Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Monokristallarda sürüşməyə müqavimət



Yüklə 11,09 Mb.
səhifə51/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Müh

10.1 Monokristallarda sürüşməyə müqavimət

Mükəmməl kristallarda sürüşməyə müqavimətin qiymətləndirilmə üsulunu Frenkel vermişdir. Şəkil 7.1-də göstərilən sxematik modeldən istifadə edərək kristalın atom müstəvilərində birinin onun qonşusundakı digər atom müstəvisinə nəzərən sürüşdürə bilən qüvvəni hesablayaq. Elastiki deformasiyanın kiçik qiymətlərində yaranan   gərginliyin   yerdəyişməsi ilə mütənasib olduğunu hesab etmək olar:





Şək.7.1. a) bircisinli deformasiya olunmuş kristalda atom müstəvilərindən birinin o birisinə nəzarən (kəsiyi göstərilib) sürüşməsi; b) sürüşmə gərginliyi müstəvilərin öz tarazlıq vəziyyətindən sürüşməsinin funksiyası kimi verilmişdir; qalın qırıq xətlərlə G sürüşmə moduluna uyğun olan meyl göstərilmişdir.
Burada   atom müstəviləri arasındakı məsafə,   isə kubik kristallarda {100} müstəvilərinin <100> istiqamətləri boyunca sürüşməsində c44 elastiklik sabitinə bərabər olan sürüşmə moduludur. Sürüşmə prosesində A atomu B atomunun bilavasitə üzərində yerləşənə və gərginlik sıfıra çevrilənə qədər atom müstəviləri dayanıqsız tarazlıq vəziyyətində olur (şək. 7.1). İlkin yaxınlaşmada yerdəyişmə ilə gərginlik arasındakı əlaqəni aşağıdakı asılılıqla vermək olar:

burada -  sürüşmə istiqamətində atomlar arasındakı məsafədir.   in kiçik qiymətlərində (7.2) düsturu (7.1)-ə çevrilir. Qəfəsi dayanıqsız vəziyyətə gətirən   kritik qopardıcı gərginlik, σ- nın maksimum qiymətinə uyğundur, yəni


 

Əgər  olarsa kritik qopardıcı gərginlik sürüşmə modulunu 1/6 təşkil edər. Cədvəl 7.1-dən görünür ki, elastiklik sərhədinin təcrübədən alınan qiymətləri (7.2) düsturundan hesablanan qiymətlərdən çox kiçikdir.

Təcrübə ilə nəzəriyyənin uyğun gəlməməsinin səbəbini araşdırarkən, alimlər belə nəticəyə gəliblər ki, bu uyğunsuzluq, real kristallarda həmişə mövcud olan kristal quruluşunun pozuntuları ilə əlaqədardır. Hazırda belə pozuntuların bir növünün –dislokasiyaların-bütün kristallarda mövcudluğu və əsasən onların çox kiçik gərginlilərdə sürüşməyə səbəb olduğu müəyyən olunub.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə