Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə18/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 16 
MÖVZU 8 
 
DEZĠNFEKSĠYA VƏ STERĠLĠZASĠYA 
 
Dezinfeksiya. Mahiyyəti, növləri və metodları. 
Dezinfeksiya-zərərsizləşdirmə deməkdir. Bu həm 
infeksiya ocağında, həm də profilaktik məqsədlə aparılır. İnfeksiya ocağında aparılan dezinfeksiya uşaq 
müəssisələrində, ailədə, yataqxanada, ümumi mənzildə və ya başqa bir yerdə infeksiya baş verdikdə 
aparılır, nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan dezinfeksiya cari 
və axırıncı dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı
-xəstəlik ocağındakı xəstəlik törədicilərini infeksiya mənbəyindən çıxan kimi 
tələf etmək üçün aparırlar. Bu dezinfeksiya infeksion xəstə, yaxud infeksiya gəzdirən olduğu bütün 
müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparılır. Bunda məqsəd xəstəliyi infeksiyanı 
yayılmağa qoymamaqdır. Yoluxucu bağırsaq infeksiyalarında cari dezinfeksiya daha mühüm əhəmiyyət 
daşıyır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini zərərsizləşdirirlər, çünki bu əşyalar ifrazatlarla 
çirklənmiş ola bilər. Otağı müntəzəm olaraq dezinfeksiya məhlulları ilə, sabunla yuyub təmizləyirlər, 
oyuncaq, qab-qacaq qaynadılır. Hava-damcı infeksiyalarında cari dezingeksiya üsullarından biri xəstələrin 
olduğu otaqlara ultrabənövşəyi şüalar salmaqdır.
Axırıncı dezinfeksiya
-infeksion xəstəlik ocağında xəstə xəstəxanaya qoyulduqdan, xəstə 
sağaldıqdan, başqa yerə köçürüldükdən sonra, habelə xəstənin ölümündən sonra aparılır.
Profilaktik dezinfeksiya
-infeksion xəstəliklərin olub olmamasından asılı olmayaraq, onun qarşısını 
almaq üçün aparılır. Buraya otağın havasını hər gün dəyişmək, müalicə-profilaktika, uşaq 
müəssisələrində, ictimai istifadə yerlərində otaqları 0,5%-li xlorlu əhəng məhlulu ilə yuyub təmizləmək, 
yeməkdən qabaq əlləri yumaq, suyu xlorlaşdırmaq, südü pasterizə etmək və qaynatmaq, yeyinti 
məhsullarını konservləşdirmək, xəstəliyin törədiciləri ilə mübarizə və s. aiddir. Dezinfeksiyanın üsulları.
3 növü ayırd edilir:1. mexaniki 2. fiziki 3. kimyəvi.
Mexaniki üsul
-dəyişəyi, əlləri, bədəni, döşəməni yuyur, tozu yaş əsgi və tozsoranla təmizləyirlər və 
s. Çirklə bərabər xəstəlik törədicilərinin də müəyyən hissəsi kənar edilir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə