MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə58/66
tarix29.11.2023
ölçüsü362,16 Kb.
#139195
1   ...   54   55   56   57   58   59   60   61   ...   66
M haziR M vzusu I QT sadi N Z R YY N n predmeti V metodu. P

4. Kredit münasibətləri.

KREDİT (latıncadan creditum – borc) qaytarmaq və faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir.


Azərbaycanın bazar iqtisadiyyatına keçdiyi bir şəraitdə mülkiyyətin çoxnövlüyünün yaranması ilə kredit münasibətləri müəyyən dəyişikliklərə məruz qaldı ki, bura mülkiyyətin müxtəlif formalarına uyğun gələn kreditləşmə obyektlərinin və subyektlərinin yaranmasına gətirib çıxartdı.
Kreditin yerinə yetirmiş olduğu funksiyalardan biri yenidən bölgü funksiyasıdır. Kredit mexanizmi vasitəsilə müəssisələrin, firmaların, şirkətlərin, dövlətin və fərdi bölmənin sərbəst pul vəsaitləri yığılır və borc kapitalı kimi istifadə edilir. Bu mexanizmi vasitəsilə borc kapitalı iqtisadiyyatın inkişafını təmin etmək məqsədi ilə istifadə edilir və müəyyən müddətdən sonra qaytarılır.
Kreditin digər bir funksiyası da kapitalın təmərküzləşməsi və mərkəzləşməsini təmin etməkdir. Bu isə firmaların, şirkətlərin, konsernlərin, səhmdar cəmiyyətlərin yaranmasına gətirib çıxarır.
Kreditin yerinə yetirdiyi funksiyalardan biri də onun iqtisadiyyatın tənzimlənməsi aləti kimi istifadə olunmasıdır. Azərbaycanın keçid iqtisadiyyatı şəraitində kreditin bütün bu funksiyalarına böyük ehtiyac vardır.
Kredit özünə xas olan funksiyaları kredit resurslarını səfərbər edən və bölüşdürən banklar vasitəsilə həyata keçirilir.
Kreditin iki əsas növü geniş yayılmışdır: kommersiya krediti və bank krediti.
KOMMERSİYA KREDİTİ – bu əmtəə kapitalı şəklində fəaliyyətdə olan sahibkarların bir-birinə verdikləri kreditdir.
Bank krediti bankların fəaliyyətdə olan sahibkarlara pul borcları şəklində verdikləri kreditdir.
Xarici ticarətdə bank kreditindən geniş istifadə edilir. Bu əsasən ixracın və idxalın kreditləşdirilməsi, farfeytinq, faktorinq formasında həyata keçirilir.
Dünya ölkələri təcrübəsində veksel krediti, açıq hesab üzrə kredit, aksept krediti, aksept-rambus krediti geniş yayılmışdır.
Veksel krediti əmtəələrin satılması haqqında saziş bağlayıb, idxalçıya köçürmə vekseli (tratta) tələbi irəli sürməsi başa düşülür. İdxalın kommersiya sənədini alandan sonra, onu akpetləşdirir, yəni vekseldə göstərilən müddətdə onun ödənilməsinə razılıq verir.
Açıq hesab üzrə kredit isə ixrac edən və idxalçı arasında saziş bağlanması yolu ilə verilir. Əmtəə göndərən əmtəə alanın hesabına onun borcu kimi, satılan və yüklənib yola salınan əmtəələrin dəyərini yazır. İdxalçı isə müəyyən edilmiş müddətdə krediti ödəməyə zəmanət verir. Açıq hesab üzrə kredit əmtəələr müntəzəm olaraq göndərildikdə tətbiq edilir.
İdxalın kreditləşdirilməsi bank kreditləşdirilməsinin spesifik forması olub, veksellərin uçota alınması formasında və ya alınan əmtəələri girov qoyduqda ssuda verilməsi yolu ilə aparılır.
Aksept krediti bank idxalçılara aldıqları əmtəələri girov qoyduqda verilir.
Aksept-rambus krediti kreditin mürəkkəbləşdirilmiş formasıdır. Belə ki, veksel idxalçısına yox, hər iki tərəfin razılaşdığı beynəlxalq pul bazarında olan, hər hansı birinci dərəcəli banka verilir. Bu əməliyyatda üç bank iştirak edir. İdxalçının bankı birinci dərəcəli banka rambus öhdəçiliyi formasında aldığı malın ödənilməsinə zəmanət verir. İxrac edənin bankı idxalçıya yüklənib yola salınan mala görə birinci dərəcəli banka köçürmə vekseli yazıb göndərir. Ödəmə vaxtı çatmaq ərəfəsində idxalçı lazımi məbləği öz bankına köçürür. O da göstərilən məbləği rambus öhdəçiliyinə uyğun olaraq birinci dərəcəli banka köçürür. Ödəmənin vaxtı çatdıqda birinci dərəcəli bank bu məbləği ixrac edənin bankına köçürür.
Banklar müəssisə, firma və təşkilatları kreditləşdirərkən onu rəsmi sənədləşdirir. Kreditləşmə sənədlərinə aiddir: veksellər, banknotlar, çeklər, kuponlar, kredit kartoçkaları, ipoteka istiqrazları, səhmlər və istiqrazlar.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq ölkəmizdə bank işində əsaslı dönüş yaranmış və çoxpilləli bank sistemi yaranmışdır. Yəni dövlət bankları ilə yanaşı səhmdar-kommersiya və özəl banklar fəaliyyət göstərir. Bununla əlaqədar olaraq dövlət, kooperativ, xüsusi müəssisələr, firmalar, ayrı-ayrı vətəndaşlar kommersiya banklarının xidmətlərindən istifadə etmək və orada öz pullarını saxlamaq hüququ qazanırlar. Bankların dövlət müəssisə və təşkilatlarının resurslarının pulsuz istifadəsi ləğv edilir. Beləliklə, pul münasibətləri sisteminə üzvi surətdə daxil olan kredit resursları bazarı yaranır. Dövlətin ssuda fondu ölkə kredit resursları bazarının bir hissəsini təşkil edir.
Bazara keçid şəraitində müəssisə və təşkilatların maliyyə vəziyyətlərinin sağlamlaşdırılması, kredit resurslarından səmərəli istifadə olunması və kredit resurslarının səfərbərliyə alınması, onların müddət və vaxtında qaytarılmasının böyük əhəmiyyəti var və bu işdə banklar mühüm rol oynayır.
Bank sistemi
Banklar kredit sisteminin əsasını təşkil edir.
BANK – qiymətli kağızlar ilə alver edən və kreditorlarla borc alanlar arasında vasitəçilik edən müəssisədir. Bank bir tərəfdən, fəaliyyətdə olmayan, sərbəst pul vəsaitləri və gəlirləri toplayır, digər tərəfdən isə, pul vəsaitlərini fəaliyyətli sahibkarların sərəncamına verir. Banklar sərbəst pulların mərkəzləşdirilməsini, habelə ondan istehsal və tədavül dairələrinə istifadə olunmasını təmin edir.
Bank başqa müəssisələrdə özünün bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, o, sənayedən, kənd təsərrüfatından, tikintidən, nəqliyyatdan fərqli olaraq istehsal dairəsində deyil, tədavül dairəsində fəaliyyət göstərir.
Dünya ölkələrinin kredit sisteminin strukturları maliyyə kredit idarələrinin müxtəlifliyi ilə xarakterizə olunur. Onlar Mərkəzi Bank, Kommersiya bankları və ixtisaslaşmış kredit-maliyyə institutlarından ibarətdir. Bazar münasibətlərinə keçid şəraitində Respublikada bank sistemi yenidən qurulur.
Azərbaycan Respublikasının müasir bank sisteminə aşağıdakı banklar daxildir:

Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə