Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə23/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
-Ma n istehsal texnologiyas [1]

l - valın uzunluğu, mm ilə;
d - valın diametri, mm ilə;
x - kəsgi ilə valın sağ başı arasındakı məsafədir, mm ilə.
Əyilmənin ifadəsindən görünür ki, valın üzünün doğuranı parabola şəkiində alınır. valın diametri ortada böyük, başlarda isə kiçik olur (5.5-ci j şəkli).

Şəkil 5.5. Mə’mulların müxtəlif tə’sir qüvvələri altında deformasiyaya uğraması: a, b, v, q, de - mə’mulun bağlama qüvvəsi altında deformasiyaya uğraması; jz - mə’mulun Kəsmə təzyiqi ilə deformasiyay uğraması; i - soyuq düzəltmə zamanı en Kəsiyində gərginliyin yayılması


Valın diametrinin dəyişməsi deformasiyasının (valın əyilməsinin) iki misli qədər olur;

Dəzgahın, mə’mulun və alətin elastik deformasiyaları nəticəsində valın diametrində horizontal müstəvi üzrə əmələ gələn xətaların cəbri cəmi belə ifadə oluna bilər:
d = d1 + d2 + d 3;
burada dx — dəzgahın deformasiyasından əmələ gələn xəta;
d2 — valın özünün elastik deformasiyasından əmələ gələn xəta;
d3 — alətin və onu dəzgaha bağlayan hissələrin elastik deformasiyasından əmələ gələn xətadır.
Ümumi xətanı təşkil edən hissələrin ( dl, d2, d3 -ün) bir istiqamətdə işarələri eyni deyildir. dx — valın diametrini ortada kiçildir. d2 isə, əksinə, valın diametrini ortada böyüdür. Ona görə də, adətən bütün elastik deformasiyalarının ümumi tə’sirini tə’yin etmə çox çətin olur. Bunu nəzərə alaraq bə’zi hallarda sadə hesablama metodu tətbiq etmək, yə’ni dəzgah, mə’mul-alət sistemində ancaq ən zəif hissənin deformasiyasını nəzərə almaq kifayət edir.
Mə’mulun sərtliyinin bütün metalyonan dəzgahlarda (pardaxlama, frezləmə, yonma və başqa əməliyyatlar zamanı) dəqiqliyə böyük tə’siri vardır. Məsələn, düzyonuş dəzgahında bağlanmış mə’mulun sərtliyi az olarsa, e’mal zamanı mə’mul 5.5-ci z şəklində göstərildiyi kimi deformasiya olunur.
Nazik divarlı iri maşın hissələrini (böyük tavaları, uzun çatıları və s.) e’mal edərkən, yuxarıda göstərilən xətalardan başqa, mə’mulun ağırlığının əmələ gətirdiyi elastik deformasiya da xeyli əhəmiyyətli xəta əmələ gətirir. Bu xətanın qarşısını almaq üçün xüsusi dayaqlardan, tuşlayıcıdan və s. istifadə olunur.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə