Mülki müdafiənin təmin edilməsi haqqında


VI. RƏHBƏR, KOMANDİR-RƏİS HEYƏTLƏRİNİN VƏ MÜTƏXƏSSİSLƏRİNİN MÜLKİ



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
temin 1998

VI. RƏHBƏR, KOMANDİR-RƏİS HEYƏTLƏRİNİN VƏ MÜTƏXƏSSİSLƏRİNİN MÜLKİ 
MÜDAFİƏ KURSLARINDA HAZIRLANMASI 
6.1. Azərbaycan Respublikasının, Naxçıvan MR-nin, rayon (şəhər), kənd və qəsəbələrin
eləcə də nazirliklərin, dövlət komitələri, baş idarələr, istehsalat birlikləri, şirkətlər, 
assosiasiyalar, elmi təşkilatlar və təhsil müəssisələri və mülkiyyət formasından asılı olmayaraq 
bütün təsərrüfat obyektləri rəhbərlərinə, mütəxəssislərinə mülki müdafiə sahəsində qarşıda 
duran vəzifələri yerinə yetirmək qaydalarını öyrətməyin əsas forması — onları mülki müdafiə 
kurslarında hökmən hazırlanmasını təşkil etməkdir.
25
6.2. Mülki müdafiə kurslarının fəaliyyəti xüsusi əsasnamə ilə müəyyən edilir. 
6.3. Əhalinin mühafizəyə hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi 
məqsədilə Mərkəzi mülki müdafiə kursu Avropa Şurasının İri Miqyaslı Qəzalar üzrə Qismən 
Açıq Sazişinin (AŞ QAS) Bakıda sınaqdan keçirilən Tədris-İnformasiya Mərkəzi ilə birgə 
fəaliyyət göstərir. 
VII. ƏLAVƏ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLALANLARA MÜLKİ MÜDAFİƏNİN 
ÖYRƏDİLMƏSİ
26
 
7.1. Əlavə təhsil müəssisələrində təhsilalanlara mülki müdafiənin öyrədilməsinin əsaslarını 
sülh və müharibə dövrlərindəki fövqəladə hallarda onların öz əsas işinə və mülki müdafiə üzrə 
vəzifələrinə müvafiq olaraq mühafizə tədbirlərini həyata keçirmək vərdişlərinin qazanması 
məqsədilə aparılan əməli məşğələlər təşkil edir.
 27


7.2. Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris prosesinə 
“Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi” kursu, ictimai 
və humanitar təmayüllü təhsil müəssisələrində isə “Mülki müdafiə” kursu daxil edilir. 
Məşğələlər həm bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər fənnlər ilə 
kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən, müstəqil hazırlıq saatlarında 
keçirilir. Məşğələlər fəal tədris metodları və hesablayıcı texnikanın geniş tətbiqi ilə aparılır.
 28
7.3. Mülki müdafiə kursunun öyrədilməsi proqram həcmində yoxlama ilə, yaxud yoxlama 
işi (referat) yazmaqla başa çatdırılır. Fövqəladə hallarda müəssisənin (sahənin) idarə edilməsi və 
onun sabit işinin təmin olunması məsələləri dinləyicilərin buraxılış işlərinə ayrıca bölmə kimi 
daxil edilir. 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə