Konstruksiyanın və hazırlanma texnologiyasının keyjfiyyəti
Hərəkət tərkibinin konstruksiyasının və onun zavod şəraitində hazırlanma texnologiyasının
keyfiyyəti onun imtinasizlığı, ömür uzunluğu və təmirə yararlığı ilə təyin edilir. Bu xüsusiyyətlər
konstruksiyanın layihələndirilməsi prosesində nəzərdə tutulur, istehsalı dövründə yerinə yetirilir
(ödənilir) və istismar mərhələsində isə reallaşdırılır, yəni, texniki istismarın tələb etdiyi
səviyyədə saxlanmaqla istifadə edilir.
Konstruktiv-texnoloji amillər əsasən aşağıdakıları özündə birləşdirir:
1. Nəqliyyat vasitələrinin, onun aqreqat və mexanizmlərinin konstruksiyalarının təkmilləş-
dirilməsi.
2. Elementlərin, yəni detalların hazırlanması üçün istifadə edilən materialların keyfiyəti.
3. Detalların hazırlanma texnologiyasının, qovşaqların, mexanizmlərin, aqreqatların
yığılmasının və nizamlanmasının keyfıyyəti.
Konstruksiyanın təkmilləşdirilməsi
dedikdə onun texniki imkanlarını qiymətləndirən
istismar keyfiyyətlərinin yaxşılaşdırılması başa düşülür. Buna həmçinin birləşmələrdəki
araboşluqların başlanğıc qiymətlərinin, oturtmaların, müsaidələrin və bir çox texniki şərtlərin
(qovuşma, eynioxluluq) düzgün seçilmələri də daxildir. Hərəkət tərkibinin konstruksiyası texniki
qulluq və təmir baxımından sərfəli olmalıdır, yəni profilaktik və təmir xarakterli texniki təsirlər
minimum əmək və material xərcləri ilə yerinə yetirilməlidir. Digər tərəfdən detalların
yeyilməsini azaltmaq üçün konstruksiyada yağlama düzgün seçilməli, iş rejimindən asılı olaraq
yüksək keyfiyyətli yağlar tətbiq etməli, eyni etibarlılıq və ömür uzunluğuna malik detallardan
istifadə edilməli, bərkitmə elementlərinin növləri (çeşidləri) minimuma endirilməli, konstruksiya
avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinə müvafiq olmalıdır.
Detalların hazırlanması üçün işlədilən materialların keyfiyyəti dedikdə əsasən istifadə
edilən materialın növü (polad, çuqun, alüminium və s.) başa düşülməlidir. Bundan başqa
materialın kimyəvi və mexaniki xüsusiyyətləri (termiki və mexaniki emalı) də mühüm rol
oynayır. Adətən detalların hazırlanmasında ən çox yeyilməyə məruz qalan detallar üçün
karbonlu poladlar işlədilir. Həm yeyilməyə və həm də yüksək zərbəli yüklər altında işləyən
hissələr az karbonlu legirləyici poladlardan hazırlanır. Çünki bu halda detallar müəyyən
deformasiyaya uğrayırlar.
Detalların yeyilməyə qarşı davamlılığını yüksəltmək üçün termiki və mexaniki emalın təsiri
çox böyükdür. Belə ki, termiki emalın düzgün aparılmaması detallarda daxili gərginliklər
yaradır, təmizlik və dəqiqlik siniflərinin düzgün seçilməməsi isə onların ömür uzunluğunu aşağı
salır.
|