Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti


Müasir dövrdə dinin yeri və roluna dair nəzəriyyələr



Yüklə 55,37 Kb.
səhifə15/19
tarix06.06.2023
ölçüsü55,37 Kb.
#115750
1   ...   11   12   13   14   15   16   17   18   19
Multikulturalizm cavab Multikulturalizm? giri?” f?nninin predmet

27.Müasir dövrdə dinin yeri və roluna dair nəzəriyyələr
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür.
Sekulyarlaşma nəzəriyyəsi “Sekulyarlaşma” termini latın dilində “dünyəvi” mənasına gələn “saecularis” sözündən yaranmışdır. Tarixdə ilk dəfə “sekulyarlaşma” termini XVII əsrdə istifadə olunmuşdur. İlk vaxtlar, bu termin kilsənin torpaq mülkiyyətinin dünyəvi hakimiyyətin idarəçiliyi altına keçməsi anlamında işlədilirdi. Zamanla sekulyarlaşma anlayışı daha geniş mənalar qazandı. Sosiologiya elmində sekulyarlaşma dedikdə, cəmiyyət və fərdlərin dinin təsirində azad olunması nəzərdə tutulur. Sekulyarlaşma nəzəriyyəsinə görə, elm və texnologiyanın inkişafı, bəşəriyyətin tərəqqisi nəticəsində yer üzündə dünyəviləşmə prosesləri get-gedə güclənəcək, nəticədə din bir dünyagörüşü kimi tamamilə yoxa çıxacaqdır. Hələ Ogüst Kont (1798-1857), Karl Marks (1818- MÜASİR DÖVRDƏ DİN 197 1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber (1864-1920) kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.

Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə