan qabaq hazırlamaq lazımdır. Bu məhlullar öz fəallığını 15 gün 
saxlaya bilir. Bakteriosid təsirini artırmaq üçün xloramin məhluluna aktivator-ammonyak və ya 
ammonium duzlarından birini əlavə edirlər. Xəstənin və bakteriya ğəzdiricisinin ifrazatını quru xlorlu 
əhənglə zərərsizləşdirmək daha yaxşıdır. Xlorlu əhəngi ifrazatla ağac qaşıq ilə qarışdırıb ağzı örtülü qabda 
30 dəq. saxlayır, sonra kanalizasiya və ya quyuya axıdırlar. İfrazatın üzərinə 1:2 nisbətində 10-20%-li 
xlorlu əhəng məhlulu və ya lizol məhlulu tökmək olar. İfrazat qabları əvvəlcə boşaldılır, sonra isə qaynar 
su ilə yaxalayır və durulaşdırılmış xlorlu əhəng məhluluna və ya lizol, fenol, xloramin və s. məhlullara 
salır, qabın qapağını örtür, 30-60 dəqiqə saxlayırlar.
Yataq ağlarını və alt paltarlarını dezinfeksiya kameralarında dezinfeksiya edirlər. Qab-qacaq hər 
dəfə yedikdən sonra 1-2%-li natrium bikarbonat məhlulunda və ya 1%-li sabunlu suda 15 dəq. qaynadılır. 
Hepatitdə 45 dəqiqə, qarayarada 60 dəqiqə qaynadılır. Metal şeylərin üzərinə 0,5-1%-li xlor-betanaftol 
məhlulu tökür, üzərinə qaynar su gəzdirib quruducu şkafda qurudurlar. Qabı qaynatmaq mümkün deyilsə, 
0,5%-li xlorlu əhəng məhlulu və ya 0,5%-li xloramin töküb 5-10 dəq. saxlayır, sonra qaynar su ilə 
yaxalayırlar.
Müasir sterlizasiya bir neçə mərhələdə həyata keçirilir: 
1. Alətlər isti, soyuq suda xüsusui təmizləyici vasitələrlə yuyulur.
2. Alətlər dezinfeksiyaedici məhlulda müəyyən edilmiş vaxtda saxlanılır.
3. Alətlər yenidən yuyulur və qurudulur.
4. Alətlər xüsusi paketlənmə aparatında paketlənir.
5. Paketlənmiş alətlər sterlizasiyanı 100% təmin edən AVTOKLAV aparatına yerləşdirilir və aparat 
sterilizasiyanı başlamaq üçün xüsusi proqramla işə salınır.
Dezinseksiya-infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsidir. Məişətdə və epidemioloji 
göstəriş olduqda həyata keçirilir.
Deratizasiya-infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsidir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə