Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


İntroskopiya defektoskopiyası (daxili görmə) nəzarət olunan obyektin rentgen



Yüklə 11,09 Mb.
səhifə6/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68
Müh

İntroskopiya defektoskopiyası (daxili görmə) nəzarət olunan obyektin rentgen şüalanması nəticəsində olunan təsvirinin işıq şəklində verilməsinə əsaslanır. Beləliklə, alınmış relyef elektron-optiki gücləndiricilər və ceviricilər keçidindən sonra gücləndirilmiş təsvir (rentgen təsviri) şəklində çıxış ekranına verilir.

1.”Qüsur” anlayışı

2.defektoskopiya anlayışı

3.Fiziki parametrlərin korrelyativ əlaqələri (korrelyativ bir-birindən asılı)

4.Texniki xidmət sahəsində defektoskopiyanın rolu

5.Əsas defektoskopik müayinə üsulları haqqında ümumi məlumat (maqnit-toz, eletropotensial, burulğan cərəyan, istilik çüalanması, radioaktiv və defektoskopiya üsulları, introskopiya).


Avadanlıqların tribotexniki sınaqları

Məmulatın hazırlandığı materialların ilkin (istismarın başlandığı andan) xassə və vəziyyətinin dəyişməsi onun iş qabiliyyətinin itirilməsi ???n ilkin və əsas səbəbdir. Belə ki, məhz bu dəyişikliklər məmulatın zədələnməsi və imtina təhlükəsinin yaranmasına gətirb çıxara bilər.

Məmulatın hazırlandığı materialların xassə və vəziyyətinin istismar prosesində dəyişilmə qanunauyğunluqlarının dərindən öyrənilməsi onn müəyyən konkret bir istismar şəraitində özünü necə aparacağını söyləməyə imkan verir və etibarlılıq göstəricilərinin saxlanmasına şərait yaradır. Ona görə də istismar şəraitində avadanlıqların materialların xassə və vəzifələrininöyrənilməsi istiqmətində aparılan elmi-tədqiqat və eksperimental işlər , eləcə də yoxlama sınaqları avadanlıqların etibarlılığının qiymətləndirilməsi ???n əsas sayıla bilər.

Avadanlıqların layihələndirilməsi mərhələsində onların iş resurslarının təyini və proqnozlaşdırılması üçün tribotexniki sınaqların aparılması böyük əhəmiyyət kəsb edir.

Friksion cütlərin se?ilməsi və onların yeyilməyə davamlılığının öyrənilməsi, müxtəlif amillərin onların dayanıqlığına təsirinin qiymətləndirilməsi məhz eksperimental tədqiqatların aparılmasını tələb edir.

Aparılan eksperimental tədqiqatların nəticələri göstərir ki, friksion cütlərin tətbiqinin səmərəliliyinin təmin olunması üçün bu çütlərin qarşılıqlı bağlanma, birləşdirmə uyğunluğu, kontakt (təmas) növləri, istilikötürmə şəraiti, elementlərin forması, sürtünən (işçi) cütlərin materialları, istismar rejimi parametrləri nəzərə alınmalıdır.

Tribotexniki sınaqlar çoxsaylı amillərin (sürət, yüklənmə, temperatur, təmasda olan ətraf mühit və s.) geniş diapazonda dəyişməsini tələb edir. Bu sınaqlar maşın və avadanlıqların bütün düyünlərində aparılır. Natura və laboratoriya sınaqlarında bütün dəyişən kəmiyyətlər və onların modelləri müşahidə oluna və ?l??lə bilinən olmalıdır.

Tribotexniki sınaqlar aşağıdakı məsələlərin həlli üçün aparılır:

*yeni materialların bir-birinə bağlanma (birləşdirilmə, qoşulma) uyğunluğunun səmərəliliyinin qiymətləmdirilməsi;

*layihələndirilmə mərhələsində tribodüyünlərin layihələndirilmiş konstruksiyalarının iş resurslarının proqnozlaşdırılması

*xarici amillər dəyişdiyi zaman tribodüyünlərə xas olan fundamental asılılıqların qiymətləndirilməsi ???n aşağıdakı tribotexniki sınaqların aparılması xüsusi əhəmiyyət kəsb edir:

1.Laboratoriya sınaqları

2.Natura sınaqları

3.İstismar sınaları

4.Tezləşdirilmiş sınaqlar

5.Ətraf mühitin sərtləşdirilməsi sınaqları




Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə