Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə30/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   63
-Ma n istehsal texnologiyas [1]

təbəqəsi, metalın üzündə atmosferdən adsorbsiya olunmuş qazların əmələ gətirdiyi pərdədən ibarətdir. Ən təmiz hazırlanan halda da metalın üzündə bu pərdə əmələ gəlir. I təbəqəsinin qalınlığı təqribən 2-3E olur.

  • təbəqəsi, e’mal metodundan asılı olaraq, tərkibcə və qalınlıqca müxtəlif olur. Pardaxlanmış üzdə bu təbəqə 80 E-yə qədər qalınlığında, zəif birləşmiş metalın turşu­larından, nitridlərindən və karbonsuzlaşmış hissəciklə­rindən ibarət olur.

    Cilalanmış üzdə bu təbəqə 30 E-ə yaxın qalınlıqda abraziv və metal tozlarından və oKsidlərindən ibarət olur. Superfinişləmədən sonra bu təbəqə 15 E-ə qədər qalın­lığında abrazivsiz tozlardan və oksidlərdən ibarət olur.

    1. təbəqəsi, metalın deformasiyaya uğramış dənələrindən ibarətdir. Bu təbəqənin qalınlığı e’mal metodundan, xüsusən, kəsmə təzyiqindən asılıdır.

    Məsələn, pardaxlanmış üzdə bu təbəqənin qalınlığı 50000E=5 mk və sürtülmüş üzdə E = 1,5 mk olur. Ağır rejimlə işlərkən, bu təbəqənin qalınlığı xeyli çoxalır. Elmi təcrübələr göstərir ki, 1045 markalı poladı 4 mm kəsmə dərinliyi, 0,6 mm/dövr veriş və 21,6 m/dəq sür’ətlə yonar­kən deformasiyaya uğrayan qatın qalınlığı 1 mm-ə çatır.
    Pardaxlanmış üzün bu layında, deformasiyaya uğra­mış dənələrdən başqa, yüksək istilik dərəcəsi tə’siri altında ayrılan və dənələrin arasında yerləşən karbid parçacıqları da olur.

    Şəkil 6.7.
    a — üz qatının təbəqələri;
    b — pardaxlanmış üzdə qalan gərginliyin təqsimi
    Metalın öz kristallik quruluşu (iv təbəqəsi) bu üç təbəqənin altında qalır. Ən sağlam üz əmələ gətirmək üçün bu təbəqəni çılpaqlandırmaq, yə’ni i, ii və iii təbəqələrini onun üzərindən götürmək lazımdır. İstehsal şəraitində əməli olaraq metalın sağlam dənələrini tamam çılpaq­landırmaq əksəriyyətlə mümkün olmur. Ona görə də I, II və III təbəqələrinin ümumi qalınlığını azaltmağa çalışırlar. Zərif əməliyyatlarından sonra, I, II və iii təbəqələrinin ümumi qalınlığı 1,5—2,0 mkm-a qədər azalır.
    Bir sıra tədqiqatlardan mə’lumdur ki, mexaniki e’mal (silindrin və düz üzləri yonma pardaxlama və s.) nəticə­sində metalın üz qatında müəyyən dərəcədə qalıcı gərginlin əmələ gəlir. Bu gərginliyin növü və miqdarı metal kəsmə şəraitindən asılıdır. Qalıcı gərginlin əsasən e’mal zamanı plastik deformasiyanın və istiliyin qeyri-müntəzəm yayıl­masından, yə’ni üz qatında toplanmasından əmələ gəlir. Üz qatındanı bu gərginlin onların birinin, yaxud hər ikisinin tə’sirilə baş verir. məsələn, silindrin üzü kiçik sür’ətlə kobud yonarnən üz qatında silindrin oxu istiqamətində əmələ gələn plastik uzanma həmin istiqamətdə sıxıcı deformasiyanın baş verməsinə səbəb olur.
    Silindrin üzü böyük sür’ətlə təmiz yonduqda, istiliyin tə’siri ilə üz qatının ölçüləri azalır. Bununla əlaqədar olaraq üz qatında dartıcı gərginlin baş verir.
    Mexaniki e’mal zamanı üz qatında əmələ gələn yerli istilin, gərginlindən başqa, metalın daxili quruluşunun da dəyişməsinə səbəb ola bilər. Məsələn, sulanmış martensit quruluşlu poladı pardaxladıqdan sonra ən üst qat - austenitə, onun altındanı qat isə trostit quruluşuna çevrilir.
    Üz qatının fizini və mexaniki xassələri hələlin az öyrənildiyi üçün, bu xassələrin normaları, maşının istismar xüsusiyyətlərinə tə’siri və b.k. məsələlər tamam həll olunmamışdır. Ona görə də, e’mal edilmiş üzün keyfiyyətini tə’yin etmək üçün hələlin əsas amil olaraq təmizlin dərəcəsindən istifadə olunur.


    Yüklə 3,03 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   26   27   28   29   30   31   32   33   ...   63




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə