Mülki müdafiənin təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABINETİNİN QƏRARI
“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının 2-ci
bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara
alır:
1. “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”.
“Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və
təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi Qaydaları”;
“Azərbaycan Respublikasında fövqəladə hadisələrdən
müdafiə sahəsində əhalinin
hazırlanması Qaydaları” təsdiq edilsin.
2. “Azərbaycan Respublikasında əhalinin mülki müdafiəyə hazırlanması haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 703 nömrəli qərarı
qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 sentyabr 1998-ci il
№ 193
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi
QAYDASI
1. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydasını
müəyyən edən
sənədlər Azərbaycan Respublikasının mülki müdafiə planı və Azərbaycan Respublikasının illik
mülki müdafiə tədbirləri planıdır.
2. Azərbaycan Respublikasının mülki müdafiə planı Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər nazirliklər cəlb
olunmaqla Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən işlənib hazırlanır
və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur.
1
3. Azərbaycan Respublikasının mülki müdafiə planı fövqəladə hadisələr zamanı
ölkədə
mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir. Planda fövqəladə hadisələr nəticəsində
yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla
əhalinin mühafizəsinin təşkili,
fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz
işlərin yerinə yetirilməsinin təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə
məntəqələrindən və rabitə kanallarından istifadə olunması, xəbərdarlıq siqnallarının verilməsi
qaydası və s.) barədə əsas göstərişlər öz əksini tapır.
4. Mülki müdafiə planları bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, mülkiyyət
formasından asılı olmayaraq təsərrüfat
obyektlərində tərtib edilir, hər il əsas göstəriciləri
dəqiqləşdirilməklə, 5 il müddətinə qüvvədə qalır.
5.
Bundan əlavə, ölkənin mülki müdafiə üzrə tam hazırlığını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının illik mülki müdafiə tədbirləri planı
tərtib olunur və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir.
2
6. Planda cari ildə müvafiq icra hakimiyyəti orqanları, təsərrüfat obyektləri və təhsil
müəssisələri rəhbərləri tərəfindən keçiriləcək
mülki müdafiə təlimləri, məşqlər, yoxlamalar və
digər tədbirlər, onların keçirilmə tarixləri müəyyən edilir.
3
7. Təsdiq olunmuş plan əsasında bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də
hüquqi şəxslər tərəfindən ilkin mülki müdafiə üzrə planlar
tərtib edilib Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və yaxud onun yerli təşkilatları ilə razılaşdırılır və
həyata keçirilir.
4
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR