Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Mühazirə Mövzu 4. Yastıqlarda tədbiq edilən oturtmalar. Araboşluğu ilə yaranan oturtmalar. Gərilmə ilə yaranan oturtmalar



Yüklə 3,03 Mb.
səhifə13/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   63
-Ma n istehsal texnologiyas [1]

Mühazirə
Mövzu 4. Yastıqlarda tədbiq edilən oturtmalar. Araboşluğu ilə yaranan oturtmalar. Gərilmə ilə yaranan oturtmalar.

Oturtmalar

İki və daha çox hissələrin hərəkətli və ya hərəkətsiz görüşməsindən birləşmə yaranır. İki hissənin bir ölçülü üzrə birləşməsi oturma adlanır. Oturmada iştirak edən səthlər birləşmə səthləri adlanır. Digər səthlər isə sərbəst adlanır. Müvafiq səthlərin ölçüləri oturmalı və sərbəst adlanır. Birləşmədə iştirak edən hissələri əhatə edən (deşik) və əhatə olunan (val) kimi iki növə ayrırırlar.


Val – istilahı ilə hissələrin xarici, deşik – istilahı ilə hissələrin daxili səthləri adlandırılır.
Val və deşik istilahları təkcə silindrik hissələrin ölçülərinə deyil, müstəvi səthli hissələrin də xarici və daxili ölçülərinə aiddir (işgil, işgil yuvası).
Əsas val – üst meyli sıfra bərabər olan (es = 0) vala, əsas deşik alt meyli sıfra bərabər olan (El = 0) deşiyə deilir. Deşiyin və valın müsaidələri müvafiq olaraq TD və Td kimi işarə olunur.
Oturmanın xarakteri görüşən səthlərin ölçülərindən asılı olaraq araboşluqlu, gərginlikli və ya ölçülərinə görə xarakteri müəyyən oluna bilməyən şəikldə «keçid» – adlı ola bilər. Müxtəlif xarakterli oturmaların müsaidə sahələri 2.7. şəkildə göstərilmişdir. Araboşluğu z – deşik ilə valın ölçülərinin fərqinə deyilir. Araboşluğu görüşən hissələrin bir-birinə nəzərən nisbi hərəkətini təmin edir. Ən böyük, ən kiçik və orta araboşluğu aşağıdakı düsturla hesablanır.

Gərginlik N – val ilə deşiyin yığıma qədərki ölçülərinin fərqinə deyilir. Gərginlik görüşən hissələrin yığımdan sonra bir-birinə nəzərən hərəkətsiz vəziyyətini təmin edir. Ən böyük, ən kiçik və orta gərginlik aşağıdakı düsturla tapılır:


Keçid oturması – yəni deşik və valların həqiqi ölçülərindən asılı olaraq araboşluğu və ya gərginliklə yarana bilər. Oturmanın müsaidəsi – ən böyük araboşluğu ilə ən kiçik araboşluğunun fərqinə (araboşluqlu oturmalarda araboş-luğunun müsaidəsi TZ) və ən böyük gərginliklə ən kiçik gərginliyin fərqinə (gərginlikli oturmalarda gərginliyin müsaidəsi TN) deyilir.

Keçid oturmalarında oturmanın müsaidəsi ən böyük gərginliklə ən böyük araboşluğunun mütləq qiymətlərinin cəminə bərabərdir. Oturmanın müsaidəsini birləşmənin xarakterindən asılı olmayaraq deşik ilə valın müsaidələri cəmi kimi hesablamaq mümkündür.

Oturmanın işarəsi
və ya və ya
burada – birləşmənin nominal ölçüsüdür, mm.
Hədd ölçülərinin, müsaidə, araboşluğu və ya gərginliyin hesablanması üçün hədd meylləri DST 25346–82-dən götürülüb və misalda göstərilən müxtəlif xarakterli oturmaların hamısında deşiyin ölçüləri sabit saxlanmışdır.
Misal. Araboşluqlu, gərginlikli və keçid oturmaları üçün hədd ölçülərini, müsaidələri, araboşluğu və gərginlikləri təyin etməli. Şəkil 2.4-də göstərilmiş hədd meylləri DST 25346–82-dən götürülmüşdür. Misalda göstərilən bütün oturmalarda deşiyin hədd meylləri sabit saxlanır.

Şəkil 2.4. Deşik (1) və valın (2) müsaidə sahələri



Deşik ; nominal ölçü 40 mm;
El = 0; ES= +25mkm;
Araboşlqlu oturma üçün ( ):
Val nominal ölçü 40 mm;
et = –50 mkm; es = –25 mkm;
dmin = 40,000 – 0,050 = 39,950 mm;
dmax =40,000 – 0,025 = 39,975 mm;
Td = 39,975 – 39,950 = 0,025 mm.
Birləşmə nominal ölçü 40 mm;
z max = 40,025 – 39,950 = 0,075 mm;
zmin = 40,000 – 39,975 = 0,025 mm;
TZ = 0,075 – 0,025 = 0,050 mm.
Gərginlikli oturma üçün ( ):
Val nominal ölçü 40 mm:
ei = +34 mkm; es = +50 mkm;
dmin = 40,000 + 0,034 = 40,034 mm;
dmax =40,000 + 0,050 = 40,050 mm;
Td = 40,050 – 40,034 = 0,016 mm.
Birləşmə nominal ölçü 40 mm:
40,050 – 40,000 = 0,050 mm;
40,034 – 40,025 = 0,009 mm;
TN = 0,050 – 0,009 = 0,041 mm.
Keçid oturması üçün ( ):
Val nominal ölçü 40 mm;
ei = +2 mkm; es = +18 mkm;
dmin = 40,000 + 0,002 = 40,002 mm;
dmax = 40,000 + 0,018 = 40,018 mm;
Td = 40,018 – 40,002 = 40,016 mm.
Birləşmə nominal ölçü 40 mm;
40,025 – 40,002 = 0,023 mm;
40,018 – 40,000 = 0,018 mm;
TN = 0,018 + 0,023 = 0,041 mm.
Texnoloji avadanlığın dəqiqliyinin az olması, alət və tərtibatın yeyilməsi və xətası, dəzgah tərtibat-alət və məmul sisteminin sərtliyinin kifayət dərəcədə olmaması və istiliyin təsirindən olan deformasiyaları, fəhlənin səhvi və digər səbəblər təsirindən hissə və məhsulların həqiqi (həndəsi, mexaniki və digər göstəricilərinin) ölçülərinin, hesabi ölçülərindən fərqli alınması nəticəsində xəta yaranır, yəni

