Mühazirə mövzuları I həftə


Yiv birləşməsində gərginlikli oturmalar



Yüklə 1,33 Mb.
səhifə27/32
tarix28.11.2023
ölçüsü1,33 Mb.
#135149
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   32
C fakepathMuhazir

Yiv birləşməsində gərginlikli oturmalar

İşçi temperaturun dəyişməsi, dəyişən yükün təsiri və titrəmə nəticəsində kipliyin pozulması və öz-özünə açılmasınınqarşısını almaq məqsədilə bolt, qayka, yığım vahidlərinin quruluşunda və sancaq birləşməsində gərginlikli oturmalardan istifadə olunur.


Mühərrik gövdəsinə sancağın oturmasını buna misal göstərmək olar. Bu halda sancağın gövdəyə elə gərginliklə oturdulmalıdır ki, onun yığma, sökmə və istismarı zamanı qaykanı bərkitdikdə fırlanması mümkün olmasın (H/h oturması üzrə o biri ucda yerinə yetirilir).
Gərginlikli oturma DST 4608–81-də standartlaşdırıl­mışdır. Bu standart profili DST 9150–81-ə uyğun diametri 5–45 mm və addımı 0,8–3 mm metrik yivlərə aiddir.

Xarici və daxili yivlərin müsaidə sahələrinin yerləşməsi şəkil 4.7-də göstərilmişdir.



Şəkil 4.7. Gərginlikli yiv birləşməsinin müsaidə
sahələrinin yerləşməsi
Orta diametr üzrə gərginlikli oturmalar yalnız deşik sistemi üçün nəzərdə tutulmuşdur. Çünki texnoloji cəhətdən deşik sistemi val sisteminə nisbətən böyük üstünlüklərə malikdir.
Hissələri qruplaşdırdıqda orta diametrin müsaidəsi addımın və profilin yan tərəfinin maillik bucağının xətasını nəzərə almır. Ona görə ki, birləşmənin sıxılması zamanı yaranan burucu moment gətirmə orta dametrindən yox, bilavasitə orta diametrindən yaranan gərginlikdən asılıdır. Buna görə də yivli yuvaları və sancaqları seçmə (selektiv yığması üçün) qruplaşdırdıqda orta diametrlərin bilavasitə standartda göstərilmiş hədd meyllərindən istifadə olunur. Qruplaşdırılmayan yivli hissələrin orta diametrlərinin müsaidəsi cəm olunmuş müsaidədir. Xarici yivin daxili diametrlərinin hədd meylləri təyin olunmayıb, onlar orta diametrin müsaidə sahəsinin vəziyyəti və xarici yivin girintisinin formasının hədd meylləri ilə məhdudlaşdırılır.
Gərginlikli oturmalarda yivli bağlamanın uzunluğu; daxili yivi olan hissə poladdan (11,25) d; çüqündan 1,251,5 d; alüminiumdan və maqnezium xəlitələrindən hazırlanırsa (1,52) d qədər götürülməlidir. Başqa bağlama uzunluqları və ya başqa materiallar tətbiq olunduqda oturmalar əlavə olaraq yoxlanmalıdır.
Daxili yivin xarici diametrinin yuxarı meyli təyin olunmur.
Qəbul olunmuş müsaidə sahələri və oturmaları cədvəl 4.2-də göstərilmişdir.
Təminatlı gərginlikli oturmalar üçün orta diametr üzrə çox kiçik müsaidələr təyin olunmalıdır. Böyük müsaidələr olan halda minimum gərginliyi yaradan ölçülərin müxtəlifliyində sancaqların fırlanmasına təminat verilmir, böyük gərginlikli oturmalarda sancaqlar dağıla bilər və ya yuvanın yivi kəsilir. Bununla əlaqədar olaraq gərginlikli yivlər üçün, 3 və 2 dəqiqlik dərəcəsində sancaqlar üçün müəyyənləş­di­ril­mişdir. Dəqiqlik dərəcəsi üçün müsaidə aşağıdakı düsturla hesablanır.

Cədvəl 4.2
Gərginlikli yiv birləşmələrinin müsaidə sahələri


Daxili yivli
hissələrin
materi­alları

Yivin müsaidə sahəsi

Oturma P-yə görə,
mm

Əlavə şərti yığım­lar

xarici

daxili

1,25 və qədər

1,25-dən yuxarı

1,25 və qədər

1,25-dən yuxarı

Çuqun və alümini­um ərintilər

2r

2H5D

2H5G







Çuqun, alümini­um və maqne-zium ərin-tiləri

3p(2)

2H5D(2)

2H5G(2)





2 qrupa çeşid­ləmə

Polad, titan ərintiləri

3np(3)

3H4D(3)

2H4C(3)





3
qrupa çeşid­ləmə

Beləliklə, yuvanın yivinin müsaidəsi sancaqların müsaidəsindən 2% çoxdur.


Gərginlikli oturmalarda birləşmələrin eyni gərginlikli olmasını və möhkəmliyinin artırılmasını təmin etmək məqsədilə onları qruplara ayırır və sonradan qrupları birləşdirərək yığırlar (cədvəl 4.2).
Yivləri bağlayan zaman onların pərçimlənməsinin qarşısını almaq məqsədilə xarici və daxili diametrlər üzrə təminatlı araboşluğu nəərdə tutulmuşdur. Bu araboşluğunun qoyulmasında onu nəzərə almaq lazımdır ki, cütlər bağlanandan sonra plastik deformasiyanın təsiri nəticəsində sancağın xarici diametri böyüyür, yuvanın (əgər o plastik materialdan hazırlanmış gövdədirsə) daxili diametri isə gərginliyin müvafiq artımına uyğun olaraq kiçilir. Bunun nəticəsi olaraq həqiqi araboşluğu xarici və daxili diametrlər üzrə normallaşdırılmış araboşluğdan olduqca kiçik olur.
Sancaqların tsiklik möhkəmliyini artırmaq məqsədilə sancağın daxili diametri üzrə olan araboşluğu onun bağlanmasından sonra da təmin edilməlidir. Xarici diametr üzrə olan araboşluğ bağlandıqdan sonra sıfra bərabər ola bilər.
Gərginlikli birləşmələr üçün sancağın və yuvanın profilinin yarım bucağı və addımı üçün yivin uzunluğu boyu buraxılabilən meylləri müəyyənləşdirilmişdir. Profil bucağı yarısına və addımın meyllərinə yalnız sancaqlarda nəzarət edilir, yuvalar üçün isə bu meyllər yiv əmələ gətirən alətin hazırlanması zamanı qəbul edilmiş müvafiq dəqiqliyi ilə əldə edilir.
Təcrübə yolu ilə müəyyən edilmişdir ki, addımın və profil bucağının xətası maksimum buraxılabilən qiymətə yaxın olduqda bağlamanın burucu momenti 10–25% azalır. Addımın xətası özünü yivin profil bucağının xətasına nisbətən daha çox göstərir.
Yivin profil bucağının yarısının və addımın xətaları gərginlikli birləşmələrdə mümkün qədər ən az qiymətə malik olmalıdır.
Yivli birləşmənin keyfiyyətinə yivli səthlərin formaxətaları da təsir edir. Ona görə də yivin daxili və xarici diametrlərinin, ən böyük və ən kiçik dəqiq orta diametrlərinin fərqi kimi təyin edilən forma xətası orta diametrlərin müsaidəsinin 25%-dən artıq olmamalıdır. Əks konusluğa, yəni sancağın başlanğıcından ortaya doğru getdikcə diametrin artmasına icazə verilmir.
Yuvaların yivinin forma dəqiqliyinə nəzarət edilmir, bu dəqiqlik bilavasitə emal zamanı təmin edilir.
3H6H/3r və 3H6H/3n olmalarını qruplar üzrə çeşidləmə tətbiq etmədən də istifadə etmək olar. Bu oturmalar keçid oturmalarına aiddir və onların tətbiqi əlavə yoxlama tələb edir.
Yivin işarələnməsinə nümunə: M12–2H5S(2)/3r(2) – burada xarici yivin diametrinin müsaidə sahəsi göstərilmir, əlavə olaraq mötərizədə çeşidləmə qruplarının sayı göstərilir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə