10. DİSLOKASİYALAR
Bu fəsildə bərk cismin plastik xassələri dislokasiya nəzəriyyəsi baxımından araşdırılır, dislokasiyaların növləri və xassələri haqqında məlumat verilir. Əksər bərk cisimlərin mükəmməl monokristallarının yüksək plastikliyi onların mexaniki xassələrinin xarakter cəhətini təşkil edir. Bərk cismin monokristallarının plastikliyi onları təşkil edən maddənin təbiətindən asılı olaraq özünü müxtəlif cür göstərir. Bir qayda olaraq, adətən monokristallar yüksək plastikliyə və cüzi möhkəmliyə malik olur (bəzi xüsusi hallardan başqa). Adətən, ideal kristalların elastiklik həddinin nəzəri hesablanmiş qiyməti, təcrübədə alınan qiymətlərdən 103-104 dəfə çox olur.
Dostları ilə paylaş: |