Vallar üçün hesabi ölçü ən böyük hədd ölçüsü, deşiklər üçün isə ən kiçik hədd ölçüsü – yəni keçən hədd sayılır. Bu halda yararlı valın xətası ancaq mənfi işarəli və mütləq qiymətinə görə müsaidə daxilində ola bilər, deşiklər üçün isə xəta müsbət işarəli və eynilə müsaidədən kənara çıxmamalıdır. Ehtimal nəzəriyyəsi tətbiq olunan hesablamalarda hesabi ölçü kimi hədd ölçüləri əsasında tapılmış orta ölçünün, yəni müsaidə sahəsinin ortasına uyğun ölçünün qəbul olunması məqsədəuyğundur. Hissənin həndəsi və digər kəmiyyətlərinin həqiqi qiymətlərinin cizgidə və texniki tələblərdə göstərilmiş qiymətlərinə yaxınlıq dərəcəsi emal dəqiqliyi adlanır.
Beləliklə, hissələrin, yığım vahidlərinin və məhsulların normallaşdırılmış dəqiqliyini həqiqi dəqiqlikdən ayıra bilmək lazımdır. Normallaşdırılmış dəqiqlik dedikdə, buraxılabilən cəm xətaların onların hesabi qiymətlərindən fərqi, həqiqi dəqiqlik dedikdə isə həqiqi xətaların buraxılabilən xətalardan olan fərqi nəzərdə tutulur. Tələb olunan dəqiqliyə nail olmaq üçün hissələrin emalı və mexanizmin yığılması elə aparılmalıdır ki, onun həndəsi, elektrik və digər kəmiyyətlərinin xətaları buraxılabilən hədlər daxilində olsun.
Həqiqi araboşluğunu təyin etdikdə deşiyin ən kiçik, valın isə ən böyük həqiqi diametrlərini nəzərə almaq məqsədə uyğundur. Lakin yüksək dəqiqliyə malik maşın və cihazlar üçün səthlərin forma xətalarını da nəzərə almaq lazımdır. Gərginlikli oturmaların xarakteri, bir neçə kəsikdə və istiqamətlərdə aparılan ölçülərdən iapılan orta qiymətə əsasən təyin olunur.
Hazırda dünyanın bütün qabaqcıl ölkələri İSO sistemini işlədirlər. İSO sistemi milli müsaidə və oturmalar sistemlərini eyniləşdirərək, metal emalı sahəsində beynəlxalq texniki əlaqələrin asanlaşdırılması məqsədilə yaradılmışdır.
Milli standartlara İSO sisteminin tövsiyələrinin daxil edilməsi müxtəlif ölkələrdə hazırlanmış eyni tip hissələrin, məhsulların və ya onların tərkib hissələrinin qarşılıqlı əvəz olunmasını təmin etməyə imkan verir. MOBC hissələrin hamar səthlərinin ölçülərinin müsaidələrini və həmin hissələrin oturmalarını əhatə edir.
Qarşılıqlı əvəzolunmanın əsas normaları birləşmələrin müsaidə və oturmalarını, dişli ötürmələrin, konus birləşmələrinin və digər sistemlərin əsas müddəalarını əhatə edir.
İSO sistemində iki sistem: deşik və val sistemləri nəzərdə tutulmuşdur (şəkil 2.5). Deşik sistemində müxtəlif xarakterli oturmalar müxtəlif ölçülü valların əsas deşiklə birləşməsi nəticəsində alınır.

Şəkil 2.5. Deşik və val sistemində müsaidə sahələrinin yerləşməsi

Əsas deşik «H» hərfilə işarə olunur. Val sistemində müxtəlif xarakterli oturmalar müxtəlif ölçülü deşiklərin əsas val ilə birləşdirilməsindən alınır. Əsas val «h» hərfilə işarə olunur.
Əsas deşiyin müsaidəsi sıfır xəttinin üzərində El= 0, əsas valın müsaidəsi isə sıfır xəttinin altında es = 0 şərtilə yerləşir. Yəni hər iki halda müsaidə hissənin kütləsinin azalması hesabına təyin olunur.
Belə müsaidələr sistemi birtərəfli və hədli adlanır. Deşik və val sistemlərində yaradılmış eyniadlı oturmaların xarakteri təxminən eynidir. Deşik və val sisteminin müəyyən bir oturma üçün seçilməsi konstruktiv, texnoloji və iqtisadi mülahizələr əsasında yerinə yetirilir.
Dəqiq deşiklərin emalı dəqiq valların emalına nisbətən mürəkkəbdir, çünki hər bir deşik üçüq baha qiymətli dəqiq kəsici alət (zenger, rayber, dartı və s.) tələb olunur.
Halbuki ölçüsündən asılı olmayaraq bütün valları təkcə bir kəski və pardax dairəs ilə emal etmək mümkündür. Elə buna görə də deşik sistemi daha geniş tətbiq olunur. Bu halda tələb olunan kəsici alətlərin müxtəlifliyini azaltmaq, həmin alətlərin sayının artırılması isə onlarınl xüsusiləşdirilmiş avadanlıqda istehsalını təşkil etməklə maya dəyərini ucuzlaşdırmış oluruq.
Lakin bəzi hallarda konstruktiv nöqteyi-nəzərdən val sisteminin tətbiqi daha əlverişli olur. Məsələn (şəkil 2.6), dartı ilə çəngəlin birləşməsində oxun çəngəl ilə tərpənməz, dartı ilə isə hərəkətli oturmasını val sistemində daha asan təmin etmək olur.

Şəkil 2.6. Çəngəl ilə dartınan şarnir birləşməsinin müsaidə sahələri




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə