bir-birlərindən həddindən çox nazik yağ təbəqəsi ilə ayrılırlar. Bu yağ təbəqəsinin qalınlığı
təxminən 0,1 mkm-na bərabər olur və özü də sürtünən səthlərin materiallarının molekulyar
ilişmə qüvvələrinin təsirindən detalların üzərinə hopdurulur. Bu sürtünməyə misal olaraq dişli
çarxların dişləri arasındakı, kürəcikli yastıqlardakı və ümumiyyətlə yüksək xüsusi təzyiqlərə
Praktiki olaraq nəqliyyat vasitələrinin detallarında qarışıq sürtünmə (yarım mayeli, yarım
21
Sürtünmə prosesinin nəticəsində yeyilmə prosesi əmələ gəlir.
Detalların forma, çəki və
ölçülərinin tədricən dəyişməsinə
yeyilmə prosesi
deyilir. Yeyilmə prosesi təbii olaraq bütün
detallarda gedir.
Yeyilmə prosesinin məhsuluna (nəticəsinə)
yeyilmə
deyilir. Yeyilmə kəmiyyətcə sürtünən
detalların çəkilərinin və ölçülərinin dəyişməsi ilə qiymətləndirilir.
Yeyilmə prosesi adətən yeyilmə sürəti və yeyilmə gərginliyi (tempi, şiddəti) ilə xarakterizə
edilir. Yeyilmənin mütləq qiymətinin yeyilmə müddətinə olan nisbətinə
yeyilmə sürəti
deyilir və
mk/saat, mq/saat, mm
3
/saat ilə ölçülür. Yeyilmənin mütləq qiymətinin vahid yürüşə və ya vahid
nəqliyyat işinə düşən miqdarına
yeyilmə tempi
deyilir, mk/km, mk/t·km ilə ölçülür.
Yeyilmənin mütləq qiyməti dedikdə yeyilmə prosesi nəticəsində detalın sürtünmə səthinə
perpendikulyar istiqamətdə xətti ölçüsünün dəyişməsi başa düşülməlidir.
Ümumiyyətlə, texnikada yeyilmənin müxtəlif növlərindən istifadə edilir. Nəqliyyat
vasitələrinin texniki istismarında aşağıdakı yeyilmə növlərinə daha çox təsadüf edilir:
1. Mexaniki yeyilmə.
2. Molekulyar-mexaniki yeyilmə.
3. Korrozion-mexaniki yeyilmə.
Mexaniki yeyilmənin özünün aşağıdakı növləri mövcuddur: a) abraziv yeyilmə; b)
plastik deformasiya nəticəsində yaranan yeyilmə; v) kövrək dağılma təsirindən əmələ gələn
yeyilmə; q) sürtünmə səthinin yorğunluğundan törənən yeyilmə.
Sürtünmə səthləri arasına düşmüş kənar materialın (elementar maddi bərk hissəciyin)
kəsmə və ya cızma şəklində əmələ gətirdiyi yeyilməyə
abraziv
yeyilmə deyilir. Elementar kiçik
hissəciklər yeyilmə tempini sürətləndirir. Abraziv yeyilməyə misal olaraq avtomobilin toz və
palçıq düşə bilən açıq birləşmələrindəki (şkvoren-oymaq, ressor barmağı-oymaq, sükan
dartqılarının kürəcikli oynaqlarını və s.), mühərrikin silindr-porşen qrupunda əmələ gələn (hava
ilə birlikdə tozun sistemə daxil olması) yeyilmələri göstərmək olar.
Normadan bir neçə dəfə böyük yüklər altında işləyən detallarda əmələ gələn yeyilməyə
plastik deformasiya
təsirindən yaranan yeyilmə deyilir. Bu yeyilmənin xarakterik xüsusiyyəti
odur ki, burada detalların çəkisi sabit qalır, lakin ölçüləri dəyişir. Bu növ yeyilmə yastıqlarda
daha çox müşahidə olunur. Belə ki, yastıqların üzərinə çəkilmiş antifriksion qat yüksək qiyınətli
yüklərin təsirindən sürüşmə istiqamətində öz yerini dəyişir.
Kövrək dağılmadan
yaranan yeyilmənin mahiyyəti odur ki, sürtünmə nəticəsində detalların
səthləri kövrəkləşir, daha az kövrəkliyə malik materialdan hazırlanmış detalın səthi ovulmağa
başlayır. Bu proses təkrar edildiyi üçün səthlərin yeyilməsi şiddətlənir. Belə yeyilməyə kürəcikli
və diyircəkli yastıqların halqalarını, klapanların oturma səthlərinin, əsas və şatun boyunlarının
yastıqlarının yeyilmələrini misal göstərmək olar. Bu növ yeyilmə zərbəli yüklər altında işləyən
detallarda daha çox baş verir.
Yorğunluq
təsirindən əmələ gələn yeyilmə tez-tez yüksək gərginliklərə məruz qalan
səthlərdə müşahidə edilir. Bu yeyilmə sürtünən səthlərdə mikroçatlamaların və yarıqların
törənməsi ilə xarakterizə edilir. Reduktorların dişli çarxlarının işçi səthlərində əmələ gələn
yeyilmələr bu yeyilməyə misal ola bilər.
Sürtünmənin səthlərində detalların materiallarının molekulyar ilişmə qüvvələrinin
təsirindən yaranan yeyilməyə
molekulyar-mexaniki
yeyilmə deyilir. Sürtünən səthlər tamamilə
hamar olmadıqlarından çıxıntılar vasitəsilə yerli kontakt nöqtələrinə malikdirlər. Kontakt
nöqtələrin vasitəsilə həddindən çox yüklər ötürüldüyü üçün yüksək nisbi sürətlərdə temperatur
artır, yağ qatı buxarlanır, nəticədə kontakt nöqtələrində metal hissəciklərinin ilişməsi yaranır.
Mexanizmin sonrakı işləmə anında bu əlaqə dağılır, səthlərin birində çökmə, digərində isə çıxıntı
əmələ gəlir, yəni, səthlərin birindən digərinə metal köçürülür. Bu proses təkrar edildiyi üçün
yeyilmə artır. Mexanizmlərin uyuşma dövrünə xas olan yeyilməni molekulyar-mexaniki
yeyilməyə misal göstərmək olar.
Sürtünən səthlərin materialları ilə ətraf mühitin (oksigenin) qasrşılıqlı təsirindən əmələ
gələn yeyilməyə
korrozion-mexaniki
yeyilmə deyilir. Havanın oksigeni təsirindən detalların
səthlərində oksid təbəqəsi əmələ gəlir ki, bu da mexaniki sürtünmə nəticəsində silinir. Bu proses