Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə16/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   63
-Ma n istehsal texnologiyas [1]

Sürüşkən yataqlar üçün araboşluqlu oturmaların hesabı və seçilməsi

İstehsalatda ən geniş yayılmış məsuliyyətli birləşmə-yağlı mühitdə işləyən sürüşkən yataqlarda tətbiq olunan araboşluqlu oturmalardır. Yatağın uzunömürlülüyünü, onun az yeyilməsini yağlı sürtünmə şəraitində istismarı təmin edir ki, bu halda valın boynu içlikdəki yağ pərdəsilə tamamilə ayrılır. Hidrodinamik yataqlarda valın fırlanması hesabına yaranan hidrodinamik təzyiq dayağa düşən qüvvəni dəf edərək valı içlikdən ayırır və val fırlanma istiqamətində yerini dəyişir (şəkil 2.11)



Şəkil 2.11. Valın boyuncuğunun sakit
(ştrixlənmiş xətlər) və işçi halda vəziyyəti
Müəyyən dövrlər sayında (digər faktorların sabit halında) hidrodinamik təzyiqlə dayaqlara düşən qüvvələrin bərabərliyi şəraitində valın vəziyyəti mütləq (e) və nisbi (x=2e/z) eksentrisitetlərilə təyin olunur. Valın boynu ilə içlik arasındakı araboşluğu ilə arasında dəyişir. Bu halda ən nazik yağ təbəqəsinin qalınlığının nisbi eksentrisitetdən asılılığını aşağıdakı kimi ifadə etmək olar.

İş zamanı yağlı sürtünmə halını aşağıda göstərilən şərt daxilində təyin etmək mümkündür:

burada – yağlı sürtünməni təmin edən maye yağ təbə­qəsinin qalınlığı; və – içliyin və valın boyun hissə­sinin kələ-kötürlüyü; və – onların forma və vəziyyət xətalarını nəzərə alan düzəlişdər; – valın əyilməsini və yataq qovşağının digər hissələrinin deformasiyalarını nəzərə alan düzəliş; – dayağa təsir edən qüvvənin, sürətin, temperaturun və digər faktorların hesabi qiymətlərindən olan fərqi nəzərə alan əlavə düzəlişdir.
Hesabatı sadələşdirmək üçün yuxarıdakı asılılığı belə də yazmaq olar:
,
burada – yağ təbəqəsi qalınlığı üzrə ehtiyat əmsalı .
Yatağın normal işləməsi üçün bundan əlavə onun daşıyıcılıq qabiliyyəti də olmalıdır. Yağlamanın hidrodinamik nəzəriyyəsinə əsasən yataqlarda yağlama qatının daşıyıcılıq qabiliyyəti (yağ pərdəsinin cırılmaması şəraitində) aşağıdakı kimi təyin olunur:

burada R – radial qüvvə, H;  – yağın dinamik özlülüyü, Pa, san;  – valın boynunun bucaq sürəti, n, rad/san; l – yatağın uzunluğu, m; d – valın boynunun diametri, m;  – nisbi araboşluğu ( = z/d); – yatağın  və l/d nisbətindən asılı olan vahidsiz yüklənmə əmsalıdır.


Beləliklə, sabit işçi temperaturunda yatağın daşıyıcılıq qabiliyyəti yağın özlülüyü dövrlər sayının, yatağın ölçülərinin artması və nisbi ara boşluğunun azalması ilə artır.
Optimal oturmaları seçmək üçün dayağın yerində yağ qatının qalınlığının ara boşluğundan asılılığını bilmək lazımdır. Qümbel tərəfindən yatağın əhatə bucağının və l/d nisbətinin sabit qiymətlərində şəkil 2.11-də göstərilən asılılığı tapılmışdır.
Göründüyü kimi yağlı sürtünmə diametrik araboşluğunun müəyyən diapazonunda – ən kiçik və funksional araboşluqları ilə məhdudlaşmış qiymətləri arasında mümkün­dür. Əgər yığma zamanı birləşmədə diametral ara boşluğu -ə bərabər alınarsa, onda mexanizm müəyyən müddət işlədikdən sonra bu araboşluğu optimal – qiymət alır. Sonrakı istismar zamanı sürtünən hissələrin yeyilməsindən bu araboşluğunun qiyməti artıb olan zaman mexaniz­min istismar göstəriciləri aşağı düşdüyündən onun işi dayandırılmalıdır.
İndi isə funksional araboşluğunun hədlərini hesablamaq üçün düsturları çıxaraq. Əvvəlcə axırıncı aldığımız tənliyin hər iki tərəfini hasilinə bölüb,

yatağın vahid dayaq sahəsinə düşən orta təzyiq olduğunu nəzərə alsaq

yaza bilərik.
Buradan CR-i tapaq:

Digər tərəfdən l/d nisbətinin sabit qiymətlərində CR-in aşağıdakı asılılığı məlumdur.
.
burada k və m – l/d-nin müəyyən qiymətlərində sabit əmsaldır (l/d üçün).
Deməli,

Buradan

olduğunu nəzərə alsaq,

alınır. Nəhayət ilə əvəz edib tənliyi z-ə görə həll etsək, alarıq,

burada və , və müvafiq yağ qatlarının orta temperaturlarında yağın dinamik özlülükləridir.
Sürüşkən yataqların oturmalarını asan üsulla seçmək məqsədilə nisbi ara boşluğunu empirik düsturla təyin etmək məsləhət görülür.

burada v – valın boynunun dövrü sürətidir, m/san.
Araboşluqlu, məsləhət görülən oturmaların tətbiq sahələri (deşik sistemindəki oturmaların timsalında)

oturması dəqiq mərkəzləşdirmə tələb olunan quruluşlarda, dəqiq mərkəzləşdirmədə görüşən hissələrin bir-birinə nəzərən və ox boyu yerdəyişməsinə icazə verilir. Fırlanan hissələr üçün isə kiçik sürət və yükləmə şəraitində tətbiq etmək olar.
H8/h5 oturması yüksək dəqiqliklə mərkəzləşdirmək tələb olunan halda təyin olunur (məsələn, torna dəzgahının dal aşığının pinolunun gövdədə yerləşməsi üçün, dişölçən cihazlarda ölçülən dişli çarxın şpindelə oturması üçün və i.a.).
H8/h6 (məsləhət görülən oturmadır) oturması mərkəzləşməyə yüksək dəqiqlik tələb olunmayan halda tətbiq olunur (məsələn, dəzgahlarda dəyişən dişli çarxlar üçün, diyircəkli yataqların dəzgahlarda gövdələri üçün, avtomo­billərdə, pnevmatik qurğularda porşenlə silindr birləşməsi üçün, konduktorların dəyişən oymaları üçün və i.a.).
H8//h7 (məsləhət görülən oturmadır) oturması eyni oxluğunda olan tələb yüksək olmadıqda tətbiq olunur.
ESDP sisteminin 9–12 kvalitetlərində olan digər H/h oturmalarından fırlanma hərəkətini işgil birləşməsi vasitəsilə ötürülən hallarda istifadə edilir. H5/g4, H6/g5, H7/g6 (məsləhət görülən) oturmaları təminatlı ən kiçik araboşluqlu dəqiq mərkəzləşdirilməsi tələb olunan dəqiq hərəkətli birləşmələr üçün tətbiq olunur (pnevmatik deşmə maşının zolotniki üçün, bölgü başlığının şpindelinin dayağında və i.a.).
H/f hərəkətli oturmaları (6,...,9 kvalitetlərdə) sürüşkən yataqlarda, porşenli kompressorlarda, dəzgahların sürət qutularında, mərkəzdənqaçma nasoslarında, daxiliyanma mühərriklərində və digər maşınlarda tətbiq olunur.
H/e tipli hərəkətli (7, 8, 9 kvalitetlərdə) oturmalar yağlı sürtünmə halında işləyən yüksək sürətli birləşmələr üçün tətbiq olunur.
H/d tipli oturmaları, məsələn, yüksək sürətli, kiçik yüklənmə şəraitində işləyən, böyük əndazə ölçülü yataqlarda, kompressorların porşen-silindr birləşməsi üçün tətbiq etmək olar.
H/c tipli oturmalar yüksək temperatur şəraitində işləyən qurğularda tətbiq olunur, məsələn buxar turbinləri, mühərriklər, turbokompressorlar və i.a.
Normal temperatur şəraiti üçün müəyyən olunmuş hesabi araboşluğunu iş zamanı mümkün olan qızmadan yaranan deformasiyanın qiyməti qədər artırmaq lazımdır.
,
burada b = 0,7...1 – yatağın quruluşunu və soyutma şəraitini nəzərə alan əmsal; və – valın və içliyin materialının istidən xətti genişlənqmə əmsalı; və – valın və içliyin həqiqi (iş zamanı) temperaturlarının normal temperaturdan (20°C) olan fərqi; D – birləşmənin nominal diametridir, mm.
Hesabat əsasında oturmanı seçərkən l/d nisbətini nəzərə almaq lazımdır; bu nisbət azaldıqca ən kiçik araboşluğu da azalmalıdır.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə