kimyəvi korroziya
deyilir. Bu korroziya da iki növdə özünü göstərir.
1. Quru qazların metalın səthinə təsirindən əmələ gələn kimyəvi korroziya. Buna misal
silindr divarlarında, klapanların işçi səthlərində, yanma kamerasında yaranan korroziyanı
göstərmək olar.
2. Qeyri-elektrolit mühitin içərisində əmələ gələn kimyəvi korroziya. Neft məhsullarının
iştirakı ilə (yanacaq bakının divarlarında, qida sisteminin daxili hissələrində) metalların səthində
gedən korroziya bu növ korroziyaya misal ola bilər. Bu korroziyanın əmələ gəlməsinin əsas
səbəbi yanacaqların tərkibində kükürdlü birləşmələrin və üzvü turşuların olmasıdır.
Korroziyadan fərqli olaraq köhnəlmə prosesi qeyri-metallardan hazırlanmış detallarda
(şüşə, taxta, rezin və s.) daha sürətlə gedir. Taxta materialından hazırlanmış detallar çürüyür,
rezin hissələr elastikliyini itirir, aşağı temperaturlarda isə kövrəkləşir.
Köhnəlmə prosesinin əsas səbəbi ətraf mühitin (temperaturun, günəş şüalarının, nəmliyin)
detalların materiallarına göstərdiyi aktiv təsirdir.
|