Mühazirə mövzuları I həftə



Yüklə 1,33 Mb.
səhifə26/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
C fakepathMuhazir

Metrik yivin müsaidələri

Yivin orta diametrinin müsaidəsi cəm müsaidədən ibarətdir. Bütün diametrlər üçün əsas müsaidələr sırası DST 16093–81-də 6 dəqiqlik dərəcəsi qəbul olunmuşdur.


Normal bağlama uzunluğu üçün 6-cı dəqiqlik dərəcəsində yivin diametrlərinin müsaidəsi aşağıdakı düsturla hesablanır, mkm:

olduqda

( mm olduqda)
burada d – nominal diametrlər intervalının orta həndəsi qiymətidir.
Digər dəqiqlik dərəcəsinin müsaidələri 6-cı dəqiqlik dərəcəsi müsaidəsini aşağıdakı əmsallara vurmaqla təyin olunur:
dəqiqlik dərəcəsi 3, 4, 5, 6, 7, 8, 9, 10
əmsal 0,5; 0,63; 0,8; 1; 1,25; 1,6; 2; 2,5.
Xarici yivin daxili diametri d1 və daxili yivin xarici diameri D üçün müsaidə nəzərdə tutulmamışdır.
Eyni dəqiqlik dərəcəsi üçün yivin TD2 müsaidəsi Td2 müsaidəsindən 1/3 qədər böyükdür.

Metrik yivin dəqiqliyinin və oturmalarının
işarə edilməsi

Yivin diametrinin müsaidə sahəsinin işarəsi dəqiqlik dərəcəsini göstərən rəqəmdən və əsas meyli göstərən hərfdən ibarətdir (məsələn, 6h, 6g, 6H).


Yivin müsaidə sahəsi orta diametrin müsaidə sahəsinin işarəsi və çıxıntı diametrin müsaidə sahəsinin işarəsindən ibarət olur (məsələn, 7g, 6g, 5H, 6H).
Əgər çıxıntı diametrinin müsaidə sahəsi orta diametrin müsaidə sahəsinə uyğun gələrsə, onda işarədə yivin diametrini müsaidə sahələrinin işarələri təkrar göstərilir (məsələn, 6h; 6H).
Yivin müsaidə sahəsi ölçüsündən sonra «tire» ilə ayrılaraq yazılır (məsələn, bolt M12 – 6g, qayka M12 – 6H, bolt M22x1 – 6g, qayka 12x1 – 6R, girintisi dəyirmiləşdirilmiş bolt M12–6g–R). Yivli birləşmənin oturması kəsr şəklində yazılır, surətdə qaykanın müsaidə sahəsi, məxrəcdə isə boltun müsaidə sahəsi göstərilir (məsələn M12– 6H/6g, sol yiv üçün isə M12x1 LH– 6N/6g). Əgər bağlama uzunluğu normal uzunluqdan fərqlənirsə, onu işarədə göstərirlər: M12–7g 6g–30, burada 30 – bağlama uzunluğudur, mm. Diametri 1 mm-dən az olan yivlərin dəqiqlik dərəcələrinin işarəsi DST 9000–81 üzrə olmalıdır (M0,5–5h3; M0,5–4H5; M0,5–4H5/5h3 birinci yerdə orta diametrin müsaidə sahəsi dəqiqlik dərəcəsi və əsas meyli, ikinci yerdə d və D1-in dəqiqlik dərəcəsi göstərilir). DST 16093–81 üzrə standartlaşdırılmış yivlərin müsaidələr sistemi texnoloji cəhətdən daha əlverişlidir. Bu standartda dəqiq və orta siniflərdə qaykanın orta diametrinin müsaidə sahəsi və habelə qayka üçün TD və bolt üçün Td müsaidələri də genişləndirilmişdir.
Orta və çıxıntı diametrləri üçün müxtəlif dəqiqlik dərəcələrinin təyin edilməsinin mümkün olması, yivlərin texnoloji səmərəliliyinin əlavə olaraq artırılmasına imkan verir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə