2. Obyektlərdə
keçirilən əməli məşğələlərin, mülki müdafiə təlimləri və məşqlərinin əsas
növləri bunlardır:
2.1. mülki müdafiə normativlərinin yerinə yetirilməsi — normativlər adətən ayda bir dəfə
mülki müdafiə məşğələsi zamanı öyrədilir;
2.2. rəhbər heyətin mülki müdafiə məşqləri — ildə bir dəfə keçirilir və belə məşqlər zamanı
rəhbər heyət obyektin mülki müdafiə planına əsasən özünün xidməti vəzifələrini dəqiq öyrənir;
məşqə obyektin MM qərargahı, MM xidmətlərinin rəhbər heyətləri
və hərbiləşdirilməmiş
dəstələrin komandir-rəis heyəti cəlb edilir;
2.3. kompleks mülki müdafiə təlimləri hər üç ildən bir, 2— 3 gün ərzində aşağıdakı
obyektlərdə keçirilir: işçilərinin sayından asılı olmayaraq,
mülki müdafiə üzrə dərəcəli
obyektlərdə və kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə; işçilərinin sayı 300
nəfərdən artıq
olan dərəcəsiz obyektlərdə; çarpayılarının sayı 200-dən artıq olan müalicə-
profilaktika
müəssisələrində.
Təlimə
obyektin
rəhbər,
komandir-rəis
heyətləri,
hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyati, dəstələrə cəlb
olunmayan işçilər cəlb edilir,
habelə obyektin ətrafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər;
2.4. qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumi təhsil, ilk peşə-ixtisas
təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrindən başqa) üç ildən bir 8 — 10 saat davam
edən obyekt mülki müdafiə məşqləri keçirilir.
Məşqlərə obyektin rəhbər, komandir-rəis
heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyəti, dəstələrə cəlb olunmayan işçilər və
təhsil alan gənclər cəlb edilir;
12
2.5. hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə əməli məşğələlər — yüksək hazırlıqlı
dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir — kompleks təlim və ya obyekt məşqi 8 saat
həcmində keçirilir;
2.6. ümumi təhsil,
ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrində
isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin təhsil müəssisələrinin illik tədris
planlarında da nəzərdə tutulur;
13
2.7. hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə məşq ildə
iki dəfə keçirilir.
Dostları ilə paylaş: