kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə
mülki müdafiə üzrə dərəcələr verilmir.
10. Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki
müdafiə üzrə dərəcələrə aid
ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim edirlər.
11.
Azərbaycan
Respublikasının
İqtisadiyyat
Nazirliyi
təsərrüfat
obyektlərinin
razılaşdırılmış ümumi siyahısını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə göndərir.
12. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində
verilir.
13. Şəhərlərin mülki müdafiə üzrə qruplara aid edilməsi və təsərrüfat obyektlərinə dərəcələr
verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi üçün sənədlər təqdim edilərkən bu
Qaydalar rəhbər tutulmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə
təsdiq edilmiş Qaydalara
Dostları ilə paylaş: