Münaqişələrin və stressin idarə edilməsi Mövzu: plan



Yüklə 1,75 Mb.
səhifə2/3
tarix23.05.2022
ölçüsü1,75 Mb.
#87698
1   2   3
Nəhmətzadə Əli 760A2 - Menecment sərbəst iş

Münaqişələrin yaranması yalnız sosial köklərlə bağlı deyildir, iqtisadi amillər də əsas rola malikdir. Münaqişələr, bir qayda olaraq, tərəflərin mövqe və mənafelərinin ziddiyəti, uyğun gəlməməsi üzündən baş verirlər .
Bu baxımdan münaqişənin meydana gəlməsişəraiti yalnız əmlak, maddi, pulla ifadə olunan mənafe və dəyərlərlə deyil, həm də müəyyən hakimiyyət statusuna malik olmaq üçün və yaxud nüfuz qazanmaq üçün süni olaraq da yaradıla bilər. Sosial münaqişələr sosial gərginlikdən doğur. Sosial gərginlik isə ayrı-ayrı işçilərin, fərdlərin, sosial qrupların tələbatının, məramlarının ödənilməsi ilə bağlıdır.
Münaqişə, münaqişə situasiyasının xarakterindən asılı olaraq adi sosial səviyyədə, normada, kritik, kulminasiya dərəcəsində, açıq və qızğın formada ola bilər. Münaqişələr yalnız işçilər, sosial qruplar arasında deyil, həm də dövlətlə dövlət müəssisələri, dövlətlə qeyridövlət müəssisələri, dövlətlə gizli iqtisadiyyat strukturları, müdiriyyətlə işçilər, menecerlərlə fəhlələr, fəhlə qrupları arasında da ola bilər.
Bazar iqtisadiyyatına keçid şəraitində münaqişə situasiyaları intensiv olaraq güclənir. Bu bir tərəfdən muzdlu işçilərin, vətəndaşların, təsərrüfat subyektlərinin qanuna zidd hərəkətləri, digər tərəfdən isə münaqişə fenomenini lazımi səviyyədə dərk etməməkdən, bu problemə kompleks, sosial-psixoloji, sosial-idarəçilik baxımından yanaşılmaması ilə əlaqədardır.
Bazar münasibətləri şəraitində münaqişələrin elmi təhlilində, tənzimlənməsində emosiyaların öyrənilməsinin də böyük əhəmiyyəti vardır.
Belə şəraitdə mənfi emosiyalar (gələcəyə inamın olmaması, əsəbilik, həyəcan, yalan, alçalma, biganəlik, yorğunluq, qorxu), müsbət emosiyalardan (inam, ümid, etimad, məğrurluq, gümrahlıq, qorxmazlıq, həyata maraq, təmkinlik, sakitlik) üstünlük təşkil edir. Bu isə münaqişə situasiyasını xeyli dərəcədə mürəkkəbləşdirir, adi münaqişələri (istər işdə, istər ailə-məişət və işdən kənar mühitdə) kriminal səviyyəyə çatdırmış olur. Münaqişənin xarakteri müxtəlif fəaliyyət sferalarında müxtəlif səviyyəli emosiyalarla şərtlənir.
Dünyanın ən məşhur psixoloqları insanın daxili aləmini tam dolğunluğu ilə öyrənə bilməmişlər. Deməli, insanın psixologiyasını öyrənmək onun anatomiyasını öyrənməkdən çətindir. Bazar münasibətləri şəraitində risklər, gözlənilməz hadisələr mənfi psixoemosional, stres hallarını çoxaltmışdır. Belə vəziyyət insanın mərkəzi idarəedici orqanı olan beyninə mənfi təsir edir, fizioloji sistemini aşındırır, xroniki yorğunluq yaradır.
Stresi insan üçün bazar sisteminin, risklərin sanki ölçüsü adlandırmaq olar. Belə hal, mütəxəssislərin fikrinə görə, ürək-damar sisteminin pozulmalarına, adamların intellektual imkanlarının məhdudlaşmasına gətirib çıxarır.
Ayrı-ayrı təşkilatlarda baş verən ağır situasiyalar adamları stres vəziyyətinə salır, situasiyaların özü isə nəzarətdən çıxmış olur. Problemin həlli gecikəndə və yaxud tapılmayanda, yeni stres vəziyyəti yarana bilir. Əgər problem operativ qaydada həll olunarsa, stres öz başlanğıc fazasında qalar, pik səviyyəsinə çatarsa da tezliklə sönə bilər.
Münaqişələr tarixən müxtəlif səbəblər üzündən mövcud olmuş və davam etmişdir. Lakin bazar münasibətləri şəraitində rəqabətin gərginləşməsi, iqtisadi proseslərdə qeyri-müəyyənlik, spontan (gözlənilməz, qəfil) halların çoxalması, münaqişələrə yeni qaydada təkan vermişdir. Ona görə də indi, sənayecə inkişaf etmiş bir çox ölkələrdə firma və şirkətlərin işçi heyətinin ştat cədvəlinə münaqişəşünas işçi ştatı əlavə edilmişdir.
Münaqişələr bir qayda olaraq tərəflərin mövqe və mənafelərinin ziddiyəti, uyğun gəlməməsi üzündən baş verir. Həmin münaqişələr sırf şəxsi mənafe zəminində baş verdikdə firmalarda, hər hansı bir əmək193 kollektivində qarşıdurmalara, əksliklərə, ziddiyyətlərə və nəticə etibarilə dağıdıcı qüvvəyə çevrilə bilər. Bununla yanaşı, münaqişələr rəqabət qabiliyyətli məhsul istehsalı və firmanın digər önəmli istehsal maliyyə problemləri, heyətin idarə edilməsi kimi məsələlər zəminində meydana çıxdıqda müsbət, konstruktiv əhəmiyyət kəsb edə bilər.
Buradan görünür ki, münaqişələr həm funksional (faydalı, yaradıcı) və həm də disfunksional (faydasız, dağıdıcı) ola bilərlər.
Bununla belə, gündəlik təcrübə göstərir ki, bir çox hallarda münaqişələr psixoloji zəmində: inciklik, əsassız iddialar, emosiyalar və menecerlərin şıltaqlığı nəticəsində də baş verə bilər.
Məhz bu amillərə görə, nəzərə alınmalı olan ən vacib prinsipial məsələ, münaqişələrə tipinə (şəxsiyyətlərarası, şəxsiyyətdaxili, şəxsiyyətlə qruparası, qruplararası), səbəblərinə (resursların məhdudluğu, əmək kollektivlərinə müxtəlif qaydada yanaşma, psixoloji fenomen, peşəkarlığın, rəhbərliyin aşağı səviyyədə olması) və modelinə (situasiya, insident, funksional və disfunksional, idarə edilən və ya idarəedilməz) görə sistemli qaydada yanaşılmasıdır.
Münaqişələrin idarə edilməsi bilavasitə onların xarakterləri ilə bağlıdır. Münaqişələr müxtəlif olduqca (məsələn, münaqişəli davranış, qanunauyğun,
təsadüfi, həqiqi, qondarma-yalançı, təşkilati-idarəçilik, sosial, siyasi, iqtisadi münaqişələr) onların idarə edilməsi də çətinləşir.
Münaqişənin idarə edilməsi aşağıdakı istiqamətlərdə aparılır:
  • Xəbərdarlıq;

  • 2. Səbəblərin araşdırılması;
    3. Münaqişənin yumşaldılması, dayandırılması;
    4. Münaqişənin konkret olaraq tənzimlənməsi (kompromis);
    5. Münaqişənin inzibati həlli.

Münaqişənin idarə edilməsində ən başlıca məsələ ona obyektiv yanaşılmasıdır. Bunun üçün münaqişə situasiyası haqqında olan informasiyalar leqallaşmalı, ona düzgün qiymət verilməlidir. Münaqişənin bu və ya digər istiqamətdə dağıdıcı təsiri neytrallaşdırılmalıdır. Münaqişələr idarəçiliyin, o cümlədən müəssisə idarəçiliyinin bütün mərhələlərində tənzimlənməlidir. Tənzimləmə prosesində problem, situasiya, onun ssenarisi, münaqişənin öz məntiqi, gediş xarakteri, birinci növbədə nəzərə alınmalıdır. Münaqişənin idarə edilməsində təşkilatı-hüquqi formalar və mexanizmlərlə yanaşı, demokratik mədəniyyətin, yaradıcı iş üslubunun və s. tətbiqinin böyük əhəmiyyəti vardır.
Stresin idarə edilməsində onu törədən səbəblərin sistemli halda öyrənilməsi vacibdir. Burada işçinin icra etdiyi işin nəticələrinə görə öhdəliyi, məsuliyyəti, işçinin funksional rolundakı anlaşılmazlıq, ayrı- ayrı situasiyalarla bağlı münaqişələr, həmkarları və müdiriyyətlə qarşılıqlı əlaqəsi, stresi törədən başlıca amillər kimi qiymətləndirilməlidir. Ona görə də, həm bütövlükdə təşkilat, həm də hər bir işçi və sahibkar üçün səmərəli davranış meyarları, modelləri müəyyən edilməlidir.
Müəssisədə münaqişələrin olmaması üçün zəruri şərtlər: birincisi, sosial-iqtisadi siyasət, gəlirlər və əmək haqqı problemlərinin razılaşdırılması; ikincisi, muzdlu işçilərin istehsalın idarə edilməsində iştirakının təmin edilməsi; üçüncüsü, əmək və həyat şəraitinin yaxşılaşdırılmasıdır. Firmalarda münaqişələr əsasən danışıq yolu ilə həll olunur. Sağlam ünsiyyət anlayışının işçi və rəhbər münasibətlərində böyük rolu vardır. Bir sıra sosial, psixoloji və soisal-psixoloji problemlər sağlam ünsiyyətlə həll olunur. Ünsiyyətin xarakteri, ziddiyyətli xassəsi, bir tərəfdən şəxsiyyətin təbiəti ilə bağlıdırsa, digər tərəfdən sosial-iqtisadi sistemlərin xarakteri ilə müəyyən olunur. Çünki ünsiyyət bir-birini inkar edən sosial şərait daxilində sağlam və səmimi ola bilməz.
Bu baxımdan, ünsiyyət istehsal münasibətlərinin xarakterindən xeyli dərəcədə asılıdır. Bununla yanaşı, insan münasibətlərinin genetik aspektləri və əsasları müəyyən insani münasibətlər, habelə bioloji davranışdan irəli gələn tarixi köklərlə də bağlıdır. Bəlkə, elə buna görə də, bəzi Qərb müəllifləri insanda dəyişilməz vəhşi heyvani hisslərin olduğunu sübut etməyə çalışırlar.
Kollektivdə münaqişə yaranarkən bir qayda olaraq, aşağıdakı eyni situasiyalar yaranır:
1. Kollektivin birlikdə işlədiyi iş daha ümumi olmur, hər kəs özü üçün işləyir, dost köməyi “dəbdə” olmur.
2. Işçilər bir-birinə etibar etmir, şəxsi və iş planları barədə fikirlərini bölüşmürlər.
3. Söhbət zamanı əsasən mənfi faktlar gətirilir, həmsöhbət iş yoldaşının ünvanına yaxşı sözlərdənsə pis sözləri daha çox söyləyir.
Bu əlamətlərin hər biri ciddi siqnaldır. Bu halda münaqişəni ləğv etmək hələ gec deyil. Bunun üçün təyin edilmiş iş rejimini bir az dəyişmək lazımdır. Münaqişələrin həllinin bir neçə effektiv üsulları vardır. Onları 2 kateqoriyaya bölmək olar: struktur və şəxslərarası (psixoloji) üsullar .
Struktur üsullar, bilavasitə işə aid olan tələblərin izahı və həll edilməsidir. Bu, disfunksional münaqişənin qarşısını alan ən yaxşı üsullardan biridir. Hər bir işçidən və bölmədən hansı nəticələrin gözlənildiyini izah etmək lazımdır. Bura əldə olunacaq nəticələrin səviyyəsi, müxtəlif informasiyanın kim tərəfindən verilməsi və alınması, səlahiyyətlər və məsuliyyətlər sistemi, siyasət, üsullar və qaydaların dəqiq müəyyən edilməsi kimi kəmiyyətlər də əlavə edilməlidir. Belə ki, rəhbər bu sualları təkcə özü üçün aydınlaşdırmamalı, həm də tabelikdə olanlara çatdırmalıdır ki, bu və ya digər situasiyada onlar necə hərəkət etməli olduqlarını bilsinlər və hansı nəticələr əldə etməyin vacibliyini başa düşsünlər.

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə