Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə25/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   63
-Ma n istehsal texnologiyas [1]

Yeyilməyə qarşı davamlılıq. Maşın hissələrinin sür­tünən üzlərinin yeyilməsinə tə’sir edən əsas səbəblərdən biri sürtünən üzlərin təmizliyidir. Sürtünən üzlər təmiz olarsa, yağ onların arasında asan hərəKət edir (6.1-ci a şəkli), xüsusi təzyiq az olduğundan üzlərin arasından sıxılıb çıxmır və nəticədə sürtünən üzlər bir-birinə toxun­maqdan qorunur.
Sürtünən üzlər kələ-kötür olarsa, yağ onların ara­sında çətin hərəkət edir. Bundan başqa, çıxıntıların başın­da xüsusi təzyiq böyük olduğundan, onlar yağ pərdəsini bə’zi yerlərdə yırtır və qarşısındakı üzə toxunur. Bunun nəticəsində yağ pərdəsi üzülür və həmin yerlərdə quru və ya yarımquru sürtünmə əmələ gəlir (6.1-ci bv şəkli). Sürtünən üzlərin təmizliyi nə qədər çox olarsa, quru, yaxud yarımquru sürtünmənin də əmələ gəlməsi ehtimalı bir o qədər azalır.
Üzlər bir-birinə ancaq çıxıntıları ilə toxunan halda, bir hissənin təzyiqi o birinə həqiqi toxunma sahəsi vasitəsilə, yə’ni xırda sahəcikiər vasitəsilə verilir. Bu halda, toxunan sahəcikiərdə əzilmə gərginliyi o qədər böyük olur ki, sahəcikiərin bir qismi elastik, bir qismi isə plastik deformasiyaya uğrayır və əzilir, bə’ziləri də yerindən (kütlədən) qopur.

Şəkil 6.1. a, bv təmiz və kələ-kötür üzlər arasında yağın hərəkəti;
q - yeyilmənin prinsipial əyrisi; de - valın və deşiyin ölçülən və həqiqi diametrləri; j - korroziyanın metalın içinə girməsi
Kiçik sahəcikiərin plastik deformasiyası, əzilməsi və kütlədən qopması nəticəsində sürtünən üzlərin istilik dərəcəsi artır. Qopan hissələr üzlərin arasında abraziv rolu ifa edərək yeyilməni artırır. Bunların sayəsində proses mürəkkəbləşir və ümumi yeyilmənin sür’əti və miqdarı böyüyür.
Təcrübə göstərir ki, çıxıntıların bu qayda ilə deformasiyaya uğraması sürtünən üzlərin iş dövrünün əvvəlində daha sür’ətlə gedir. Bir qədər işlədikdən sonra həqiqi sürtünmə sahəsi böyüyür, yeyilmənin sür’əti azalır.
6.1 q şəklində sürtünən üzlərin yeyilməsinin prin­sipial əyrisi göstərilmişdir. Əyrini qurarkən absis oxu üzə­rində yeyilmə vaxtı, ordinat üzərində isə yeyilmənin miq­darı götürülmüşdür. İşin əvvəlində sürtünən üzlər T0 vaxtı ərzində sür’ətlə yeyilir. Buna ibtidai yeyilmə deyilir. Yeyilmənin artma sür’ətini ifadə edən kəmiyyət, yə’ni bu dövrdə tga get-gedə azalır.
İbtidai yeyilmə ö0 bitdikdən (əməli olaraq yol verilən həddinə çatdıqdan) sonra yeyilmənin sür’əti az-çox sabitlə­şir, T0 -Tk müddəti ərzində sürtünən üzlər normal işləmə dövrünü keçirir.
Yeyilmə ck həddinə çatdıqdan sonra onun sür’əti ar­tır. Sürtünən üzlər dağılmağa başlayır. Üzlər cızılır, bir- birinə ilişir, yapışır və b.k. hadisələr baş verir. Tk -dan sonraKı dövr qısa olur. Maşın hissələrinin üzləri bu dövrə keçməzdən qabaq, maşın tə’mir olunmalıdır.
Yuxarıda göstərilən yeyilmə dövrlərinin nisbəti üzlərin keyfiyyətindən, yağlanmanın miqdarından və key­fiyyətindən, təzyiqdən və sürtünmə sür’ətindən asılıdır.
Təzyiq və sürtünmə sür’əti böyük olarsa, T0 Tk bir-birinə çox yaxın ola bilər, hətta bir-birindən seçilməz. Əksinə, təzyiq və sür’ət kiçik olarsa, Ta zamanı o qədər uzanır ki, əməli olaraq üzlərin yeyilməsi dağılma həddinə çatmır, yeyilmə az olur, lakin başqa üzlərin yeyilməsi nəticəsində maşın tə’mir olunur, yaxud normal yeyilmənin çoxalması nəticəsində ara boşluğu böyüyür, həddini keçir, bunun nəticəsi olaraq üzlər cütü istismara yaramır.
İbtidai yeyilmə (δ 0) ümumi yeyilmənin böyük bir qismini təşkil edir. adi üsullarla hazırlanan üzlərin ibtidai yeyilməsi bə’zən normal işləmə dövrünün yeyilməsindən çox olur.
Maşını əvvəlcə işə salmaq üçün sürtünən üzlərin arasında müəyyən ara boşluğu olmalıdır. İbtidai yeyilmə dövründə bu boşluq böyüyür. Sürtünən üzlərin təmizliyi az olarsa, bu böyümə o qədər çox olur ki, normal yeyilmə üçün çox az ehtiyat qalır. Bu isə üzlərin istismar müddətini azaldır.
İbtidai yeyilmə çox olarsa, ara boşluğun nəticəsində oturmanın xarakteri dəyişir. Məsələn g oturması f oturmasına, yaxud f oturması e oturmasına çevrilir və i.a. bu isə istismar şəraitini dəyişir, yeyilməni sür’ətləndirir və istismar müddətini qısaldır.
İbtidai yeyilmə sürtünən üzlərin təmizliyindən çox asılıdır. Məsələn, kobud pardaxlanmış üzün müəyyən bir şəraitdə, yeyilməsi 7,5 mkm, nazik pardaxlanmış üzünkü isə 1,25 mkm olmuşdur.
Bunu da qeyd etmək lazımdır ki, üzün yeyilməyə davamına onun üzərindəki cizgilərin istiqaməti, üzün çıxıntılarının yüksəkliyi və onların üst hissəsinin forması çox ciddi tə’sir edir. Çıxıntılar nə qədər küt olarsa, həqiqi görüşmə sahəsi də bir o qədər böyüyər və üzlərin yeyilməyə davamı çoxalar.
Yeyilmə, üzün təmizliyindən başqa, üst qatın fiziki və mexaniki xassələrindən və bu xassələri törədən e’mal metodundan da asılıdır.


Pres oturmalarının möhKəmliyi. Kələ-kötür üzü ölçərkən, deşiyin və valın diametri üzün dişlərinin təpələri (D1d1) üzrə ölçülür (6.1-ci äe şəKilləri). Valı deşiyə oturdarkən daraqların dişlərinin az gərilmə əmələ gəlmiş olur, d1-D1=g1 əvəzinə d2-D2=g2 gərilməsi əmələ gəlir, nəticədə həqiqi gərilmə normal gərilmədən az olur, yə’ni g2 < g1. Təqribən g2=g1 -1,2 (RZA + RZB ); burada RzaRzb deşiK və val çıxıntılarının ən böyüK yüKsəK­liyidir.
Valın və deşiyin üzləri təmiz hazırlanmış olarsa, oturmada yaranan gərilmə val və deşik ölçülərinin fərqinə müvafiq olur.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə