Mübadilə kursunun dəyişkənlik kursu-mübadilə kursunun gözlənilmədən dəyişməsi nəticəsində
xarici valyutada vəsait qoyu- luşunun qiymətdən düşməsi riski;
Konvertasiya riski- mübadilə əməliyyatlarmm keçirilməsi zamanı mövcud məhdudiyyətlər ilə sıx
əlaqədardır;
Açıq valyuta mövqeyi riski- bankm valyuta aktivləri və bankm xarici
valyuta üzrə öhdəliklərinin
parametrləri üzrə uyğunsuzluqları zamanı meydana çıxır.
Kredit riski çərçivəsində valyuta riskinin düzgün qiymətləndirilməsi likvidliliyin böhranı ilə nəticələnə
bilər, ya da borc alan şəxsin tərəfmdən kredit riskinin amilinə çevrilə bilər. Valyuta riski bütün balans və
balansarxası əməliyyatlarda xarici valyuta vasitəsi ilə iştirak edir. Lakin kredit təşkilatı riskin amillərinə
əhəmiyyətsiz (bilinməz) dərəcədə təsir göstərə bilər. Deməli kredit təşkilatı şəxsi maraqlanm qoruyaraq,
riski vaxtlı-vaxtmda müəyyən etməli və onun mümkün nəticələrini məhdudlaşdırmalıdır.
Bazar riski - faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitahn (həmçinin bazar qiymətli kağızlarm)
qiymətlərindəki enib-qalxmalarm nəticəsində bank aktivinin bazar dəyərini dəyişməsindən itkiyə səbəb
ola bilən ehtimaldır. Bu anlayışa əsasən bazar riski riskin mənbəyindən asılı olaraq aşağıdakı
kateqoriyalara bölünə bilər:
❖ Faiz dərəcəsi riski - faiz dərəcəsinin dəyişilməsi nəticəsində yaranan riskdir. Bu risk mənbəyi ilk
növbədə faiz
gətirən maliyyə
alətlərinə təsir edir;
Xarici valyuta riski - valyuta məzənnələrindəki dəyişikliklərə görə yaranan riskdir. Bu risk mənbəyi
xarici valyutada yerləşdirilən alətlərin portfelinə təsir edir. O, həmçinin ticarət əməliyyatları müxtəlif
valyutalarda aparıldıqda və sonradan qiymətləndirmə uçotu və hesabatları yerli valyutaya çevirildikdə
bankın ümumi portfeli xarici valyuta riski ilə üzləşə bilər;
Kapital riski - kapitalm və digər bazar giymətli kağızlarımn qiymətlərindəki dəyişikliklərə görə
yaranan riskdir. Bu risk mənbəyi
kapital portfelinə, eləcə də hecinq və spekulyasiya məqsədləri üçün
istifadə edilən kapitalm törəmə alətlərinə təsir göstərir;
Əmtəə-mal riski - əmtəə-mal qiymətlərindəki dəyişikliklərə görə yaranan riskdir. Bu risk mənbəyinin
təsir göstərdiyi portfellər faktiki əmtəələrdən (məsələn, qızıl) və ya əmtəə fyuçerslərindən və forvard
müqavilələrindən ibarət ola bilər. Bu riskin banklara təsiri onların fəaliyyətindən asılı olacaqdır.
Bazar riski aktiv, passivlərin və balansarxası hesablarm dəyərinə təsir edən bazar amillərinin mümkün
təsiri ilə şərtləşdirilmişdir. Bir sıra hallarda «bazar riski» termini «qiymət riski» anlayışına bərabər
tutulur. Bu valyuta riski və faiz dərəcələrinin dəyişmə riskinin qiymət
riski kimi bərəbərhuquqlu, ayrıca
qruplaşdırılması zamanı baş verir. Bu zaman qiymət riskinin əsas tərkib hissəsi kimi bazar riski çıxış
edir. Təsnifata bu cür yanaşma «bazar riski» və «qiymət riski» terminlərini sinonimləndirir. Bazar
riskinin dəqiq təyin edilməsinə mühasibat uçotunun tətbiq edilən qeydaları təsir göstərir. Maliyyə
institutları öz balans maddələrinin dəyər qiymətini möəyyənləşdirdikləri zaman bazar riski açıq-aydm
nəzərə çarpır, balans maddələrinin dəyər qiymətinin müəyyənləşdirilməsi isə hər bir iş gününün sonunda
ümumi vəziyyəti təyin edən bazar qiymətindən irəli gəlir. Misal üçün: paylı investisiya fondları iştirak
etməyə məcburdurlar. Belə hallarda bazar dəyərinin hər hansı bir dəyişikliyi o dəqiqə aktiv və
passivlərin maliyyə institutunun işində əks olunur. Iş gününün sonunda aktivlərin ən aşağı bazar
qiymətləri ilə qiymətləndirilməsi kəskin xassə daşıyır. Bir çox qərb ölkələrində bank balansınm
maddələrinin qiymətləndirilməsinə olan bu cür yanaşmanm tətbiqi məsələləri hələ də müzakirə olunur və
Danimarka tipli ölkələrdə yalnız təcrübədə ondan istifadə edilir. Lakin bu prosesin formal
və real
tərəflərinin müəyyən etmək (fərqləndirmək) zəruridir. Riskin nəzərə almmamış amilləri nəticəsində
itkilər ilə əlaqədər kifayət qədər məlumatlandırılmamaq bu amillərin təmamilə yoxluğu demək deyildir.
Belə hallarda risk amilinin təsir səviyyəsi artıma məruz qalır və bir qayda olaraq yekun nəticədə daha
çox itkilərə yol verilir. Əlavə gecikmələr almın səmərənin (mənfəətin) vaxtlı-vaxtsız
qeydiyyatı zamanı da meydana çıxır. Kredit təşkilatları aktivbrin nominal dəyər üzrə qeydiyyatı zamanı
da bazar riskinə xüsusilə meylli olurlar.
KitabYurdu.az
257
Bazar qiyməti üzrə aktivlərin gündəlik qiymətləndirilməsi təcrübəsinin tərəfdarları belə hesab edirlər ki,
bu üsullar maliyyə durumunu daha düzgün əks etdirir. Lakin banklara qarşı bu cür təcrübənin tətbiq
edilməsi çətin olduğundan onun üstünlüyü daha azdır. Və bu zaman maliyyə institutları
daha geniş
mövqelərə sahib olurlar.
Banklar iki səbəbə görə bazar riskirıə meylli olurlar.
Birincisi, ən əsası bankm balansında, aktiv maddələrin ölçülərinin və qiymətli kağızlar portfelinin
dəyişməsi riski nəticəsində baş verir. Lakin, bank tərəfindən emissiya edilən (buraxılan) qiymətli
kağızlarm bazar qiymətinin enməsi onların yenidən emissiyası zamanı əlavə xərclərə səbəb ola bilər.
tkincisi, aktivlərin bazar dəyərinin qiymətləndirilməsi ilə əlaqədar riskin əsas səbəblərindən biri də əsas
maliyyə kapitalmm ümumi dəyərinin müəyyən olunmasıdır. Əsas fondlarm dəyər qiymətinin yenidən
qiymətləndirilməsi dövrü olaraq həyata keçirilir və bir qayda olaraq cari bazar qiymətini qeyri- adekvat,
müxtəlif cür əks etdirir. Banklar sənaye müəssisələri ilə müqayisədə az miqdarda riskə meyllidirlər. Milli
banklarm aktivlərində əsas kapitalm payı 15-30% arasmda tərəddüd edir. Fəaliyyətdə olan müəssisələrdə
isə əsas kapitalm payı aktivlərin dəyər qiymətinin 3/2-dən yüksəkdir. Banklar daha çox risk amilinin
tə'sirinə meyllidirlər. Meyllilik xüsusiyyəti kredit əməliyyatlarımn icrasımn çərçivəsi daxilində
kontraqent biznesinin dəyər
qiymətinin qiymətləşdirilməsi, o cümlədən də investləşdirmə zamanı
meydana çıxır.
Hal-hazırda bazar riskinin qiymətləndirilməsi beynalxalq miqyasda fəaliyyət göstərən banklar üçün
xüsusi aktuallıqa malikdir. 1996-ci ilin yanvar aymda bank nəzarəti üzrə Bazel komitəsi riski nəzərə
almaqla bank kapitalmm kifayət qədər almasmı müəyyən edən proseduralara düzəliş qə'bul etmişdir.
Bununla bərabər kredit təşkilatlarmda kapitahn kifayət qədər olmasmı müəyyən etmək üçün bazar riskini
ölçən şəxsi bankdaxili model işlənib hazırlamışdır.
İnflyasiya riski banka hərtərəfli tə'sir göstərir. Bank aktivlərinin qiymətdən düşməsində təzahür edən
inflyasiyanm mənfı təsiri daha aydın hiss olunur. Qiymətdən düşən bank aktivlərinin çox hissəsini pul
vəsaitləri və maliyyə qoyuluşu təşkil edir. Bank kredit verir və o müəyyən zaman kəsiyindən sonra
inflyasiyanm dəyərsizləşdirdiyi pul vasitəsi ilə qaytarılır. Lakin yüksək inflyasiya əhəmiyyətli dərəcədə
bank əməliyyatlarınm gəlirini artıra bilər ( bu o qədər aşkar olmasa da). Fəaliyyət xüsusiyyətlərinə
əsasən banklar adətən həm banklararası
əməliyatların, həm də müştərilərə kreditin verilməsi üzrə kredit multiplikatorunun fəaliyyəti hesabına pul
vəsaitinin sürətlə artımı zamanı nailiyyət əldə edirlər. Bank gəlirinə inflyasiyanm təsir
etdiyi digər
əlverişli amillərindən biri vasitəçi ticarət şirkətlərinin borc alan şəxslərin ödəniş qabiliyyəti kapitalm
sürətli dövriyyəsi zamanı kəskin şəkildə yüksəlməsində büruzə çıxır. Haqqmda söhbət gedən risk amili
tez-tez əhəmiyyətli dərəcədə gecikmələr ilə fəaliyyət göstərir. Bu da kreditlərin qaytarılmamasmm
kəskin artımmda öz əksini tapmışdır. Burada söhbət kreditorlarm əsas qrupu tərəfindən bank
kreditlərinin ödəniş qabiliyyətinə olan tələbin enməsindən gedir. Bu da Milli bank sisteminin yaranma
müddətindən indiyə kimi faiz dərəcələrinin ümumi dəyişilməsi tendensiyalarmm artma və azalmasmm
əvəz edilməsinin səbəblərindən biri idi. Son illərdə ölkədə inflyasiya tempinin sörətlə artması bank
aktivlərinin kəskin dəyərdən döşməsinə səbəb olmuşdur.
Odəniş qabiliyyətinin olmaması riski digər risklərdən törəmədir. O bankm öz kapitalmdan yüksək olan
toplanmış itkilərin və zərərin ümumi miqdarmm banklarm öhdəliyini yerinə yetirə bilməməsi təhlükəsi
ilə sıx əlaqədardır. Kifayət qədər olmayan likvidlilik əvvəlcə Milli Bankdakı müxbir hesablarmda
meydana çıxan debet saldosu ilə ifadə olunan bankın müvəqqəti texniki ödəniş qabiliyyətinin enməsi ilə
nəticələnir. Bankm real ödəniş qabiliyətinin olmaması bilavasitə «iflas» anlayışı ilə əlaqədardır. Mənfı
şəxsi kapital göstərir ki, hətta aktivlərin realizəsi zamanı kreditorlara olan məbləği
ödəməyə vəsait
çatmır. Deməli, bank mülkiyyətçilərinin kapitalı yox dərəcəsindədir, ona görə də söhbət ya bankm
ləğvindən, ya da bank sahibinin dəyişdirilməsindən gedə bilər. Bankların inflası prosedurası milli
qanunvericilikdə tədricən əksini tapmışdır. Buna görə də bank fəaliyyətinin dayandırılması faktmı bank
əməliyyatlarmm keçirilməsinə dair lisenziyanm geriyə almması ilə əlaqələndirən yalnış təsəvvürlər geniş
yayılmağa başladı. Lakin lisenziyanm geri almması bankm likvidliyinə dair minimal tələblərə cavab verə
bilməməsi deməkdir. Bank fəaliyyətinin təmamilə dayandırılması isə onun bir müəssisə kimi ləğvi
KitabYurdu.az
258