Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə27/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   63
-Ma n istehsal texnologiyas [1]

Üzün təmizliyi. Kələ-kötürlük.
E’mal zamanı mə’mulun üzərində əmələ gələn forma xətaları üç parametrlə xaraKterizə olunur:

  1. iri kələ-kötürlük (makrohəndəsə) - müntəzəm surətdə təkrar olunmayan və tək-tək əmələ gələn forma fərqləridir; məsələn, konusluq, ovallıq və s.

  2. orta forma xətaları (dalğalılıq) - e’mal edilmiş üz­də tez-tez təkrar olunan dalğa şəiklli dik və çökəklərdir.

  3. xırda forma xətaları (mikrohəndəsə - e’mal edilmiş üzdə tez-tez təkrar olunan (əksər hallarda göz-lə görünməyən) çox xırda kələ-kötürlük və dəyaz cizgilərdir.

Dalğalılığın əmələ gətirdiyi girinti və çıxıntıların ölçüləri üzün dişlərinə nisbətən iridir, lakin üzün həndəsi ölçülərinə nisbətən xırdadır. Dalğalı, həmçinin dalğasız üz xırda dik-çökəkli və ya (əməli olaraq) xırda dik-çökəksiz ola bilir (6.2-ci ab şəkilləri).
Prof. A.İ.kaşirinin fikrincə dalğalar, maşın hissəsinin e’mal edilmiş üzündə, ancaq dəzgahda işləyən zaman müəyyən şəraitdə baş verən titrəmədən əmələ gəlir. Dalğaların uzunluğunun sabitliyinə yaxın olması bu fikri təsdiq edir.
Dalğalar mə’mulun üzərində, xırda girinti-çıxıntılara nisbətən, bir-birindən uzaq məsafədə düzülmüş olur.
Xırda nahamarlıqlar və dalğalar bir-birindən addımın uzunluğu ilə seçilir. Kələ-kötürlüyün addımı 1 mm-dən az olarsa - xırda nahamarlıq, 1 mm-dən çox olarsa - dalğa­lılıq hesab olunur.


Şəkil 6.2. Dalğalılıq və kələ-kötürlük nümunələri:
a b — xırda kələ-kötürlüklü və kələ-kötürlüksüz dalğalı üzlər; q — müxtəlif üsullarda çəkilmiş dalğa profilləri 1 — almaz iynə ilə; 2 — patefon iynəsi ilə;
3 — radiusu 1 mm kürə ilə; 4 — radiusu 2 mm kürə ilə
Dalgalılığı ölçmək üçün dal­ğaların ölçüləri­nə müvafiq bö­yütmə verən xü­susi cihazlar la­zımdır. Dalğala­rın yüksəkliyini ölçmək daha çə­tindir, çünki bu­nun üçün bunla­rın yüksəkliyini 1000 dəfədən ar­tıq böyütmək la­zımdır.
Dalğaların həm addımını, həm də yüksəkli­yini eyni zaman­da yoxlamaq üçün Ammon profiloqrafından, Levin profiloqrafından və ya interferometrdən, Kiselyovun dalğayazan elek­tromaqnit ciha­zından və s. isti­fadə olunur.
Silindrin dalğalarını çevrə üzrə ölçmək üçün, onu çox yavaş fırladan cihaz lazımdır. Məsələn, Le­vin profiloqrafından istifadə edərkən, mə’mul 3,5 mm/dəq- dən az sür’ətlə fırlanmalıdır.
Müstəvi üzərində dalğanın yüksəkliyini indikator, yaxud minimetr vasitəsilə ölçmək olar. Dalğaların addımı iri olduğundan dalğalılığı yoxlarkən iynənin ucunun çox sivri olmasına ehtiyac qalmır. 6.2-ci q şəklində, eninə yo­nan dəzgahda yonulmuş üzün filoqrafında çəkilmiş dalğa profilləri göstərilmişdir. Şəkildən görünür ki, radiusu 2 mm olan kürə də dalğaları iynə kimi aydın göstərir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə