. Bu yanacaqların mühərrikin detallarının yeyilmə şiddətinə təsir
edəm əsas istisrmar parametrləri aşağıdakılardır: yanacağın özlülüyü, öz-özünə alışma
32
qabiliyyəti, fraksiya tərkibi, yanacağın tərkibində kükürdlü, qatranlı, mexaniki qarışıqların
olması, suyun miqdarı.
Dizel yanacaqlarının istismar keyfiyyətlərini xarakterizə edən əsas
fiziki-kimyəvi xassələri
aşağıdakı kimi qruplaşdırmaq olar:
а) yanacağın vurulmasını müəyyən edən — yanacağın özlülüyü, aşağı temperatur xassələri,
mexaniki qarışıqların və suyun olması;
b) yanıcı qarışıq əmələ gətirməni müəyyən edən — özlülük, sıxlıq, fraksiya tərkibi, doymuş
buxarların təzyiqi, səthi gərilmə, yanacaq buxarlarının ətraf mühitə diffuziya etmə qabiliyyəti,
gizli buxarlanma istiliyi, istilik tutumu;
c) yanmanı müəyyən edən — öz-özünə alışma qabiliyyəti, setan ədədi.
Dizel mühərriklərində işçi qarışığının hazırlanmasında və yanmasında
yanacağın özlülüyü
əsas rol oynayır. Özlülük yanacaq nasosunun və forsunkanın ömür uzunluğuna da təsir edir.
Yanacağın özlülüyü normadan kiçik olduqda şırnağın konus bucağı artır, yanacağın yanma
kamerasına nüfuz etmə qabiliyyəti azalır (eyni cinsli işçi qarışığı hazırlanması baxımından),
forsunka və yanacaq nasosunun birləşmələrindən sızmalar meydana çıxır, detalların yeyilməsi
artır. Yüksək özlülüyə malik dizel yanacağından istifadə etdikdə isə onun püskürmə qabiliyyəti
pisləşir, müəyyən hissəsi qurumun əmələ gəlməsinə səbəb olur, işçi qarışığının hazırlanma
prosesi pisləşdiyi üçün yanacaq sərfi artır, işlənmiş qazlar tüstülü çıxır. Yanacağın özlülüyü ilə
əlaqədar olan zərərli proseslərin qarşısını almaq üçün onun kinematik özlülüyü normalaşdırılır.
Müasir dizel yanacaqlarının kinematik özlülüyü (20°C-də) 1,5-6 sSt. arasında dəyişir.
Dizel yanacağının əsas istismar keyfiyyətlərindən biri onun
öz-özünə alışma
qabiliyyətidir.
Alışdırma mənbələri olmadan yanacağın alışma (alovlanma) xüsusiyyətinə onun öz-özünə alışma
qabiliyyəti deyilir. Mühərrikin normal işləməsi üçün yanacaq vaxtında alışmalı, səlis yanmalı,
silindrlərdə təzyiq müntəzəm artmalıdır. Ancaq bu halda mühərrik yumşaq rejimdə işləyə bilər.
Yanacaq vaxtında alışmasa (geciksə) mühərrik sərt rejimdə işləməli olur ki, bu da benzin
mühərriklərində detonasiya ilə yanmanı xatırladır. Dizel mühərriki sərt rejimdə işlədikdə onun
detalları həddindən çox yüklənir, tez sıradan çıxır, mühərrikin gücü aşağı düşür, yanacaq sərfi
artır.
Dizel yanacağının öz-özünə alışma qabiliyyəti setan ədədi ilə qiymətləndirilir. Setan ədədi
bir silindrli mühərrikdə sınaq üsulu ilə (tədqiq edilən yanacaq və etalon qarışıqda işlətməklə)
təyin edilir. Etalon yanacaq kimi iki karbohidrogenin qarışığı götürülür ki, bunlardan biri (setan -
) asan, digəri isə (α - metilnaftalin) çətin alışır. Göstərilən iki karbohidrogen qarışığındakı
setanın %-lə miqdarı yanacağın setan ədədini göstərir ki, bu da verilmiş (etalon) yanacağın öz-
özünə alışma qabililyyətinə bərabərdir.
Setan ədədi yanacağın tərkibində olan karbohidrogenlərin sinfindən asılıdır. Parafin
karbohidrogenləri olan yanacaqların setan ədədi ən böyük, aromatik karbohidrogenləri olan dizel
yanacaqlarının setan ədədi isə kiçik olur. Naften karbohidrogenləri aralıq hal təşikl edirlər.
Mühərrikin işə salınma anındakı yeyilmələrini azaltmaq üçün setan ədədi yüksək olmalıdır ki,
soyuq havalarda mühərrik asanlıqla işə düşsün. Setan ədədi xüsusi aşqarlar vasitəsilə yüksəldilir.
Yüksək aşqar kimi ən çox izopropilnitrat istifadə edilir. Lakin setan ədədinin normadan böyük
olması həm texniki və həm də iqtisadi cəhətdən əlverişli deyil. Belə ki, setan ədədi 60-dan çox
olduqda, yanacaq silindrə düşən kimi sürətlə buxarlanaraq hava ilə tam qarışa bilmir. Bunun
nəticəsində natamam yanma gedir, mühərrikin qənaətliliyi təmin edilmir.
Dizel yanacaqlarının
fraksiya tərkibi
onun buxarlanma qabiliyyətini xarakterizə edir.
Yüngül fraksiya tərkibinə malik dizel yanacaqlarının buxarlanma qabiliyyəti yaxşı olmadığı
üçün alışma vaxtında getmir, mühərrik aşağı temperaturlarda çətin işə düşür. Dizel
yanacaqlarının fraksiya tərkibini xarakterizə etmək üçün onların 10, 50, 90, 96 və 98%-nin
qovulma temperaturları verilir.
Mühərrik detallarının yeyilməsinə təsir edən əsas amillərdən biri yanacağın tərkibində
kükürdün
olmasıdır. Xüsusən soyutma sistemində temperatur aşağı olduqda bu xüsusiyyət özünü
daha çox büruzə verir. Tədqiqatlar göstərir ki, soyutma sistemində suyun temperaturu 70°C-dən
35°C-yə düşdükdə detalların yeyilmə dərəcəsi təxminən 4 dəfə artır. Bu cəhətdən mühərrikin
33
optimal temperatur rejimi gözlənilməlidir ki, korrozion-mexaniki yeyilmələr azalsın. Kükürdün,
qatranların, mineral və üzvü turşuların yanacaqların tərkibində olmaları yağın köhnəlmə
prosesini sürətləndirir, qurum və çöküntülər əmələ gətirir, bir cinsli işçi qarışığının alınmasına
müqavimət göstərir və ümumiyyətlə, mühərrikin normal işləməsini pozur.
Dizel yanacaqlarında suyun və mexaniki qarışıqların olması mənfi temperaturlarda buz
kristallarının yaranmasına (bununla bir sıra elementlərin maye buraxma qabiliyyəti azalır),
süzgəclərin tutulmasına səbəb olur, detalların yeyilmə səviyyəsini yüksəldir və s. bu kimi mənfi
təsirlərə gətirib çıxarır.
Dostları ilə paylaş: