Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə20/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   63
-Ma n istehsal texnologiyas [1]

Alətin dəqiqliyə tə’siri əsasən dörd amildən:
1) alətin hazırlanması dəqiqliyindən; 2) alətin bağlanması dəqiqliyindən; 3) alət bağlayan tərtibatların dəqiqliyindən; 4) alətin yeyilməsindən asılıdır.
Maşın hissələri kimi, alətlər də müəyyən dəqiqliklə hazırlanır. Alətlərdən çoxunun: yuva açan və fasonlu kəsgilərin, frezlərin, xüsusən deşmədə işlədilən alətlərin (burğuların, rayberlərin, zengerlərin və s.) dəqiqliyi alınan ölçünün dəqiqliyinə böyük tə’sir edir.
Alətin dəzgah üzərində (supporta, şpindelə və başqa düyünə) bağlanmasının və alətə istiqamət verən hissələrin vəziyyətinin düzgünlük dərəcəsi müəyyən xətaya səbəb olur.
Aləti bağlayan tərtibatların vəziyyətinin dəqiqliyi də alətin vəziyyətinin dəqiqliyinə müəyyən dərəcədə tə’sir edir. Buna əsasən vəziyyətinin dəqiqliyinə müəyyən dərəcədə tə’sir edir. Buna əsasən demək olar ki, alət bağlanan tərtibatın hazırlanma dəqiqliyinin alınan ölçünün və formanın dəqiqliyinə tə’siri vardır.
Kəsmə prosesində alətin ağzı tədricən yeyilir, yeyilmə müəyyən həddə (kütləşmə həddinə) çatdıqda alət itilənməyə göndərilir. Alətin tiyəsi kütlənmə həddinə çatana qədər ye­yildikcə, bu yeyilmə mə’mulun ölçüsü və forması dəqiqli­yinə tə’sir edir. Məsələn, silindri yonarkən, kəsgi yeyil­dikcə silindrin diametri, kəsgi ağzının dal üzünün yeyilmə­sinin iki misli qədər böyüyür; düz üzü frezlərkən, frezin dişləri yeyildikcə frezlənən üzün kələ-kötürlüyü artır.
Rayber, yiv burğusu, plaşka, dişaçan frez, dartı və b.k. alətlərlə işlərkən, həmçinin kəsgi ilə təmiz yonarkən yeyilmənin dəqiqliyə xüsusi böyük tə’siri vardır. Uzun valı təmiz yonarkən bir başdan o biri başa getdikcə kəsginin dal üzü üzrə yeyilmə 0,1 mm artmış olarsa, valın diametri axırda əvvəlkindən 0,2 mm artıq olar.


Sərtliyin dəqiqliyə təsiri


Mexaniki e’mal prosesində dəzgah, mə’mul və alətin təşkil etdiyi elastik sistem sərtliyinin, e’mal dəqiqliyi üçün böyük əhəmiyyəti vardır.
Dəzgah - mə’mul-alət sistemi dedikdə, bu üç əsas hissədən başqa elastik sistem zəncirində daxil olan başqa ünsürlər də (tərtibat, köməkçi alət və s.) nəzərdə tutulur.
Sərtlik, dəzgah-mə’mul-alət sisteminin, onları defor- siya edən gücə qarşı müqavimət göstərmə qabiliyyətidir. Hər hansı bir qüvvənin, öz tə’sir xətti istiqamətində əmələ gətirdiyi deformasiyaya nisbətinə sərtlin deyilir.
Dəzgah-mə’mul-alət, xüsusən e’malın dəqiqlik məsə­ləsində, əsas olaraq mə’mulun e’mal edilən üzünə perpen­dikulyar istiqamətindən sərtliyi nəzərdə tutulur. Ona görədə, sərtliyin ümumi ifadəsindən fərqli olaraq, burada sərtlik dedikdə, sistemə tə’sir edən bütün qüvvələrin, məsələn, torna dəzgahında Ru-dən Rx-in mə’mulun üzünə perpendikulyar istiqamətdə əmələ gətirdiyi yerdəyişmə əsas götürülür.
Torna dəzgahlarında kəsgi ilə yonarkən sərtlik aşağıdakı nisbət ilə ifadə olunur.

burada j - sərtlik, kq/mm ilə;

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə