Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə26/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   63
-Ma n istehsal texnologiyas [1]

Yorulma möhKəmliyi. Üzün keyfiyyəti metalın dəyişən yükdən yorulma müqavimətinə də tə’sir edir. Maşın hissəsinin üzü təmiz olmazsa, gərginlik (xüsusən dəyişən yükün gərginliyi) müəyyən yerlərdə toplanır, üz çatdaqları əmələ gətirir. Sonra bu çatdaqlar böyüyər ək maşın hissəsinin dağılmasına səbəb olur. Maşın hissəsinin üzü nə qədər çox təmiz olsa, dəyişən yükdən üz çatdaqlarının əmələ gəlmə imkanı da bir o qədər azalır. Cilalanmış, supperfinişləmə (titrəyən bülöv daşları) ilə tamamlanmış və b.k. üsullarla e’mal edilmiş üzlər maşın hissəsinin möhkəmlik həddini artırır.
Çoxsaylı elmi tədqiqatlar müəyyən edir ki, maşın hissələrinin soyuq halda təzyiqlə e’mal üsulları (vərdənələ- mə, basma və bu kimi üzə sığal verən əməliyyatlar) düzgün aparılarsa, yorulma həddinin xeyli artmasına səbəb olur. Bu üsullarla e’mal edilmiş üzlərdə kələ-kötürlük az olur, həm də üz qatında çatdaqlarının əmələ gəlməsinə müqavi­mət göstərir.
Üz keyfiyyətinin yorulma möhkəmliyinə tə’sirinin, poladdan hazırlanmış hissələr üçün böyük əhəmiyyəti vardır. Rəngli metallardan və çuqundan hazırlanan maşın hissələrinin yorulma möhkəmliyinə üzün keyfiyyəti çox az tə’sir edir.


Korroziyaya qarşı davamlılıq. Havada olan qazlar və buxarlar bilavasitə metalın üzünə toxunmaqla, həm də metalın üzündə onlardan əmələ gələn kondensasiya məhsul­ları ilə metala tə’sir edir. Kondensasiya məhsulları başlıca olaraq çökəklərdə (çökəkliklərin diblərində) yiğilir və çökəklərin diblərində 6.1-ci j şəklində göstərilən istiqamət­lərdə, çatdaqlar əmələ gətirərək metalin üzünü yavaş-yavaş dağidır. Bu hadisəyə korroziya deyilir. Üzün çökəklərinin dibində dəyirmilənmə radiusu nə qədər böyük olarsa, kor­roziya prosesi bir o qədər yavaş gedir.
Maşın hissələrinin üzlərini rəng, qalay, qurğuşun, sink və s. vasitələrlə, müxtəlif üsullarla örtərək korroziya­dan qoruyurlar. Lakin bir sıra (oturan, deformasiyaya uğrayan və s.) üzləri örtmək olmur. Belə hallarda üzün təmizliyi metalı korroziyadan qorumaq üçün ən yaxşı vasitədir.
Korroziyaya üğrayan üz yeni zamanda sürtünərsə, dibləri çatdamış çıxıntılar sürtünmə zamanı daha tez qopur və üzün yeyilmə prosesi daha sür’ətli gedir.
Təmiz hazırlanmış üzlərdə kondensatlar çətin dayanır. Buna görə də, belə üzlərdə korroziya prosesi çox yavaş inkişaf edir. Maşın hissəsinin üzü nə qədər təmiz olarsa, korroziya prosesinin əmələ gəlmə və inkişaf etmə imkanı bir o qədərə az olur.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə