Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Yüksək səviyyə (elmin, yeni texnikanın və ekologiyanın idarə olunması, neft-qaz sənayesi, ekoloji-analitik mərkəzi)



Yüklə 439,4 Kb.
səhifə157/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   153   154   155   156   157   158   159   160   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

3. Yüksək səviyyə (elmin, yeni texnikanın və ekologiyanın idarə olunması, neft-qaz sənayesi, ekoloji-analitik mərkəzi):

- informasiyanın toplanması, işlənməsi, saxlanılması;

- ekoloji vəziyyətin inkişaf dinamikası və meyllərinin aşkar edilməsi, vəziyyətin bu və ya digər dəyişikliyinin qarşılıqlı əlaqələrinin və mümkün səbəblərinin öyrənilməsi;

- ARDNŞ-nin rəhbərliyinin qərarların qəbul edilməsi üçün tələb olunan dürüst operativ ekoloji məlumatlarla təmini;

- ətraf mühitdən səmərəli istifadə olunması, təbiəti mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi, ekoloji vəziyyətin operativ idarə olunması (işlərin maliyyələşdirilməsi, kreditlərin verilməsi, texniki dəstək) üzrə elmi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsi üçün təkliflərin hazırlanması.

İlkin informasiya kimi, istehsalın ekoloji monitorinqi nəticəsində, stasionar postlardan, səyyar ekoloji laboratoriyalardan, distansion (məsafəli) və aerokosmik müşahidə metodlarından, eləcə də müəssisələrin fond materiallarından, ekoloji audit materiallarından və digər informasiyalardan istifadə etməklə əldə olunan mə-lumatlardan istifadə olunması nəzərdə tutulur. Bütün zəruri informasiya bloklara ayrılır: ərazinin təbii mühitin müasir vəziyyəti barədə məlumatların daxil olduğu təbii xüsusiyyətləri və antropogen təsir xüsusiyyətləri. Ərazinin təbii xüsusiyyətlərinə aşağıdakılar daxildir: fiziki-coğrafi məlumatlar, meteoroloji-iqlim, morfoloji, hidroloji şəraitlər, geoloji məlumatlar, torpaqlar, bitki və heyvanat aləmi haqqında məlumatlar. İnformasiyanın ötürülməsinin telefon, rabitə sistemindən, elektron poçtundan, internet şəbəkələrindən və s.-dən istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulur.

Analitik-informasiya sisteminin yaradılması ətraf mühit və təbii ehtiyatlar barədə obyektiv, etibarlı və müqayisə oluna bilən məlumatlara əsaslanan aktual ekoloji informasiyanın əldə olunması prosesini sürətləndirmək imkanı verəcəkdir. Ayrıca obyektlər, müəssisələr və analitik-informasiya mərkəzi arasında layihə çərçivəsində informasiya baxımından qarşılıqlı əlaqənin dərinləşdirilməsindən asılı olaraq, hər sənaye obyektində ekoloji vəziyyətin kəskinliyini nəzərə almaqla ekoloji tədbirlərin uzunmüddətli və cari planlaşdırılması gələcəkdə inkişaf et-diriləcəkdir.

Xalq təsərrüfatının bütün fəaliyyət sahələrində olduğu kimi ətraf mühitin mühafizəsi sahəsində də informatikanın mühüm rolu var. Ekoloji nəzarətin güclü olmasında EHM-lərin xidmətindən geniş istifadə olunur. Müasir texnologiyadan istifadə edərək bu sahədə ümumi məlumat bazası yaradılır, server xidmətini həyata keçirmək üçün proqram təminatı formalaşdırılır. Komputer texnologiyasından yüksək səviyyədə istifadə olunaraq lokal, regional və dövlət müəssisələri arasında elektron informasiya mübadiləsi aparılır, komputer şəbəkəsi vasitəsilə idarəetmə prosesi asanlaşır. Təbiəti mühafizə məqsədilə həyata keçirilən proqram və layihələr və yaxud da normativ – hüquqi sənədləşmə avtomatlaşdırılmış idarəetmə çərçivəsində həyata keçirilərkən daha operativ, yüksək nəticələr əldə olunur.




Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə