Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


Avadanlıqların defektoskopik müayinə üsullarının mahiyyəti və əsas istiqaməti



Yüklə 11,09 Mb.
səhifə3/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68
Müh

Avadanlıqların defektoskopik müayinə üsullarının mahiyyəti və əsas istiqaməti
Metallarda rast gəlinən qüsurların təbiətinin müxtəlifliyi “qüsur” anlayışının təyin olunmasında bir qədər sərtliyə gətirib çıxarır. Metallardakı hər “qüsur” onların “qüsuru” sayıla bilməz. Məsələn, yorğunluq yüklənməsi şəraitində işləyən maşın hissəsi üçün“qüsur” (sapma, əyilmə, normadan kənara çıxma) halları statiki yüklənmə şəraitində işləyən hissələr üçün “qüsur” sayılmaya bilər.

Avadanlığın normativ-texniki sənədlərlə müəyyən edilən tələblərlə uyğunsuzluqları hər bir ayrıca halda “qüsur” adlanır.

“Qüsur” termininin mənalı olduğu nəzərə alınaraq müəyyən edilmiş qüsurlardan söhbət gedərkən bu sözə qoyulan məna (qüsurun xarakteri) dəqiqləşdirici ifadə (sözlə) konkretləşdirilir. (məsələn: “normadan kənara çıxma qüsuru” , “struktur qüsuru” diametrin normadan 0,05 mm çox olması qüsuru” və s.) ifadələrin yəni qüsur sözünə qüsurun xarakterini izah edən ifadənin əlavəsi avadanlığın sənədlərində qeyd olunmalıdır. Bütün bunlar texniki xidmət zamanı “qüsurun” aradan qaldırılması və avadanlığın iş qabiliyyətinin bərpası üçün çox vacibdir.

Defektoskopiya lat.defektus+skopiya (müşahidə etmək) metal və ya məmulatlarda gözlə görünməyən qüsurların defektosop adlanan cihaz vasitəsilə aşkar edilməsidir.

Qazma və neft-mədən avadanlıqlarının bilavasitə mədən və təmir emalatxanaları şəraitində defektoskopik müayinəsinin vəzifələri istismar qüsurlu hissə və düyünlərin seçilib ayrılmasıdır.

Defektoskopiya-dağıdıcı olmayan nəzarət üsuludur. Başqa sözlə dağıdıcı olmayan üsul və vasitələrin məcmusudur.

Defektoskopiya üsullarında söhbət ümumiyyətlə “qüsur” aşkarlanmasından yox, dağıtmadan (avadanlığı, məmulatı) aparılan “müayinə” üsulları vasitəsilə aşkarlanan “qüsurlardan” gedir. Bu üsullarda nəzarət olunan parametr onunla sıx korrelyativ asılılıqda olan parametrin ölçülməsi yolu ilə təyin olunur (dolayısı və ya vasitəli ölçmə üsulu, yəni dağıdıcı olmayan vasitəli nəzarət üsulu):

-Defektoskopiya –elmin və texnikanın dağıdıcı olmayan üsul vasitəsi və ölçü vasitələrinin inkişafı, fiziki parametrlərin korelyativ əlaqələrinin analizi ilə məşğul olan və tapılan (elmi axtarışlar nəticəsində) üsul və vasitələrin, məmulat və materialların nəzarəti üçün tətbiqi ilə məşğul olan bir sahəsidir.

Defektoskopik müayinə planlı-xəbərdaredici təmir sisteminin ayrılmaz tərkib hissəsidir. Avadanlıqlara trexniki xidmət sahəsinin təşkilati strukturunda təmirlərarası müddətdə dövri olaraq avadanlıqların defektoskopik müayinəsinin keçirilməsi nəzərdə tutulur. Məhz belə müayinələr zamanı avadanlıqların cari texniki vəziyyəti haqqınd etibarlı məlumat alınır. Belə müayinələrin nəticəsində avadanlığın qüsurluluq dərəcəsi aydınlaşdırılır və iş qabiliyyətinin itirilməsi səbəbləri araşdırılır.

Əsas defektoskopik müayinə üsulları maqnit-toz, elektrik, radiodalğalı, istilik, optik, akustik, introskopik (daxiligörmə), rentgenteleviziya və s.

Maqnit-toz defektoskopiya üsulu ferromaqnit materiallarda qüsurların aşkar edilməsi üçün tətbiq olunur. Bu üsul vasitəsilə metalın içəri qatlarında 10 mm dərinliyində metalın laylara ayrılmasını, çatları, qovuq və boşluqları, qaynaq birləşmələrinin qüsurlarını aşkar etmək mümkündür.

Elektropotensial üsula 0,5 100 mm qalınlığı olan metalda olan çatların aşkar edilməsinə imkan verir. Üsul metalın qüsurlu yerindən keçən elektrik cərəyanının yaratdığı elektrik sahəsinin pozulmasına əsaslanır. Elektrik sahəsinin parametrlərinin müqayisəli tədqiqi müvafiq cihazlarla aparılır.




Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə