Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə21/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   63
-Ma n istehsal texnologiyas [1]

Py yonma təzyiqinin horizontal mürəkkəbəsi, kq ilə;
y — horizontal istiqamətində kəsgi tiyəsinin mə’mula nisbətən və ya mə’mul oxunun kəsginin burnuna nisbətən yerdəyişməsidir, mm ilə.
Kəsgi tiyəsinin və ya mə’mul oxunun yerdəyişməsi, dəzgah-mə’mul-alət sistemində, mə’mulun bağlanma qüvvəsi və yonma təzyiqinin tə’siri altında törəyən ümumi elastik deformasiya dəzgah-mə’mul-alət sisteminə daxil olan bütün hissələrin (mə’mul, tərtibat hissələrinin, dəzgah şpindelinin, alətin, alət bağlanan hissənin, support hissəsinin, karetkanın, nəhayət dəzgah çatısının) deforma­siyalarının toplanmış cəmidir.
Ümumi deformasiyanın ən böyük qismini sistemə daxil olan hissələrin sərtlikcə ən zəifinin deformasiyası təşkil edir. Məsələn, çox sərt dəzgahda, diametri uzun­luğuna nisbətən kiçik olan valı yonarkən, başlıca olaraq mə’mul (val) deformasiya olunur. Dəzgahın deformasiyası mə’mulunkuna nisbətən çox az olur.
Yuxarıda göstərilənlərə əsasən demək olar ki, yüksək dəqiqlik əldə etmək üçün, maşın hissəsinin üzündən get- gedə en kəsiyi azalan yonqarlar götürərək, onu bir neçə ke­çid (və ya əməliyyat) ilə e’mal etmək lazımdır. Məsələn, bir sıra hallarda maşın hissəsini əvvəl kobud, sonra təmiz, bundan sonra nazik yonurlar və ya pardaxlayırlar. Yonqa­rın en kəsiyi az alınan keçidlərdə, kəsmə təzyiqi az olduğu üçün, dəzgah-mə’mul-alət sisteminin elastik deformasiyası da az olur və nəticədə e’mal edilən üz dəqiq alınır.


a) Dəzgahın və tərtibatın sərtliyi


Dəzgahların sərtliyi (daha doğrusu, ümumi yerdəyiş­mə) onun deformasiya olunan hissələrinin quruluşundan, yığılmasının keyfiyyətindən (yə’ni e’mal zamanı yüklənən, xüsusən hərəkət edən birləşmələrin kipiliyindən), mə’mulu bağlayan boltların dartılma istiqamətindən və kəsmə qüv­vəsindən asılıdır.
Kəsmə prosesində kəsmə təzyiqi və başqa yüklərin tə’siri altında dəzgahın hissələri və qovşaqları deformasiya olunur. 5.3-cü a şəklində burğu dəzgahının yük alğında deformasiyası böyüdülmüş halda göstərilmişdir. Dəzgahın hissələrinin deformasiya olunması nəticəsində qovşaqların bir-birinə nisbətən vəziyyəti də (paralelliyi, perpendikulyarlığı və s.) dəyişir.
K.V.Votinovun göstərdiyinə görə, qovşaqların deforma­siyası başlıca olaraq qovşağın hissələri arasındam araboşluqlarının hesabına əmələ gəlir. Qovşaq hissələrinin defor­masiyası, görüşən səthlərin deformasiyasına nisbətən az olur.
Dəzgahı sınama zamanı (və ya iş prosesində) qüvvə tətbiq etdində, yerdəyişmə əvvəl qüvvə tətbiq olunan qov­şağın hissələri arasındanı boşluqların hesabına əmələ gəlir, sonra isə elastin deformasiya nəticəsində artır. 5.3-cü b şənlində torna dəzgahının supportlarını sərtlincə əvəz edə bilən tircin göstərilmişdir. Tirciyin ölçülərindən görünür ki, support hissələrinin böyün olmasına baxmayaraq, ümu­mi sərtliyi çox azdır. Bunun səbəbi isə, qovşaqda iştiran edən hissələrin görüşən üzlərinin çox olmasıdır.
Buna görə də dəzgahın hissələri yığılan zaman onları bir-birinə nip uydurmağın, dəzgahın ümumi sərtliyi, habelə e’mal dəqiqliyi üçün böyün əhəmiyyəti vardır.
Dəzgahların hissələrinin və qovşaqların sərtliyi ümu­miyyətlə və müxtəlif istiqamətlərində bir-birindən seçilir; məsələn, prof. A.N.Kaşirinin rəhbərliyi altında aparılan tədqiqatlardan alınmış nəticələr göstərir ki, mərnəzli torna dəzgahının qabaq aşağının sərtliyi dal aşağınnından çoxdur. Dal aşıq yuxarıdan aşağı və supporta doğru horizontal tə’sir edən qüvvələrə ən az sərtlin göstərir.
Dəzgahın hissələrinin sərtliyinin azlığı mə’mulun də­qiqliyinə böyün tə’sir edə bilər. Məsələn, torna dəzgahla- rında dal və qabaq aşıqların sərtliyi az olarsa, mə’mulu mərnəzlər üzərində yonarnən, mərnəzlər yerini dəyişir (5.3-cü v şənli). Mərnəzlərin yerdəyişməsi nəsgi başlarda inən ən böyün, ortada isə ən kiçin olur. Bunun nəticəsi olaraq, mə’mulun üstü yəhərvari alınır (5.3-cü q şənli).
Valın (özünün elastin deformasiyası nəzərə alınmazsa) yerdəyişməsi belə ifadə oluna bilər:

burada ab — dal və qabaq mərKəzlərinin yerdəyişməsi;
KdKr — dal və qabaq mərkəzlərin elestik koeffisientləri;
x — kəsginin getdiyi yol;
l — valın uzunluğudur.

Şəkil 5.3. Burğu və torna dəzgahlarının əsas hissələrinin kəsmə
təzyiqi altında deformasiya uğraması:
a - burğu dəzgahının deşiyə təzyiqi ilə deformasiyaya uğraması;
b - torna dəzgahı supportunun sərtliyini əvəz edən prizma;
v - dal və qabaq aşığın mərkəzlərinin yerdəyişmə sxemi; q - dal və
qabaq aşığın sərtliyinin azlığı nəticəsində alınan yəhərvarilik

Kəsgi sağ başda (x = 0) olanda yerdəyişmə S= Kδ ˙ Py , kəsgi sol başda (x = l) olanda isə 8 = Kr ˙ Py olur.



Dəzgahın mərkəzlərinin elastik deformasiyası (yerdə­yişməsi) nəticəsində, valın diametrlərinin ən böyük fərqi (Kd > Kr isə) belə ifadə oluna bilər:

Bu ifadələrdən görünür ki, böyük sərtliyi olan valı yonarkən, onun üzü (doğuranı), mərkəzi ortada olan, parabola şəklində alınır. Buna müvafiq olaraq, valın diametri ortada başlarından kiçik əmələ gəlir (5.3-cü q şəkli).
Bunu da qeyd etmək lazımdır ki, dəzgahı öz yerində düzgün yerləşdirməyin də e’mal dəqiqliyi üçün böyük əhəmiyyəti vardır. Montaj zamanı dəzgahın çatısı əyilmiş olarsa, məmulun dəqiqliyinə böyük tə’sir edə bilər.
Dəzgah-mə’mul-alət sistemində tərtibat, dəzgahın bir düyünü kimi iştirak etdiyindən və onun deformasiyası dəz­gahın ümumi elastik deformasiyasının bir qismini təşkil etdiyi üçün, dəzgahın elastik deformasiyası haqqında yuxarıda göstərilənlər eyni zamanda tərtibata da aiddir.
Tərtibatların dəqiqliyi onların konstruksiyasından, yığılmasının dəqiqliyinin və dəzgaha bağlanmasının kipliyindən asılıdır. Məsələn, torna dəzgahı mərkəzlərinin sərtliyi onların şpindel və ya pinol ilə görüşən üzlərinin birləşmə kipliyindən asılıdır. Prof. A.P.Sokolovskinin göstərdiyinə görə, 4-6 nömrəli mərkəzlərin ümumi sərtliyi təxminən 5000-7000 kq/mm-dir. A.B.Şraerin göstərdiyinə görə 200 mm uzunluğunda qol vasitəsilə yükiənmiş və yiv vasitəsilə dəzgahının şpindelinə bağlanmış üçyumruqlu özümərkəzləşən patronun sərtliyi 650-1600 kq/mm, dördyumruqlu adi patronunku isə 4100 kq/mm-dir.
b) Alətin sərtliyi

Müəyyən hallarda alətin və onu dəzgaha bağlayan hissələrin elastik deformasiyasının ölçü və formanın dəqiq­liyinə böyük tə’siri olur. Məsələn, uzun deşikiəri açar­kən burğunun elastik deformasiyası nəticəsində deşiyin oxu xeyli əyilir və ya diametri get-gedə genişlənir (5.4 Şəkli).





Şəkil 5.4. Uzun deşikləri açarkən alətin elastik
deformasiyasından əmələ gələn xətalar


Borştanq vasitəsilə gövdə hissələrinin dəqiq deşiyini e’mal edərKən, borştanqın əyilməsi nəticəsində deşiyin ölçülərində və formasında ciddi xətalar əmələ gələ bilir.
Belə hallarda alətin bərKidilmə üsulunun, tiyəsinin həndəsəsi ünsürlə­rinin, kəsmə rejimi­nin və başqa iş şərai­tinin elastik defor­masiya üçün böyük əhəmiyyəti vardır.
Ona görə də belə hal­larda, alətdə və onu bağlayan hissədə elastiK deformisiya yaratmayan e’mal metodlarından istifadə olunur,
yaxud alətin və onu bağlayan hissələrin sərtliyi artırılır.
Məsələn, deşik alətləri üçün yönəldici oymaqlardan istifadə olunur, yaxud dərin deşikləri açarkən mə’mulu fırlandırma üsulu tətbiq edilir və s.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə