Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə37/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   166
Tibb bacısının işi-1

Laparoskopiya
-qarın boşluğu və kiçik çanaq orqanlarında patoloji proseslərin müayinəsi üsuludur. 
Müayinədən əvvəlki axşam və müayinədən bilavasitə əvvəl xəstəyə təmizləyici imalə qoyulur. Tibb bacısı 
xərəkdə xəstəni əməliyyat otağına aparır, müayinə bitdikdən sonra palataya qaytarır və onun vəziyyətinə 
nəzarət edir.
Ultrasəs müayinəsi


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 32 
Daxili orqanların xəstəlikləri zamanı xəstə üçün ilkin, əhəmiyyətli, praktik, sadə və dəqiq müayinə 
metodu ultrasəs müayinəsidir.
Müayinənin üstünlüyü ondan ibarətdir ki, səs dalğalarından istifadə olunduğu üçün xəstə heç bir 
şüalanma almır, üfüqi vəziyyətdə uzanaraq aparatın xüsusi datçikklərindən istifadə olunur. Müayinənin 
aparılması zamanı daxili orqanların ölçülərinin norma daxilində olub-olmaması, toxumaların səs 
dalğalarını udma intensivliyindən asılı olaraq onlarda funksional, pataloji dəyişikliklərin olub-olmaması 
aydınlaşdırılır. Məsələn; 
Qaraciyərin kapsulasının hamarlılığı, itiliyi, qalınlaşması, diafraqmaya münasibəti, ətrafında 
mayenin yığılması nəzərə alınır.
Qaraciyər strukturasında birləşdirici toxumanın az və ya çox olması, hansı nahiyədə artması böyük 
əhəmiyyət kəsb edir.
Kistalar, törəmələr, hemangiomalar, kalsenatlar asanlıqla aşkar olunur 
Dopplerometrik Ultrasəs müayinəsi
zamanı orqan toxumasını qidalandıran arteriyaların, 
venaların, qaraciyər daxili venaların xəstəliklərə uyğun dəyişikliyi (diametri, axın sürəti, rezistentlik 
indeksi, pulsasion indeks, sistolanın diastolaya nisbəti, trombozlar, divar böyu sərtləşmələrı, cöküntüləri 
və s.) aydınlaşdırılır. 
Ultrasəs müayinəsi vasitəsi ilə daxili orqanlardan əlavə aşagı, yuxarı ətraf, baş beyinə gedən 
damarların (arteriya və venalar), yumşaq toxumaların, diz oynagının doppler müayinəsi aparılır. 
Yeni dogulmuş uşaqlarda (əmgəg baglanana qədər) baş beyində neyrosonoqrafiya müayinəsi aparılır 
ki, bu zaman beyin mədəcikləri, parenximası, qansızmalar, törəmələr, inkişaf qüsurları aydınlaşdırılır. 
Bud-çanaq oynağında displaziyaların dərəcələri aydınlaşdırılır. Oynağın inkişaf səviyyəsi 
müəyyənləşdirilir.
Timus vəzinin ölçüləri böyümə dərəcələri vaxtında müəyyənəşdirilir.
Xayaların USM-müayinəsi uşaqlarda və böyüklərdə aparılır. Uşaqlarda onların düzgün yerləşib 
yerləşməməsi, yırtıqların dərəcələri, mayenin normadan az və ya çox olması, xayaların ölçüləri, struktur 
dəyişiklikləri araşdırılır. Böyüklərdə kistalar, törəmələr, damar mənfəzində genişlənmələr (varikoselenin 
dərəcələri) aydınlaşdırlır.
Uroloji müayinə zamanı prostat vəzinin pataloji dəyişiklikləri, törəmələr, sidik kisəsinə inteqrasiya 
dərəcəsi aydınlaşdırılır.
Süd vəzilərinin vaxtaşırı müayinəsi mastopatiyaların, törəmələrin, kistaların, düyünlərin dəqiq 
araşdırılmasına səbəb olur.
Qalxanvarı vəzi, ginekoloji orqanların, hamilələrin dəqiq müayinəsi aparılır.
Vaxtında aşkar olunan xəstəliyin müalicəsi daha effektiv olur.
Hər bir insan hər hansı bir şikayətinin olub-olmamasından asılı olmayaraq profilaktik olaraq heç 
olmasa ildə bir dəfə ultrasəs müayinəsindən keçməsi gizlin, simptomsuz ağrısız gedən xəstəliklərin 
vaxtında aşkara çıxmasına səbəb olur.
USM-müasir diaqnostika üsulları sırasında ən dəqiqidir və diaqnozun müəyyən olunmasında 50% 
rol oynayır. USM-sadə, təhlükəsiz, rahat, real rejimdə aparılan, yəni nəticəni dərhal bildirən müayinədir. 
USM zamanı daxili orqanlara ultrasəs dalğası yönəldilir, bu dalğalar orqanlardan əks olub, ekranda 
görüntü yaradır. USM vasitəsi ilə biz, orqanların həcmi, forması və xarici görüntüsü barədə məlumat 
toplayırıq.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə