Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə27/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
Müh

2. SÜRTÜNMӘ VӘ YEYİLMӘ

2.1 Sürtünmə haqqında ümumi məlumat

Sürtünmә ( vә ya xarici sürtünmә) - iki cismin nisbi hәrәkәti zamanı onların toxunma sәthlәrindә bu sәthlәrә toxunan istiqamәtdә meydana çıxan vә enerjinin dissipasiyası ilә müşayiәt edilәn müqavimәtә deyilir (enerjinin dissipasiyası tәnzimlәnmiş proses enerjisinin tәnzimlәnmәmiş proses enerjisinә çevrilmәsi prosesinә deyilir).

İki cismin yerdәyişmә xarakterindәn asılı olaraq sürtünmәni sükunәt vә hәrәkәt sürtünmәsinә bölmәk olar (cәdvәl 1). Hәrәkәt sürtünmәsi nisbi hәrәkәtdә olan iki çism arasındakı sürtünmәyә, sükünәt sürtünmәsi isә nisbi hәrәkәt әrәfәsindә cisimlәrin mikroyerdәyişmәsi zamanı baş verәn sürtünmәyә deyilir[1,4,5,10,11].

Sürtünmә növlәrinin tәsnifatı (ГОСТ 23.002 üzrә)

Cәdvәl 1


Tәsnifatın әlamәti

Sürtünmә növü

Nisbi hәrәkәtin mövcudluğuna görә sürtünmәnin növlәri

Sükunәt sürtünmәsi; hәrәkәt sürtünmәsi

Nisbi hәrәkәtin xarakterinә görә sürtünmәnin növlәri

Sükunәt sürtünmәsi; diyirlәnmә sürtünmәsi

Sürtkü materialının mövcudluğuna görә sürtünmәnin növlәri

Sürtkü materiallı sürtünmә; sürtkü materialsız sürtünmә

Kinematik әlamәtlәrә, başqa sözlә nisbi hәrәkәtin xarakterinә görә sürtünmә sürüşmә sürtünmәsinә vә diyirlәnmә sürtünmәsinә bölünür. Sürüşmә sürtünmәsindә cismlәrin sür'әti qiymәt vә istiqamәtcә vә ya qiymәt, ya da istiqamәtçә müxtәlif olur. Diyirlәnmә sürtünmәsindә bәrk cismlәrin toxunma nöqtәlәrindә sür'әti qiymәt vә istiqamәtçә eyni olur.

Sürtünәn cismlәrdәn Hәr birinin mexaniki Hisslәrinin müsbәt qradientә malik olması (yә'ni sürtünmәdә« iştirak edәn nazik sethqatının möhkәmliyinin özәyә nisbәtәn az olması) xarici sürtünmәnin zәruri şәrtidir.

Mövcud tәsnifata әsasәn (cәdvәl 1) sürtünәn sәthlәr arasında xüsusi daxil edilmiş sürtkü materialı olmadıqda sürtünmә sürtkü materialı olmayan sürtünmә adlanır. Müvafiq surәtdә sürtünәn sәthlәr arasında hәr hansı bir xüsusi daxil edilmiş sürtkü materialı olarsa, sürtünmә sürtkü materiallı sürtünmә adlanır.

Standartla müәyyәn edilmiş tәsnifatla yanaşı texniki әdәbiyyatda cox zaman aşağıdakı terminlәrә rast gәlinir:

a) quru sürtünmә - sürtkü materialı olmadan sürtünәn sәthlәr әsas materiala nisbәtәn kicik möhkәmliyi olan bәrk örtüklә örtülmüş olduqda;

b) hüdudi sürtünmә - sürtünәn sәthlәrdә maye örtüyün qalınlığı o qәdәr az olur ki, onun xassәlәri mayenin hәcm xassәlәrindәn fәrqlәnir;

v) mayeli sürtünmә - sürtünәn sәthlәr kifayәt qәdәri qalınlığı olan maye tәbәqә ilә birbirindәn tam ayrılmış olduqda.

Bundan başqa yarım quru termini dә işlәdilir. Nәzәrdә tutulur ki, belә halda düyünün bә'zi nöqtәlәrindә hüdudi, digәrlәrindә mayeli sürtünmә baş verir.

Bәrk cismin sәthi örtüklәrdәn tam tәmizlәnmiş olduqda (bu hal vakuumda vә ya sәrt sürtünmә rejimlәrindә baş verә bilәr) xarici sürtünmә daxili sürtünmәyә cevrilir. Bu halda sürtünmәdә tutuşma prosesi sürtünmә zamanı molekulyar qüvvәlәrin tә'siri nәticәsindә iki bәrk cismin lokal birlәşmәsi baş verir.

Bu zaman materialın köcürülmәsi vә tutuşma ilә yeyilmә müşahidә edilә bilir. Materialın köcürülmәsi lokal birlәşmiş sürtünәn cisimlәrin birinin sәthindәn xırda hissәciklәrin qopub digərinin sәthindә qalmasından ibarәtdir. Tutuşma ilә yeyilmә isә tuquşma vә materialın köcürülmәsi nәticәsindә sürtünәn sәthlәrdә zәdәlәrin әmәlә kәlmәsi vә böyümәsi prosesindәn ibarәtdir.

Xarici qüvvәnin tә'siri altında bir cismin digәr cism sәthi üzәrindә nisbi hәrәkәti zamanı meydana cıxan vә hәmin cismlәrin ümumi hüduduna toxunan istiqamәtdә tә'sir edәn müqavimәt qüvvәsi sürtünmә qüvvәsi adlanır. Sürtünmә qüvvәsi hәmişә nisbi hәrәkәtin sür'әtinә әks istiqamәtdә yönәlmiş olur,

Sürtünmә qüvvәsinii sürtünәn çismlәri birbirinә sıxan xariçi qüvvәlәrin sәthlәrә normal istiqamәtdә mürәkkәbәsinә nisbәtinә sürtünmә әmsalı deyilir.

Materialın dağılaraq sәthdәn qopması vә ya tәdriçәn çismin ölçülәrinin vә ya formasının dәyişmәsindә tәzahür tapan qalıq deformasiyalarının toplanması prosesinә yeyilmә deyilir.

Yeyilmәnin müәyyәn vahidlәrlә ölçülәn nәticәsinә yeyinti deyilir.

Mexaniki yeyilmә mexaniki tә'sirlәr nәtiçәsindә yeyilmәyә deyilir.

Materialın mühitlә qarşılıqlı kimyәvi vә ya elektrik tә'sirilә müşayiәt olunan mexaniki tә'sir nәticәsindә yeyilmә korroziyamexaniki yeyilmә adlanır.

Sәrbәst vә ya bәrkidilmiş halda olan bәrk hissәciklәrin kәsici vә ya çızıcı tә'siri nәtiçәsindә baş verәn mexaniki yeyilmә abraziv yeyilmә adlanır.

Mayedә (qazda) asılı vәziyyәtdә olan vә yeyilәn çismә nisbәtәn hәrәkәt edәn bәrk hissәciklәrin tә'sirindәn yeyilmәyә hidroabraziv (qazabraziv) yeyilmә deyilir.

Maye vә ya qaz axınının tә'siri nәticәsindә mexaniki yeyilmә eroziya yeyilmәsi adlanır.

Cәdvәl 2-dә yeyilmә növlәrini ГОСТ 23.002 üzrә tәsnifatı verilmişdir[1,4,5,10,11].

Cәdvәl 2


Tәsnifatın әlamәti

Yeyilmәnin növü

Mexaniki yeyilmә növlәri


Abraziv yeyilmә. Hidroabraziv (qazabraziv) yeyilmә. Eroziya yeyilmәsi. Hidroeroziya (qaze-roziya) yeyilmәsi. Kavitasiya yeyilmәsi. Yorulma yeyilmәsi. Frettinq yeyilmәsi. Tutuşma yeyilmәsi.


Korroziya-mexaniki yeyilmә


Oksidlәşmә yeyilmәsi. Frettinq-korroziya yeyilmәsi.


Elektrik çәrәyanının tә'sirindәn yeyilmә

Elektroeroziya yeyilmәsi.

Bәrk cismin mayeyә görә nisbi hәrәkәti zamanı qaz qabarcıqlarının sәth yaxınlığında qapanaraq tәzyiqi vә ya temperaturu artırması nәticәsindә baş verәn hidroeroziya yeyilmәsinә kavitasiya yeyilmәsi deyilir.

Sәth tәbәqәsindә materialın tәkrar deformasiyası zamanı baş verәn yorulma dağılması nәticәsindә mexaniki yeyilmәyә yorulma yeyilmәsi deyilir. Yorulma yeyilmәsi istәr diyirlәnmә, istәrsә dә sürüşmә sürtünmәsi zamanı baş verәbilәr.

Sürtünәn cismlәrin kicik rәqsli yerdәyişmәlәri nәticәsindә baş verәn mexaniki yeyilmә frettinq yeyilmәsi adlanır.

Sürtünәn cismlәrin tutuşması, materialın qopması, bir cismin sәthindәn digərinә köcürülmәsi vә nahamarlıqların qovuşan sәthә tә'siri nәticәsindә yeyilmәlәr tutuşmada yeyilmә adaanır.

Materialın oksikenlә vә ya oksidlәşdirici әtraf mühitlә kimyәvi reaksiyası yeyilmәyә tә'sir edәn әsas amil olduqda baş verәn korroziya mexaniki yeyilmәyә oksidlәşmә yeyilmәsi deyilir.

Qovuşan cisimlәrin nisbi yerdәyişmәsi kicik rәqsli olduqda korroziya mexaniki yeyilmә frettinq koroziya yeyilmәsi adlanır.

Elektrik cәrәyanı geçәrkәn әmәlә kәlәn boşalmalar nәticәsindә sәthin eroziya yeyilmәsinә elektroeroziya yeyilmәsi deyilir.

Müәyyәn olunmuşdur ki, bir sıra qovuşan cütlәrin sәthlәri eyni zamanda bir necә növ yeyilmәyә uğrayır. Bu onunla izah olunur ki, eyni hissәnin sәthi qeyribәrabәr yüklәnmiş olur. Lakin hәr bir hissәnin sәthindә әsasәn bir növ yeyilmәyә uğrayan vә daha cox yeyilәn sahә olur. Yeyilmәnin hәmin növü hissәnin yeyilmәyә davamlılığını vә yeyilmәnin intensivliyini müәyyәn edir.

Yeyilmә nәticәsindә sürtünәn sәthlәrdә ovulma, cızılma, qopma, laylanma vә s. kimi zәdәlәr әmәlә gәlir.

Sürtünmә sәthinin sürüşmә istiqamәtindә enli vә dәrin şırımlar şәklindә zәdәlәnmәsinә cırmaq deyilir.

Bәrk cismin cıxıntılarının vә ya bәrk hissәciklәrinin tә'sirindәn sürtünmә sәthlәrindә әmәlә gәlәn zәdәlәr cızılma adlanır.

Yorulma yeyilmәsi nәticәsindә materialın qoparaq sürtünmә sәthindә çuxurlar әmәlә kәlmәsinә ovulma deyilir.

Yeyintinin qiymәtinin ölçüsü üçün çәki itkisi, xarak-terik xәtti ölçünün kiçilmәsi, qovşaqda araqatının artması, görülәn işin hәcmi vә s. qәbul edilә bilәr.

Yeyintinin qiymәtinin onun baş verdiyi zaman inter valına nisbәti yeyilmә sür'әti, yeyintinin qiymәtinin onun baş vermәsi üçün keçilmiş yola vә ya görülmüş işin hәcminә nisbәti isә yeyilmәnin intensivliyi adlanır. Hәmin an-layışlara uyğun olaraq yeyilmәyәdavamlılıq vә ya nisbi yeyilmәyә davamlılıq tә'yin edilir.

Materialın, müәyyәn sürtünmә şәraitindә yeyilmә sür'әtinin vә ya yeyilmә intensivliyinin әks istiqamәtilә ölçülә bilәn xassәsinә yeyilmәyәdavamlılıq deyilir.

Eyni şәraitdә bir materialın yeyilmә intensivliyinin digər materialın yeyilmә intensivliyinә nisbәti nisbi yeyilmәyәdavamlılıq adlanır.

Yeyilәn mә'mulun vә ya onun tәrkib hissәsinin hәdd vәziyyәtinә uyğun hәdd yeyintisi, mә'mulun iş qabiliyyәtini qoruyub saxlaya bildiyi yeyinti yol verilәn yeyinti adlanır. İşqabiliyyәti halı dedikdә obyektin elә bir halı nәzәrdә tutulur ki, verilmiş funksiyaları yerinә yetirmә qabiliy-yәtini xarakterizә edәn bütün parametrlәr normativ-texniki vә ya konstruktor (layihә) sәnәdlәrinin tәlәblәrinә uyğun olsun. Hәdd vәziyyәti isә obyektin elә bir vәziyyәtidir ki, bu vәziyyәtdә onun istismarının davam etdirilmәsi vә ya iş qabiliyyәtinin bәrpası mümkün deyil vә ya da sәrfәli deyil.





Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə