Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə33/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   63
-Ma n istehsal texnologiyas [1]

    Bu səhifədəki naviqasiya:
  • M kəs
Maşın hissələrinin bağlanması
E’mal prosesində maşın hissəsi bir neçə qüvvənin, yə’ni Kəsmə qüvvələrinin (Pz, PPx ), öz Kütləsinin (Q), fırlanarKən mərKəzdənqaçma qüvvəsinin (P) tə’siri altında olur.


Şəkil 7.4. Üstyonuş, düzyonuş və deşmə zamanı mə’mula tə’sir edən qüvvələr



Maşın hissəsinin bu qüvvələrin tə’siri altında bazalaşdırılmış vəziyyəti pozulmasın deyə, onu dəzgahın stolu üzərində və ya tərtibatın içində bərkidirlər. Bu əməliyyata hissənin dəzgahın işçi orqanlarına nisbətən və ya tərtibatın içində sabit bir hala gətirilməsinə bağlama deyilir.
Bağlama üsulunu müəyyən edərkən, mə’mula tə’sir edən qüvvələrin qiyməti və tə’sir istiqaməti nəzərə alınır. Bu üsullar əsasən iki növdur: 1) söykənəcəkii bağlama və 2) sürtünmə əsasında bağlama. Söykənəcəkii bağlamada maşın hissəsi dəzgahın və ya tərtibatın müəyyən bir hissəsinə söykənir. Maşın hissəsinə tə’sir edən əsas qüvvələrin tə’sir istiqaməti söykənəcəyə perpendikulyar olur. Ona görə də, tə’sir qüvvələri altında maşın hissəsi söykənəcəyi qırmamış yerindən tərpənə bilməz. Bu halda kiçik bir qüvvə ilə maşın hissəsini çox möhkəm bağlamaq olur. Məsələn, mə’- mulu şlisli sağanaq üzərində bağlarkən, yaxud yonma qüv­vəsi məngənənin sabit təpəsi tərəfə olan halda, mə’mulu bərkitmək üçün çox az qüvvə tələb olunur.
Bağlanma sürtünməyə əsaslanan halda maşın hissə­sini öz yerində möhkəm bərkitmək üçün böyük qüvvə lazım gəlir. Bu isə həm fəhləni yorur, həm də maşın hissə­sinin deformasiyasına səbəb ola bilər. Kiçik maşın hissə­lərini bağlarkən onların kütləsini və ətalət qüvvəsinin (ya­xud mərkəzdənqaçma qüvvəsini) tə’sirini nəzərə almamaq olar. Əksinə ağır maşın hissələrinin tə’mir e’malında hə­min qüvvələr nəzərə alınmalıdır.
Bazalaşdırma sxemi müəyyənlişdirilib, dayaq nöqtələ­rinin yeri tə’yin olunduqdan sonra bağlama sxemi müəyyən olunur. Bunun üçün aşağıdakı şərtlər gözlənilməlidir:

  1. bağlama zamanı hissənin bazalaşdırmadakı vəziy­yəti pozulmalıdır;

  2. bağlama qüvvəsi kifayət qədər olmalıdır ki, e’mal zamanı titrəmə və ya sürüşmə halları baş verməsin;

  3. bağlama qüvvəsini yaradan mexanizmlər asan idarə olunan və iti tə’sirli olmalıdırlar.

Mə’mulu bağlamaq üçün lazım olan qüvvənin qiymə­tini nəzəri mexanikadan bildiyimiz bərk cismin statik vəziyyətini tə’min edən ona tə’sir edən qüvvələrin bərabər­liyi qanuna əsasən tə’yin edirlər.
E’mal zamanı yaranan kəsmə qüvvəsi və momentləri kəsmə nəzəriyyəsi fənnindən mə’lum düsturlarla hesabla­yıb, bağlamanın e’tibarlı olmasının tə’mini üçün ehtiyat əmsalı (re) qədər artırılır. Ehtiyat əmsalının (re=1,5^2,5) kiçik qiymətini təmiz e’malda, böyük qiymətini isə kobud e’malda götürməK lazımdır.
Bağlama qüvvənin hesabı üçün mə’mula tə’sir edən qüvvələrin müxtəlif e’mal proseslərində ən çox rast gələ bildiyimiz beş halı nəzərdən keçirək.

  1. Kəsmə və bağlama qüvvələri eyni istiqamətdə dayağa yönəlib, bu halda minimum bağlama qüvvəsi tələb olunur

P < Rz

  1. Bağlama qüvvəsi kəsmə qüvvəsinin əksinə yönəlmişdir. Bu halda

P R

  1. Qüvvələr bir-birinə nəzərən perpendikulyar yönəlmişdir və kəsmə qüvvəsini dayaq və bağlama nöqtələrindəki sürtünmə qüvvələri müvazinətləşdirir. bu halda

Pfı + Pf2 = kR
burada fl, f2 - sürtünmə əmsallarıdır. fl,=f2 =0,1 qəbul etsək P = 5kR.



  1. Üçyumrucuqlu özü mərkəzləyən patronda bağlan­mış hissə emal zamanı Mkəsmə - burucu momenti və kəsmə qüvvəsinin ox boyu tə’sir edən toplananı Rx qüvvələrinə mə’ruz qalır. Şəkil 7.5-də göstərilən halda müvazinət vəziyəti


burada Mkəs - kəsmə qüvvəsindən yaranmış moment; Rcəm - bütün yumrucuqlar əsasında yaranmış cəm bağlama qüvvəsi; R - bir yumrucuqda yaranan bağlama qüvvəsi. z - yumrucuqların sayı; r - pəstahın radiusu; k - ehtiyat əmsalı; f - sürtünmə əmsalı.

Şəkil 7.5. Bağlama qüvvəsinin yönəldilmə sxemləri

Hesablanmış cəm bağlama qüvvəsi Rcam ox boyu sürüşməyə yoxlanılır.



Buradan


  1. Sanqalı patronda bağlama halının hesabatı da üçyumrucuqlu patronda olduğu kimidir

  2. Həlqəvi dayaq üzərində bağlanmış pəstahda diametri d olan deşik açılır. Bağlama qüvvəsi R = k2Mdeş • r/(dfh).Burada Mdeş - deşmə momenti, H - mm; r - radius, mm bu halda r = D /2, D - pəstahın diametri, d - burğunun diametri; f - sürtünmə əmsalı; h - çiyin, mm.

Hesablaşmalara sürtünmə əmsalının orta qiymətlərini aşağıda göstərildiyi kimi qəbul etmək olar:

  1. dayaq nöqtələri e’mal olunmuş səthlərlə görüş­düKdə f = 0,1 ÷ 0,15 ;

  2. Kürəvi başlıqlı dayaqlarla e’mal olunmamış səth görüşdüKdə f = 0,2 ÷ 0,3 ;

  3. tablanmış nəqşli dayaqlarla təmasda f = 0,5 ÷ 0,7 qəbul oluna bilər.

Bağlama qüvvəsini hər bir halda kifayət qədər dəqiq hesablamaq lazımdır ki, tərtibatın kütləsi və həndəsi ölçüləri həddən artıq olmasın və birdəki e’mal olunan hissə artıq deformasiyaya uğramasın. Güc mexanizmləri vasitəsilə yaradılmış həqiqi bağlama qüvvəsinin qiyməti, tələb olunan qüvvədən müəyyən qədər artıq olması lazımdır.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə