Beynəlxalq İpək Yolu
40
münasibətləri olan SSRĠ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə
diplomatik münasibətlər yaratdı. Həmin münasibətlərin müxtəlif sahələr üzrə
bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı ki, bu bəyannamə
Azərbaycan-Yaponiya əlaqələrinin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir
göstərdi.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Yaponiya
dövlətimizlə əməkdaĢlığa baĢlayan ilk dövlətlərdən biri olmuĢdur. Yaponiya
Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımıĢ, iki
ölkə arasında diplomatik əlaqələr isə 7 sentyabr 1992-ci ildə qurulmuĢdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki
dövlət arasındakı əlaqələrin demokratik prinsiplər əsasında yenidən
qurulmasına önəmli töhfə vermiĢdir. Azərbaycan Prezidenti Heydər Əliyev
Yaponiyanın BaĢ naziri Ryutaro HaĢimotonun dəvəti ilə 24-28 fevral 1998-ci
ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olmuĢdur. Yaponiyanın Tokio və Kioto
Ģəhərlərini əhatə edən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev
bu ölkənin imperatoru əlahəzrət Akihito, baĢ nazir HaĢimoto,
hökumətin bir çox
üzvləri, o cümlədən bu ölkənin çoxsaylı investorları, iĢ adamları ilə görüĢüb
danıĢıqlar aparmıĢdır.
Məruzədə ulu öndərimizin tarixi hadisə kimi qiymətləndirilən
sözügedən səfərinin təfsilatları, bu səfər zamanı imzalanmıĢ yeddi əsas sənəd
geniĢ Ģəkildə iĢıqlandırılacaqdır. Məhz bu səfər nəticəsində ölkələrimiz
arasındakı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə
qarĢılıqlı maraq əsasında inkiĢaf etdiyi göstəriləcəkdir.
Açar sözlər: Azərbaycan, Azərbaycan-Yaponiya əlaqələri, əməkdaĢlıq,
beynəlxalq aləm
NAXÇIVAN ġƏHƏRĠNĠN ĠPƏK YOLU ĠLƏ ĠQTĠSADĠ-MƏDƏNĠ
ƏLAQƏLƏRĠ
NURLANƏ BEYBUDOVA
Naxçıvan
Dövlət Universiteti
nurlana.89@bk.ru
Böyük Ġpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi,
ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu
yolun keçdiyi ərazilərdən biri də ġərqlə Qərb arasında mühüm məntəqə sayılan
və Azərbaycanın qədim zamanlardan inkiĢaf etmiĢ mədəniyyət, ticarət və
sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Yaxın ġərqin ticarət
mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq ġərq ölkələrini
əlaqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçmiĢdir.
Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm
Tezislər
41
coğrafi-strateji mövqedə yerləĢən ərazidir. Bunu vaxtilə bu ərazidən keçən
beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.
Tədqiqatlar və hazırki zamanda yerləĢdikləri coğrafi mövqe də təsdiq
edir ki, bu Ģəhərlər, əsasən, ərazidən keçən mühüm ticarət yollarının üzərində
yerləĢmiĢlər. Bu Ģəhərlərin bəzisi yarandıqdan sonra ticarət və sənətkarlıq
mərkəzinə çevrilsə də, bəzilərinin yaranmasında Ģəhərin salındığı ərazidən
keçən ticarət yollarının mühüm rolu olmuĢdur. Qədim və orta əsr müəlliflərinin
əsərlərində verilən məlumatlar da təsdiq edirlər ki, Ģəhərlər, əsasən, ərazidən
keçən ticarət yollarının üzərində salınmıĢ, ticarət və sənətkarlıq mərkəzləri kimi
inkiĢaf etmiĢlər.
Bu yol üzərində yerləĢən yaĢayıĢ yerləri və qəbir abidələrində aparılan
arxeoloji qazıntılar zamanı külli miqdarda baĢqa ölkələrdən gətirilən avadanlıq
(pullar, bəzək əĢyaları, silahlar, möhürlər, metal və gil qablar, fil sümüyü və
rəngli daĢlardan hazırlanan fiqurlar və sair) tapılmıĢdır.
Ticarət yolları üzərində daĢınan mallar dəyərinə görə müxtəlif
əmtəələrin adı ilə simvolizə olunurdu. Tarixi mənbələrdə ―ipək‖, ―çay‖,
―baharat‖, ―ətriyyat‖, ―ĢüĢə‖, ―Həcc‖ yolu və sair kimi adlandırılan karvan
yolunun ən iĢlək qollarından biri uzun müddət ġərq və Qərb ölkələrinin böyük
maraqla qarĢıladıqları Naxçıvan duzunun da daĢındığı Duz yolu olmuĢdur.
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əĢyaları, incə
naxıĢlı ağ qablar, keramika məmulatları, duz, mis, pambıq, taxıl, quru meyvə,
balıq və sair məhsullar Azərbaycanın digər Ģəhərlərinə, qonĢu Cənubi Qafqaz
regionlarına və Yaxın ġərq bazarlarına aparılırdı. Naxçıvanın əlveriĢli coğrafi
mövqeyi, zəngin təbii ehtiyatları, Ģəhərin əsrlər boyunca ölkənin həyatında
mühüm rol oynaması ona yenidən inkiĢaf üçün zəmin yaratmıĢdır. Təsadüfi
deyil ki, ġərqin ən qədim Ģəhər mədəniyyət mərkəzlərindən olan Naxçıvan
Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi,
iqtisadi və mədəni zəminlə
əlaqədar olmuĢdur.
Naxçıvanda olan qədim tarixi memarlıq abidələrimiz yüksək zövq və
ustalıqla bərpa olunmuĢdur ki, bunların da bir çoxu vaxtilə Böyük Ġpək Yoluna
xidmət edən abidələr siyahısındadır. Bunlar sırasında Xanəgah Memarlıq
Kompleksi, Naxçıvanın orta əsr körpüləri, Əlincə qalası, Naxçıvanqala
möhtəĢəmliyi ilə seçilir.
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin
dünya əhəmiyyətli abidələr siyahısına salınması elmi və məntiqi baxımdan
bölgəmizin daha geniĢ Ģəkildə təbliğinə Ģərait yarada bilər. Naxçıvan bütün
tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini
birgə yaĢamıĢdır və yaĢamaqda davam edir. Erməni iĢğalları nəticəsində
Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, 90-cı illərin
əvvələrindən baĢlayaraq Muxtar Respublikanın ermənilər tərəfindən
blokadaya alınması, onu böyük çətinliklərlə üz-üzə qoymuĢdur. Lakin uzun