Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə25/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

(3.1) 
 
2)Ġlkin + ikincidərəcəli (dövlətin qiymətli kağızları) ehtiyatlar)/ Depozitlər
 
(3.2) 
 
Bu göstəricilərin vasitəsilə likvid aktivlərlə yerinə yetirilməsi vacib olan daepozitlər şəklində öhdəliklər 
arasmda bilavasitə əlaqə müəyyən olunur. Bankm likvidliyinin təminatı üçün ilk göstəricinin səviyyəsi 
5- 10%, ikinci göstəricinin səviyyəsi isə - 15-25% qəbul olunmuşdur.
 
İkinci göstərici Yaponiyada da bütün banklar tərəfindən yerinə yetirilmək üçün məcburi göstərici kimi 
istifadə olunur. Onun səviyyəsi 30%-dən artıq olmamalıdır.
 
ABŞ - da likvidliyin qiymətləndirilməsi üçün daha bir neçə göstəricidən istifadə olunur. Onlardan biri də 
təqdim olunan kreditlərin və depozitlərin məbləğləri arasındakı qarĢılıqlı nisbətdir. Onun 
qiymətləndirilməsi dinamik şəkildə həyata keçirilir. Bu zaman asılılıq müəyyən olunur: bu göstərici 
vahiddən nə qədər çox olarsa, bankın likvidliyi clə bir o qədər aşağı olar. 
Eyni zamanda aktivlərin diversifıkasiyasımn inikası kimi aktivlərin ümumi məbləğində kreditlərin payı 
da eyni zamanda hesablamr və qiymətləndirilir. Bu göstərici 65-70% səviyyədə optimal hesab olunur.
 
Likvidliyin qiymətləndirilməsi üçün aktivlərin nağd vəsaitd çevrilmək qabiliyyətiııin siirətini əks etdirən 
göstərici də tətbiq olunur. O, likvid aktivlərinirı cıktivlərin ümumi məbləğinə nisbəti kimi hesablanır.
 
Bu zaman likvid aktivlərə:
 

 
yalmz kassadakı vəsaitlərin qalığını, 

 
yolda olan, valyuta hesablarında yerləĢən pul vəsaitlərini, 

 
mərkəzi bankda və digər banklarda NOSTRO hesabları üzrə qalıq- ları aid edirlər. 
Bu göstərici nə qədər yüksəkdirsə, likvidlik də bir o qədər yüksək- dir. Lakin bu zaman gəlirlilik aşağı 
olur. Buna görə də, bankın ödəmə qabiliyyəti ilə onun gəlirliliyi arasmdakı optimal sərhəddlərin aşkar 
olunması likvidliyin idarə olunması sahəsində menecmentin məqsədi olur.
 
Xüsusi diqqət cəlb olıınan ehtiyatlarm strukturu, depozit bazasmm sabitliyinin təhlili ilə müəyyən edilir. 
Bununla əlaqədar olaraq bankın ehtiyat bazasınm keyfiyyətini xarakterizə edən göstəricilər qrupu nəzər- 
dən keçirilir.
 
Sabitlik baxımmdan depozitlər əsas (sabit) və «dəyiĢən» depozitlə- rə bölünür. Bu banka mənsub olan və 
onu tərk etməyən depozitlər əsas (sabit) depozitlərdir. Sabit depozitlər nə qədər çoxdursa, bankm likvid- 
liyi də bir o qədər çoxdur. Çünki onlar likvid aktivlərə olan təəbatı azal- dırlar.
 
Əsas depozitlər həm tələb olunanadək, həm də müddətli depozit və əmanət hesabları arasında ola bilər.
 
Təcrübə göstərmişdir ki, depozitlərin sabit hissəsi tələbolunanadək yatırımlarda daha yüksəkdir. Bunun 
səbəbi isə ondadır ki, müddətli və əmanət yatırımları üzrə tələbolunanadək yatırımlardan daha çox faiz 
tətbiq edilir. Bu zaman miıddətli və əmanət depozitləri üzrə ödənişlər müxtəlif banklarda müxtəlif olur. 
Buna görə də, məhz bu cür depozitlər daha çox dövriyyədə olur və bu da onlarm admı «dəyiĢən» kimi 
müəyyən etmişdir.
 
Depozitlərin daimilik, sabitlik dərəcəsini xarakterizə edən göstərici əsas depozitlərin məbləğinin onlarm 
ümumi məbləğinə nisbəti kixni he- sablanır. Əgər depozitlərin ümumi məbləğində əsas depozitlərin payı 
75%-dən az deyilsə, o zaman bank ödəmə qabiliyyətinə malik, likvidli bank hesab olunur.
 
Müddətli və əmanət depozitlərinin depozitlərin ümumi məbləğinə nisbəti depozit bazasınm sabitliyini 
əks etdirən göstəricidir. Artıq yuxarıda qeyd olunduğu kimi müddətli və əmanət depozitləri faiz 
dərəcəsinin dəyişməsinə daha həssas olan bank resersları hesab edilir. Buna görə də, bu cür depozitlərin 
payınm artımı «dəyişən» depozitlərin həcmini artırır və deməli, bankm likvidliyini azaldır. 
Bankııı ehtiyat bazasının keyfiyyəti kommersiya bankmın xarici mənbələrlə (banklararası kreditlərə) 
münasibətdə yolunun açıq olduğu- nu tərənnüm edən göstərici ilə qiymətləndirilir. (Əxm);
 
Əxm = Kh / Mcv
 
(3.3)
 
KitabYurdu.az 
51
 


Burada:
 
Kb - mərkəzi bank da daxil olmaqla digər banklardan alınan kredit-
 
Mcv - cəlb olunan vəsaitlərin məbləğidir.
 
Bu göstəricinin qiymətləndirilməsi birmənalı deyildir. Bank zəruri hallarda ehtiyatları banklararası 
bazardan və mərkəzi bankdan məqbul qiymətə sürətlə cəlb edir. Bununla da likvid vəsaitlərinin 
müvəqqəti ça- tışmamazlığım aradan qaldırır. Bu proses bankın yüksək ödəmə qabi- liyyətinin əlaməti 
kimi nəzərdən keçirilir. Bütün bunlar ilə yanaşı xarici borcların daha böyük payı bankm zəifliyindən və 
cüzi likvidliyindən xə- bər verir. Buna görə də, əlavə olaraq aşağıdakılar təhlil olunur:
 

 
İqtibaslarm (borclarm) tezliyi; 

 
İqtibaslarm şərtləri (girov ilə və ya girovsuz); 

 
Vəsaitlərin cəlb olunmasmm səbəbləri; 

 
Borclar üzrə faizlər. 
Bir çox ölkələrdə kommersiya banklarının likvidlik göstəriciləri müddətlər üzrə qruplaşdırılan balansm 
aktiv və passiv maddələrinin qarqşılıqlı nisbəti əsasmda hesablanır.
 
Fransada üç ay bü cür müddət hesab edilir. Buna müvafiq olaraq likvidlik əmsalı üç ay müddətinə cəlb 
olunan müddətli depozitlərə və digər ehtiyatlara, eləcə də tələb olunanadək depozitlərə yerləşdirilən ak- 
tivlərin nisbəti kimi hesablanır. Kommersiya bankları bu əmsalın hesab- lanmasıııı hər rübdə nəzarət 
orqanlarma həvalə etməlidirlər. Bu göstəri- cinin ən son kəmiyyəti 60%-dən az olmamalıdır.
 
Ġngiltərədə kommersiya bankları hər ay İngiltərə Bankı qarşısında likvidlik əmsalına riayət olunması 
barəsində hesabat verirlər. Bu zaman əmsal müəyyənləşərkən kəsrin surətində ~ nağd vəsaitlər, 
NOSTRO he- sablarında qalıqlar, tələbolunanadək və bir gün müddətinə yerləşdirilən depozitlər, 
qiymətli kağızlar və təkrar qeydiyyata yararlı olan veksellər durur, kəsrin məxrəcində isə, cəlb olunan 
ehtiyatlarm bütün məbləği əks edilir. Bu qarşılıqlı nisbətin minimal həcmi 12,5% təşkil edir. 
Bütün bunlardan savayı, İngiltərədə kommersiya bankları mərkəzi bank qarşısmda hesabat tələb etməyən 
likvidliyin digər əmsallarmı da hesablayırlar:
 

 
Bir aya qədər müddətə yerləşdirilən aktivlərin məbləği ilə eyni müddətə ödənilən öhdəliklərin 
məbləği arasmdakı qarşılıqlı nisbət; 

 
Altı aya qədər müddətə yerləşdirilən aktivlər ilə bank öhdəlik- lərinin müvafiq hissəsi arasındakı 
qarşılıqlı nisbət. 
Almaniyada da kommersıya bankları hər ay Alman Federal Bankı qarşısmda balansm likvidliyi haqqmda 
hesabat verirlər. Almaniyada kommersiya banklarmın növbəti qarşılıqlı nisbətlərə riayət etmələri qa- nun 
vasitəsilə müəyyən olunmuşdur:
 

 
Cəlb olunma müddətlərinə görə bərabər əhəmiyyətli ehtiyatlara və əmanət qoyuluşlarma qarşı 
qısa və orta müddətli kapital qoyuluşları (dörd ilə kimi); 

 
Eyni müddətdə cəlb olunan ehtiyatlara qarşı uzunmüddətli ka- pital qoyuluşları (dörd il və daha 
artıq müddətə). 
Bu əmsallarm 100% həddində tələb olunan səviyyəsi daha uzunmüddətli kapital qoyuluşlarmm daha 
qısamüddətli ehtiyatlar ilə qismən ödənilməsi imkanmı nəzərdə tutur.
 
Xarici ölkələrin ekspert mütəxəssiləri bankm ödəmə qabiliyyətinin durumundakı dinamizmi nəzərə 
alaraq onun balansın qarşılıqlı nisbətlə- ri əsasında hesablanan maliyyə əmsallarmm köməyi ilə 
bütünlüklə ölçülməsinin mümkün olmadığını qeyd edirlər. Buna görə də, bankm mövcud aktivləri və 
passivləri üzrə nağd vəsaitlərin axmı əsasmda lik- vidliyin qiymətləndirilməsi təcrübəsi tədricən 
yaranmışdır.
 
Bu cür qiymətin mürəkkəbliyi bəzi maliyyə vasitələri üzrə ödənişin başlanması müddətlərinin (məsələn, 
tələbolunanadək depozitlər) nəzər- də tutulmamasından ibarətdir. Digər çətinlik ayrı-ayrı kreditlərin 
ödəniş perpektivlərinin düzgün qiymətləndirilməsindən ibarətdir. Buna görə də, bu metodun istifadəsi 
aşağıdakıları nəzərdə tutur:
 

 
Yüksək keyfıyyətli aktiv və passivlər iızrə ödəniş müddətləri haqqında informasiyamn vaxtlı-
vaxtmda almması; 
KitabYurdu.az 
52
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə