Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Mühazirə Mövzu 6. Emal edilmiş üzün keyfiyyəti. Üzün təmizliyi. Kələ-kötürlük. Üz qatının fiziki və mexaniki xassələri



Yüklə 3,03 Mb.
səhifə24/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   63
-Ma n istehsal texnologiyas [1]

Mühazirə
Mövzu 6. Emal edilmiş üzün keyfiyyəti. Üzün təmizliyi. Kələ-kötürlük. Üz qatının fiziki və mexaniki xassələri.


Kiçik sür’ətlə işləyən maşınlarda bir çox hallarda mühüm üzlərin lazımi dəqiqliklə e’malı maşının keyfiyyətli hazırlanmasını tə’min edir. buna görə də son illərə qədər maşın hissələrinin mexaniki e’mal keyfiyyətini ancaq dəqiqlikdən asılı olaraq müəyyən edirdilər. E’mal edilən üzün keyfiyyətinə xüsusi fikir verilmirdi və o, heç bir vasitə ilə yoxlanmırdı.
Böyük sür’ətlə işləyən maşınların hazırlanması və ümumiyyətlə, maşıqnayırmanın inkişafı ilə əlaqədar olaraq, maşın hissələrinin e’mal edilən üzlərinin keyfiyyəti məsələsi böyük əhəmiyyət qazanmışdır. Hazırda maşınqayırmanın bir çox sahələrində maşın hissələrinin e’mal edilən üzlərinin keyfiyyəti ayrıca yoxlanılır. Ona görə də, e’mal edilən üzlərin keyfiyyəti mexaniki e’mal texnologiyası elmində müstəqil bir bəhs təşkil edir.
E’mal edilmiş üzün keyfiyyəti, məlum həndəsi formanı (tamam və ya qismən) əhatə edən üzün təmizliyi və üst qatının fiziki və mexaniki xassələri ilə müəyyən olunur.
Üzün təmizliyi e’mal zamanı onun üstündə əmələ gələn kələ-kötürlüklərin ölçüsü ilə tə’yin edilir.
Mə’lumdur ki, mexaniki e’mal nəticəsində ideal hamar üz əldə etmək olmur. Üz yüksək dərəcədə təmiz hazırlanmış olsa belə, yenə də üzərində alətin izləri xırda çökəklər və ya cizgilər şəklində qalır. Alətin (kəsginin, frezin, sumbata daşının və s.) mə’mul üzərində buraxdığı izlər, ağzının formasından, kəsmə rejimindən, alət-dəzgah- mə’mul sisteminin sərtliyindən və hazırlanan materialın xassələrindən asılı olaraq, forma və ölçü e’itibarilə müx­təlif olur. Bu izlərin hər bir e’mal şəraiti üçün az-çox müəyyən bir dərinliyi olur. Kobud e’mal edilmiş üzlərdə bu izləri - kələ-kötürlüyü gözlə rahat görmək olur. Təmiz e’mal edilmiş üzlərdə isə, əksər hallarda, bu izləri ancaq böyüdücü cihazlar vasitəsilə görmək mümkündür.
E’mal edilən üzün fiziki və mexaniki xassələri dedik­də, e’mal prosesində kəsmə təzyiqinin və temperaturunun tə’siri ilə e’mal edilən üzdə əmələ gəlmiş (dəyişmiş) xas­sələri nəzərdə tutulur.
E’mal prosesində kəsmə təzyiqi altında üz qatının kristalları qırılır, deformasiyaya uğrayır, sıxlaşır, döyənək qatı əmələ gəlir və s. E’mal edilən üzdə əmələ gələn istiliyin temperaturu üz qatının daxili quruluşunun dəyişməsinə, üz qatında müəyyən gərginlik əmələ gəlməsinə və başqa dəyişikliklərə səbəb olur.
Bunların nəticəsində e,mal edilən həndəsi formanın üz qatının fiziki xassələri e’mal edilən material kütləsinin xassələrindən fərqlənir.
Maşının faydalı iş əmsalı və işləmə müddəti, xüsusən sürtülən hissələrin ömrü, üzün keyfiyyətindən xeyli asılı­dır. Ona görə də maşın hissələrinin e’mal edilən üzlərindən müəyyən keyfiyyət tələb olunur. Maşınlar təkmilləşdikcə (sür’əti, gücü və mürəkkəbliyi artdıqca) üzdən tələb olu­nan keyfiyyət də artır.
Ümumiyyətlə, təyyarə, avtomobil, traktor, lokomotiv, metalyonan dəzgah və b.k. maşınları, neft sənayesi üçün isə kompressor, dərinlik nasosları, sür’ət qutusu, buxar nasosları, fırlanğıc, boru təmizləyən aparatlar və b.k. avadanlıqları hazırlarkən üzün keyfiyyətinə xüsusi fikir verilir.
Ümumiyyətlə, üzün təmizliyi maşının istismara yararlılıq qabiliyyətini artırır və xüsusən aşağıdakı istismar xüsusiyyətlərinə tə’sir edir:

  1. sürtünən üzlərin yeyilməyə qarşı davamlılığını yüksəldir;

  2. gərilmə ilə yaranan oturmaların möhkəmliyini artırır;

  3. dəyişən yüklə işləyən hissələrin yorulma (dövrilik) möhkəmliyini artırır;

  4. üzlərin korroziyaya davamlılıq qabiliyyətini yüksəldir.

E’mal edilən üzün keyfiyyətini yaxşılaşdırmaqla, maşının bu xüsusiyyətlərini artırmaq və nəticədə işləmə müddətini xeyli uzatmaq olur.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə