Mühazirə12-13. Şərqi Avropa xalqlarıii dünya müharibəsindən sonrakı dövrdə XX əsrin sonu XXI əsrin əvvəllrindəŞərqi Avropa xalqları


SSRİ-də yenidənqurma siyasəti və onun iflası



Yüklə 28,58 Kb.
səhifə5/7
tarix29.05.2022
ölçüsü28,58 Kb.
#88296
növüMühazirə
1   2   3   4   5   6   7
12-13 Saxt muhazire

4. SSRİ-də yenidənqurma siyasəti və onun iflası
Son şans.SSRİ-də"yenidənqurma" Sovet rəhbərliyi ölkəni dərin sosialiqtisadi böhrandan xilas etməküçün yollar axtarmağa başladı.1985-ci ilin aprelindəSov. İKP MK-nın plenumunda öikənin sosial-iqtisadi inkişafını sürətləndirmək xətti irəli sürüldü. Burada 2000-ci il üçün ölk ənin iqtisadi potensialınıüçdəfə artırmaq vəd olunurdu. Bu xətt Söv. İKP-nin XXVII qurulta­yının qərarlarında, xüsusən partiyanın yeni qəbul edilmiş proqramında da öz əksini tapdı. Proqramda Kommunizm qurmaq barədə Köhnəlmiş tezisdən imtina edildi. Sosializmin təkmilləşdirilməsi xətti elan olundu.
1987-ci ilin yanvarında "sürətləndirmə"nin əvəzinə ictimai quruluşu kökündən yenidən qurmaq vəzifəsi irəli sürüldü. Bu sovet cəmiyyətinin tarixinə M.Qorbaçovun müəyyən etdiyi "yenidənqurma" siya­səti Kimi daxil olmuşdur. "Yenidənqurma"da sosia­lizmdən deyil, sosializmin aşınmalarından xilas olmaq və "Lenin normaları "na qayıtmaq, demoKratİK sosia-\ lizm qurmaq nəzərdə tutulurdu. 1987-ci ilin iyunun­da iqtisadi metodlarla idarə etməyəüstünlük verən iqtisadi islahatlar proqramı qəbul olundu. O, dövlət müəssisələri (birlikiəri) haqqında qanunda öz əksini tapdı. "Təsərrüfat hesablı sosializm" quruculuğuna Keçildi.
Sovet siyasi sistemində də islahatlara başlandı."Kadr inqilabı" həyata keçirildi. 1985-1990-cıillərdə rəhbər partiya işçilərinin 85%-i dəyişdirildi, "sosialist hüquqi dövləti"nin yaradılması, hakimiyyətin bölüşdürülməsi, real vəçevik "sovet parlamenta- rizm"inin yaradılması ideyası irəli sürüldü. Yeni ali orqan - Xalq deputatları qurultayı yaratmaq, Ali So­veti "daim fəaliyyət göstərən parlament"əçevirmən təklif olundu. 1989-cu ilin yazında Xalq deputatları seçKİləri Keçirildi. SSRİ xalq deputatlarının I qprultayında (may-iyun 1989-cu il) M.Qorbaçov SSRİ Ali Sovetinin sədri seçildi. 1990-cı ildəSSRİ prezidenti vəzifəsi təsis olundu. M.Qorbaçov onun birinci və axırıncı prezidenti oldu.
1987-ci ildə cəmiyyətin mənəvi, siyasi və mədə­ni həyatını "yenidən qurmağı" nəzərdə tutan "aşkarlıq" xətti irəli sürüldü. Əvvəlcə Sov. İKP-nin XXVII qurultayında (fevral 1986) irəli sürülən bu ideya par­tiyanın XIX Konfransının (iyun-iyul 1986) "Aşkarlıq haqqında" qətnaməsi ilə rəsmiləşdirildi. 1987-ci ilin yanvarından o, "daha çox demokratiya, daha çox so­sializm" devizi altında geniş vüsət aldı. "Aşkarlıq" cəmiyyətdə müxtəlif fikirlilik üçün səmərəli şərait yaratdı."Аşkarlıq" müxtəlif ideya, sosial, siyasi, milli, dini cərəyanların kəskin münaqişəsinə səbəb oldu. Onların sırasında Stalini, onun yaratdığı sistemi müdafiə edənlər də tapıldı. "Aşkarlıq" insanlara Qərb dünyasını da açdı, onun demokratik ənənələri ilə ta­nış etdi. "Aşkarlıq" nəinki "yenidənqurma"nın siyasi şüarı oldu, həm də cəmiyyəti dəyişdirməyin güclü va­sitəsinəçevrildi. 1987-ci ildə yaradılmış komissiya tərəfindən Stalin kütləvi siyasi repressiyalarının qey­ri-qanuni olduğunun sübuta yetirilməsi və yüz min­lərlə adama bəraət verilməsinə nail olunması "aşkarlıq" konsepsiyasının bəhrələri idi.

Yüklə 28,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə