Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə28/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   63
-Ma n istehsal texnologiyas [1]

Kələ-kötürlük. Xırda forma xətalarının mə’mulun üzərində əmələ gətirdiyi xırda girinti və çıxıntılara kələ-kötürlük, yaxud nahamarlıq deyilir. Üzün kələ-kötürlüyü e’mal üsulundan, e’mal zamanı tətbiq olunan alətin ağzı­nın formasından, itiliyindən və bucaqlarından, kəsmə reji­mindən, dəzgahın, alətin və mə’mulun sərtliyindən, mə’­mulun materialından, e’mal üsulundan və başqa bir sıra amillərdən asılıdır. E’mal edilmiş üzdə əmələ gələn kələ- kötürlüklər, bu amillərdən asılı olaraq, müxtəlif yüksək­likdə, formada və istiqamətdə (dalğanın boyuna, eninə və başqa istiqamətlərdə) alınır.
Üzün kələ-kötürlük dərəcəsi (dik-çökəkliklərinin yük­səkliyi) bir neçə ölçü ilə müəyyən edilir: bu ölçülər aşağıdakılardır:

  1. kələ-kötürlüyün profilinin maksimum hündürlüyü - rmax;

  2. çıxıntının profilinin hündürlüyü - urt;

  3. çökəkliyin profilinin dərinliyi - yvm ;

Profilinin kələ-kötürlüyünün addımı - çıxıntı və çö­kəkliklərdən ibarət olub, profilin orta xəttindən uzunluq üzrə kəsilmiş kiçik bir parçadır (şəkil 6.3). Kələ-kötürlüyün orta addımı, baza uzunluğu üzrə, onların profillərinin addımlarının orta qiymətinə bərabər götürülür.

Şəkil 6.3. Kələ-kötürlüyün profili
Təpələrin yerli addımı - orta xətt üzərində iki qonşu təpə proeksiyasının ayırdığı uzunluqdur. Təpələrin orta yerli addımı isə orta xətt üzrə həmin təpələrin adımlarının orta qiyməti götürülür.
Səthin kötürlüyünün qiymətləndirilməsi üçün təpələrin hündürlüklərinə görə kriteriya müəyyən edilir (Rz). Kələ-kötürlüklərin profilinin baza uzunluğu üzrə on nöqtədəki hündürlüyü Rz, beş ən hündür çıxıntıların orta qiymətləri isə beş ən kiçik çökəkliklərin hündürləri cəminin orta qiymətlərinə bərabər götürülür:
(6.1)
burada ypmi - i-ci ən böyük çıxıntının hündürlüyü; yvmi - i-ci ən böyük çökəkiiyin profilinin dərinliyidir.
Maşıqayırmada səthin Kələ-kötürlüyünün qiymətlən­dirilməsi üçün vacib kirteriyalardan biri Ra-dır. Daha doğ­rusu profilin hündürlüyünün orta hesabı hədd ölçüsüdür. Ra - baza uzunluğu sərhəddində profilin hündürlüyünün hədd ölçüsünün mütləq orta hesabı qiymətidir, yə’ni
(6.2)
və yaxud təqribi qiyməti
(6.3)
burada y - profilin hündürlüyünün hədd ölçüsüdür, istənilən hündürlükdən orta xəttə qədər olan məsafədir; l - baza uzunluğu, n - baza xətti üzrə görülən nöqtələrin sayıdır.
Profilin orta kvadratik xətası Rq - baza uzunluğu üz­rə profillərin hündürlükiərinin orta kvadratik hündürlük­ləridir.
(6.4)
və ya təqribi olaraq
(6.5)
Kələ-kötürlüyün ədədi qiyməti, RaRq - kriteriyalarına görə müəyyən edilir və praktiki olaraq onlar bir-birlərinə yaxın qiymətə malikdirlər, daha doğrusu

Görüşən səthlərin istismar keyfiyyəti baxımından (ye­yilməyə davamlılıq, toxunma sərtliyi və s.) birləşmələrdə faktiki görüşən səthlərin vəziyyətinin rolu daha böyükdür və profilin söykənmə uzunluğu kriteriyası ηp - ilə müəyyən edilir.
Profilin söykənmə uzunluq kriteriyası ηp – baza uzunluğu sərhəddində, orta xəttə ekvidistan olan və profil xəttini lazımi səviyyədə kəsən, ayrı-ayrı parçaların uzunluqları cəminə deyilir.
Səthlərin söykənmə ölçüsünü e’mal metodlarından asılı olaraq müqayisə etmək üçün profilin nisbi söykənmə uzunluğundan tp istifadə edilir ki, o da profilin söykənmə uzunluğunun, profilin baza uzunluğuna olan nisbətinə görə aşağıdakı kimi hesablanır:
(6.6)
burada bi - materialın profil hündürlüyündən kəsilən parçasının uzunluğudur.
p - profil kəsiyinin səviyyəsidir, profil təpəsi xəttindən, ekvidistant xətti profilinin təpələrini kəsən xəttə qədər olan məsafədir.
Profil kəsiyinin səviyyəsi olan r-yə görə, profilin söykənmə uzunluğu n və nisbi söykənmə uzunluğu tp müəyyən edilir. r - məsafəsi faizlə Rmax, ölçüsünə görə hesablanır. Səthin kələ-kötürlük anlayışı və onun terminologiyası müəyyən dövlət standartlarında (DST 2789-73, ISO 1980 və ya AMS 4287/1) öz əksini tapmışdır və sxematik olaraq şəkil 6.4 göstərilmişdir.
İşçi eskizlər üzərində şərti olaraq səthin kələ-kötürlüyü DST 2.309-73-ə görə göstərilməsi şəkil 6.4. və 6.5-də verilmişdir.
Belə olan halda profilin hesabı hədd ölçüsü rəqəmlə göstərilir və heç bir simvolik işarədən istifadə edilmir. Məsələn 0,5. Qalan parametrlərin ədədi qiyməti üçün simvolik işarədən sonra qeyd edilir. Məsələn: Rz = 3,2; Rmax = 6,3; Sm = 0,63; S = 0,032; t50 = 70, yə’ni profil kəsiyinin R =50% -lik səviyəsində nisbi söykənmə uzunluğu tp = 70%-dir.


Şəkil 6.4. Kələ-kötürlüyün qeyd edilmə qaydası





Şəkil 6.5. Kələ-kötürlüyün mürəkkəb səthlərdə qeyd edilməsi

Əgər işçi eskiz üzərində ancaq nahamarlığın hün- dürlükiəri ra, rr, rmax, nahamarlığın orta addımı S nisbi söykənmə uzunluğu tp göstərilərsə, onda təmizlik işarəsi xətsiz qeyd edilir (şəkil 6.6 u).




Şəkil 6.6. Kələ-kötürlüyün mürəkkəb qeyd edilməsi qaydası



Əgər konstruktor tərəfindən səthin e’malı nəzərdə tutulmursa, onda həmin səth üçün təmizlik işarəsi şəkil 6.6 b-də göstərildiyi kimi qeyd olunur. E’mal edilən səth hər hansı mexaniki e’maldan keçməlidirsə (torna, frezlə- mə, burgulama, pardaxlama, cilalama və s.) onda həmin səthdə təmizlik işarəsi şəkil 6.6 v göstərildiyi kimi qeyd edilməlidir. E’mal edilən səth heç bir mexaniki e’maldan keçmirsə, yə’ni tökmə, döymə, ştammplama, soyuq yayma və s. əməliyyatlarla yaradılırsa onda səthin təmizliyi şəkil 6.6 q göstərildiyi kimi qeyd olunur.
Səthin təmizliyinin 2789-73 nömrəli standarta görə, müxtəlif əməliyyatlarla alına bilən göstəricilərinin (Rz, Ra) ədədi qiymətləri cədvəl 6.1 verilmişdir.
Cədvəl 6.1-in tərtib olunmasında, onu qeyd etmək vacibdir ki, çox hallarda Rz = 4Ra şərti ödənilir. Ancaq e’mal metodlarından asılı olar bə’zən bu asılılıq pozulur. Məsələn səthin təmizliyi yüksək tələb edildikdə Rz 6,3 mkm, Ra 1,25 mkm olur. Səthlərin zərif e’malında (nazik pardaxlama, sürtmə və s.) Rz ilə Ra nisbəti beşə yaxınlaşır (Rz = 5Ra) və yaxud Rz = 0,4 mkm eskiz üzrə e’mal zamanı səthin təmizliyi yuxarı olur, nəinki Ra = 0,1 mkm tələb olunan səthin e’malından alınan səthdən. Beləliklə cədvəldə göstərilən Rz və Ra-nın qiymətlərinin bə’zi hallarda ümumi nisbətə (Rz = 4Ra) görə bir-birindən fərq­lənməsi yol verilən haldır və səhv hesab edilmir.
Cədvəl 6.1


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə