Multikulturalizm azərbaycan


MULT İKULTURALİZM İLİ-2016



Yüklə 1,11 Mb.
səhifə2/32
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#51614
1   2   3   4   5   6   7   8   9   ...   32

 

MULT

İKULTURALİZM İLİ-2016

   

 

 



 

  Elektron resurslar 



 

Əlavələr: Multikulturalizmlə bağlı qəbul olunmuş rəsmi sənədlər. 

 V

əsaitdə multikulturalizm mövzusuna dair Azərbaycan,  rus və ingilis dilində 



444  adda 

ədəbiyyatın  biblioqrafik  təsviri    verilmişdir  ki,  bunun  267-si  Azərbaycan 

(46 kitab, 221 dövri m

ətbuat məqaləsi), 168-i isə (9 kitab, 159 qəzet məqaləsi) rus, 12 

ədəbiyyat  isə  ingilis  dilindədir.  Göstəricidən  istifadəni  asanlaşdırmaq  məqsədilə 

kitablar  mü

əllif  və  sərlövhəyə  görə  əlifba  ardıcıllığı  ilə,  dövri  mətbuatda  çıxan 

m

əqalələr isə əks xronoloji qaydada  düzülmüşdür. 



Mövzu  üzr

ə  biblioqrafik  təsvirlər  Respublika    Gənclər  Kitabxanasının,  Milli 

Kitabxananın  və  Prezident  Kitabxanasının  elektron  kataloqundakı  bazalardan 

götürülüb.  

V

əsaitdən    ali  və  orta  ixtisas  məktəbinin  tələbə  və  müəllimləri,  orta  məktəbin 



yuxarı sinif şagirdləri və müəllimlər, həmçinin bu mövzu ilə maraqlananlar  istifadə 

ed

ə bilərlər.  



Göst

əricinin tam mətni kitabxananın elektron saytında (ryl.az) yerləşdirilmişdir. 

V

əsait  barədə  öz  rəy  və  təkliflərini    bildirən  oxucu  və  mütəxəssislərə  əvvəl-



c

ədən minnəttarlığımızı bildiririk.

  

 

 



Ünvan: Az 10

65, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203          

Tel.: (+994 012) 538 02 47; 538 54 57; 538 93 54                                                                  

E-mail: ryl.az@mail.ru                                                                                                             

URL: www.ryl.az 

 

 



 

 

 




 

MULT

İKULTURALİZM İLİ-2016

   

 

 



 

Multikulturalizm Az



ərbaycanın dövlət                                    

siyas

əti və həyat tərzidir 

Multikulturalizm Az

ərbaycanın dövlət siyasəti və 

h

əyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada 

tanınmış multikulturalizm mərkəzlərindən biridir. 

İlham Əliyev,  

Az

ərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan  çoxmillətli, qonaqpərvər bir diyardır.  Burada  tarixən  birgə  yaşayan 

xalqlar,  toplumlar  özlərini  azad,  firavan  hiss  ediblər.  Çünki,  onlar  özlərinə  həmişə 

tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. 

Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz 

dini  inanclarına  uyğun  ibadət  edir,  heç  bir  ögey  münasibətlə  üzləşmədən  müxtəlif 

sahələrdə  öz  töhfələrini  verirlər.

 

Müxtəlif  dövrlərdə  ölkəmizdə  qeyri-islam  dinindən 



olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda 

da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini 

konfessiyalar  arasındakı  münasibətlərin  kökündə  bir-birinin  dini  inancı  və  mənəvi 

dəyərlərinə dərin hörmət dayanır.

 

Bu da onu deməyə əsas verir ki, Azərbaycan multi-



kulturalizmin  əsas  məkanlarından  biridir.  Məzmunca  multikulturalizm  ənənələri 

Azərbaycanda  əsrlər  boyu  həmişə  mövcud  olub.Bəs  multikulturalizm  nədir?  Sözün 

semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi- çox, culture- 

mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, 

dini-

mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. 



Multikulturalizmin  əsasını  tolerantlıq,  qanunlara,  bir-birinin  azadlığına  hörmət 

hissi  təşkil  edir.  Elmi  ədəbiyyatda  verilən  məlumata  görə,  multikulturalizm  anlayışı 

çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada 

meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. 



Multikulturalizm

eyni  bir  ölkədə  yaşayan  müxtəlif    xalqların  nümayəndələri-

nin 

mədəniyyət  hüquqlarını  tanıyan  humanist  dünyagörüşü  və  ona  uyğun  olan  siya-



sətdir.  O,  ayrıca  götürülmüş  ölkədə  və  bütövlükdə  dünyada  müxtəlif  millətlərə  və 

məzhəblərə  məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və 

harmonizasiyasına,  azsaylı  xalqların  dövlətlərin  milli  mədəniyyətinə  inteqrasiyasına 

yönəldilmişdir.  Humanist  və  demokratik  nəzəriyyə  yaxud  ideologiya  olaraq  multi-

kulturalizm 

tolerantlığın təcəssümüdür ki, onsuz humanizm,  yüksək fərdi və beynəl-

xalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zəngin-

ləşmə,  dostluq  və  əməkdaşlıq  mümkün  deyil.  Multikulturalizm  müəyyən  birləşmiş 




 

MULT

İKULTURALİZM İLİ-2016

   

 

 



 

c



əmiyyət  daxilində  etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklərin  qorunmasına  və 

inkişafına yönələn bir siyasətdir.  

Multikulturalizmin  “sivilizasiyalararası  dialoq”,  “tolerantlıq”  mövzusu  ilə  oxşar 

və fərqli cəhətləri bəs nədir ? 

Bir  çox  minilliklərlə  ölçülən  təkamül  nəticəsində  ruhi  mədəniyyət  bəşəriyyətin 

sosial  inkişafının,  intellektual  və  mənəvi  tərəqqisinin  universal  əsası  olmuşdur.  O, 

informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak 

sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq 

münasibətlər  mədəniyyətinə  böyük  təsir  göstərir.  Mədəni  mübadilə  və  qarşılıqlı 

zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi 

qanunauyğunluqlarını  bilmə  və  yaradıcı  şəkildə  istifadə  etmə  qloballaşma  şəraitində 

Azərbaycanın davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri 

və praktik əhəmiyyət kəsb edir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların 

dialoqunun  zəruri  alətidir.  Digər  mədəniyyətlərin  mahiyyətini,  xüsusiyyətlərini, 

tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nüma-

yəndələrinə  hörmət  mümkün  deyil,  qarşılıqlı  anlaşma,  mədəniyyətlərin  və  sivilizasi-

yaların dialoqonu qurmaq mümkün deyil. 

Avropa 


və  bəzi  qərb  dövlətləri  multikulturalizmi  idarə  etməyin  kifayət  qədər 

mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Bəzi xalqların 

nümayəndələri  bu  və  ya  digər  dövlətlərin  milli  mədəniyyətinə  nə  assimilyasiya,  nə 

inteqrasiya  olmağı  arzu  etmirlər.  Bu  vəzifənin  həlli  üçün  bütün  dünyada  “Homo 

sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid beynəlxalq proqramının 

bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. 

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş 

multukulturalizm  siyasəti  olmadan  sabit  inkişaf  edə  bilməzlər.  Bunun  sübutlarından 

biri  Azərbaycan  Respublikasının  inkişafıdır  ki,  burada  Azərbaycanın  milli  mədəniy-

yətinə  müvəffəqiyyətlə  inteqrasiya  olan  müxtəlif  xalqların  nümayəndəlləri  harmonik 

inkişaf  edirlər.  Multikulturalizmdən  imtina  etmək  yaxşı  heç  nə  vəd  etmir,  çünki  bu, 

təəssüf  ki,  bütün  dünyada  getdikcə  artan  anlaşılmazlığa,  fobiyaya,  qarşıqoymaya  və 

qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. 

Azərbaycan  nadir  ölkələrdən  biridir  ki,  eyni  zamanda,  həm  İslam  Əməkdaşlıq 

Təşkilatının,  həm  də  Avropa  Şurasının  üzvüdür.  Azərbaycan  dünyəvi  müsəlman 

ölkəsidir.  İslam  bizim  müqəddəs  dinimizdir  və  biz  öz  dinimizə,  ənənələrimizə,  kök-

lərimizə böyük hörmətlə yanaşırıq. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-

cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim 

kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik 

Şəki  şəhərinin  yaxınlığında  yerləşir.  Pravoslav  və  katolik  kilsələri,  sinaqoqlar, 

atəşpərəstlər  məbədi  -  bütün  bunlar  Azərbaycanın  mədəni  irsinin  tərkib  hissəsidir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə