Mühazirəçi: I.ü. f d. assent Əliyeva Nigar Surxay qızı MÜhaziRƏNİn plani sənəd dövriyyəsi. Sənədlərin qeydiyyatı



Yüklə 16,56 Kb.
səhifə4/5
tarix29.04.2022
ölçüsü16,56 Kb.
#86142
növüMühazirə
1   2   3   4   5
İşgüzar.12

2. Sənədin icrası

Təşkilata daxil olan sənədlərin qəbulu və ilkin emalı ekspeditor yaxud xüsusi ayrılmış işçi tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. İlkin emal dedikdə sənədlərin düzgün çatdırılmasına və zərfin içindəkilərin bütövlüyünə nəzarət nəzərdə tutulur. Şəxsi və ictimai təşkilatlara ünvanlanan məktublar istisna olmaqla, bütün zərflər açılmalıdır. Daxil olan bütün sənədlərin üzərinə qeydiyyat ştampı vurulur.

Sənədlər daxil olduğu gün rəhbərliyə yaxud icraçıya çatdırılmalıdır. Sənədə baxılmasının nəticəsi öz əksini dərkanarda tapır. Dərkanarda sənədin icrasına dair aydın və dolğun göstərişlər olmalıdır.

Sənədlərə baxılması ümumi qaydalara uyğun olaraq daxil olduğu gün və ya ən qısa müddətdə həyata keçirilməlidir.

Əgər sənədin bir təşkilatda bir necə icraçısı varsa, belə halda sənəd onlara ardıcıllıqla göndərilir yaxud surəti çıxarılaraq eyni vaxtda icraçılara paylanılır. Dərkanarda adı birinci göstərilən şəxs, sənədin icrasına məsuliyyət daşıyır.

İcra olunmuş sənədlər işlərə tikilmək üçün, işlərin bölünməsi ilə məşğul olan bölmələrə göndərilir.

Sənədlərin emalı onun çeşidlənməsini, ünvanın yazılmasını, qatlanıb zərfin içinə qoyulmasını və zərfin bağlanmasını, göndərilən məktubların dəyərinin müəyyən edilməsini, sifarişlə göndərmək üçün siyahının tutulmasını və rabitə şöbəsinə təhvil verməsini nəzərdə tutur.

Bütün sənədlərdə göndərilmə tarixi və qeydiyyat nömrəsi göstərilməlidir. Göndərilmə nömrəsi struktur bölməsinin indeksindən və sənədin surətinin hansı nömrəli işə tikiləcəyindən asılıdır.

Sənəddə, onun hansı üsulla göndərilməsi (sifarişlə, dəyərli, avia və s.) göstərilməlidir.


Yüklə 16,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə