Cədvəl 7.1.
Sürüşmə modulu və elastiklik sərhədli
-
Maddə
|
Sürüşmə modulu G 10-10 N/m2
|
Elastiklik hüdudu β 105 N/m2
|
G/β
|
Qalay (monokristal)
|
1.9
|
13
|
15000
|
Gümüş (monokristal)
|
2.8
|
6
|
45000
|
Alüminium (monokristal)
|
2.5
|
4
|
60000
|
Alüminium (təmiz, polikristal)
|
2.5
|
260
|
900
|
Alüminium (texniki, məhluldan çəkilmiş)
|
≈2.5
|
990
|
250
|
Düralüminium
|
≈2.5
|
3600
|
70
|
Dəmir (yumşaq, polikristal)
|
7.7
|
1500
|
500
|
Karbonlu polad (termik işlənmədən sonra)
|
≈8
|
6500
|
120
|
Nikel – xromlu polad
|
≈8
|
12000
|
65
|
Əksər kristallarda plastik deformasiya translyasiya sürüşməsi yolu ilə baş verir. Şəkil 7.2-də deformasiya olunmuş sink kristalının misalında bu növ plastik deformasiya göstərilmisdir. Şəkildən görünür ki, kristalın bir hissəsi qonşu hissəyə nəzərən (1 tam) olaraq sürüşür. Sürüşmənin baş verdiyi səth, müstəvi olduğu üçün ona sürüşmə müstəvisi deyilir.
Şək.7.2. Sink monokristallarında translyasiya sürüşməsi (fotoşəkil)
Fotoşəkildə sürüşmə müstəvilərinin kristalın səthi ilə kəsişmə sahələri də görmək olar; bu sahələrə sürüşmə zolaqları deyilir. Plastik deformasiya proseslərində kristal qəfəsinin quruluşu böyük rol oynyır. Sürüşmənin həddən artıq anizotrop xassəyə malik olduğunu nəzərə alsaq bu aydın olar. Hətta kubik quruluşa malik metal kristallarında da sürüşmə yalnız müəyyən kristalloqrafik müstəvilər boyunca baş verir. Məsələn, üzəmərkəzləşmiş kubik quruluşlu metallarda sürüşmə {111} müstəviləri, həcməmərkəzləşmiş kubik quruluşu metallarda isə {110},{112} və {123} müstəviləri boyunca baş verir. Əksər hallarda sürüşmənin istiqaməti atomların ən sıx yığılma istiqaməti ilə üst-üstə düşür. Atomların sıx yığılma istiqaməti üzəmərkəzləşmiş kubik quruluşlu metallarda <110>, həəcməmərkəzləşmiş kubik quruluşlu metallarda <111>, sıx qablaşdırılmış heksaqonal quruluşlu metallarda isə <2110> dur.
Sürüşmə nəticəsində yaranan deformasiya, bircinsli deformasiya deyil: sürüşmədə böyük yerdəyişmələr bir-birindən uzaq olan səthlər boyunca baş verir və kristalın bu səthlər arasında qalan hissəsi demək olar ki, deformasiyaya uğramır. Sürüşmənin əsas xassələrindən biri də, onun verilmiş müstəvidə və verilən istiqamətdə, yalnız sürüşmə gərginliyinin uyğun komponentinin müəyyən qiymətindən etibarən başlanmasıdır. Bu, Şmidin, kritik qopardıcı gərgınliyin sabitliyi qanunu adlanır.
Plastik deformasiyanın əsasən, sıx qablaşdırılmış heksaqonal, yaxud həcməmərkəzləşmiş kubik quruluşlu kristallarda müşahidə olunan başqa bir növü əkizləşmədir. Yuxarıda qeyd etdik ki, bir-birindən aralı yerləşən sürüşmə müstəviləri boyunca xeyli yerdəyişmə lokallaşır. Əkizləşmədə isə, əksinə, çoxlu sayda qonşu kristalloqrafik müstəvilərin hər biri cüzi yer dəyişməyə (qəfəs sabitindən kiçik) məruz qalır. Deformasiya prosesi qurtardıqdan sonra kristalın deformasiyaya uğrayan hissəsi, deformasiya olmayan hissəsinin güzgü əksi olur və bu səbəbdən də həmin proses “əkizləşmə” adlanır.
Şək.7.3. ABSD sürüşmə müstəvisindəki sərhəd dislokasiya
Plastik deformasiyanın qeyd olunan hər iki növü – sürüşmə və əkizləşmə - dislokasiyaların hərəkəti nəticəsində meydana çıxır, ancaq biz burada onlardan birincisinə baxacağıq.
2110>111>110>
Dostları ilə paylaş: |