Beynəlxalq İpək Yolu
42
sürən ağır blokada Ģəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra
bilməmiĢ, əksinə daha da mətinləĢdirmiĢdir.
Açar sözlər: Azərbaycan,Naxçıvan, Ġpək yolu,
ticarət
Tezislər
43
TARĠX, ARXEOLOGĠYA VƏ ETNOQRAFĠYA
NAXÇIVAN AZƏRBAYCANDA DÖVLƏTĠN YARANMASINADƏK
OLAN DÖVRDƏ
(ən qədim zamanlardan – e.ə. IV minilliyədək)
ĠSMAYIL HACIYEV
AMEA Naxçıvan
Bölməsi
ismayil_haciyev@yahoo.com
Naxçıvan ərazisi ən qədim insanların yaĢadığı bir bölgə olmuĢdur. Son
illərə qədər Qazma mağarasından əldə edilmiĢ maddi-mədəniyyət nümunələri
əsas götürüldüyündən Naxçıvan ərazisində insanların 80-90 min il bundan
əvvəl məskunlaĢması deyilirdi. Arxeoloji tədqiqatlar müəyyən etdi ki, Naxçıvan
ərazisində insanların məskunlaĢması aĢağı paleolit dövrünə, təxminən 500-300
min il bundan əvvələ aid edilir. Tədqiqatlarla sübut edilmiĢdir ki, qədim Qazma
sakinləri qəbilə icmalarının yaranması ərəfəsində olmuĢdur. Qəbilə icması
ibtidai sürüyə nisbətən irəliyə doğru bir addım olub, insanların həyatında bir
sıra yeniliklərlə müĢayiət olunurdu. Qəbilə icmasının ilkin dövründə qadının
rolu yüksək olduğuna görə, bu dövr matriarxat – ana xaqanlığı dövrü kimi də
xarakterizə olunur.
Naxçıvanın təbii-coğrafi Ģəraiti, orta paleolitə aid abidələrin aĢkar
edilməsi burada yuxarı paleolit və mezolit dövründə də həyatın davam etməsini,
ilk nəsli quruluĢun meydana gəlməsini söyləməyə əsas verir.
―Neolit inqilabı‖ (e.ə. VIII – e.ə. VI minillik) ilə insanların təsərrüfat
həyatında böyük bir hadisə baĢ verdi, istehlak təsərrüfatından istehsal
təsərrüfatına keçid yarandı.
Naxçıvan ərazisində hələlik neolitin orta və son dövrünə aid tapıntılar
əldə edilmiĢdir. I Kültəpə bütün Qafqazda ―neolit inqilabı‖nın ilk abidəsi kimi
tanınır. Kültəpə abidəsinin Qafqazda ilkin istehsal təsərrüfatı ilə bağlı ən qədim
yaĢayıĢ yeri olması təsdiq edilir.
Azərbaycanda eneolit dövrü e.ə. VI-IV minilliyin ortalarını əhatə edir.
Çox maraqlıdır ki, Azərbaycanda son neolit və eneolitin tarixinin öyrənilməsi I
Kültəpə abidəsindən baĢlanır. Naxçıvanın unikal abidələrindən olan Duzdağ da
eneolit dövrünə aid edilir. Duzdağ dağ-mədən sənayesinin meydana gəlməsinin
ilkin dövrünü əks etdirməklə, istehsal təsərrüfatının daha da inkiĢafını sübut
edir.
Azərbaycanın eneolit abidələri həmin dövrdə mövcud olan ictimai
münasibətləri əks etdirməklə eyni zamanda, onun qonĢu mədəniyyətlərlə
əlaqələrini də aĢkar etmiĢdir. Ubeyd tayfalarının Azərbaycan ərazisinə
miqrasiyası Naxçıvanı da əhatə etmiĢdir.
Ġlk tunc dövrünün yaranması ilə yeni ictimai münasibətlərin təĢəkkülü
də geniĢlənir. Bu dövr Azərbaycanda Kür-Araz mədəniyyəti ilə xarakterizə
Beynəlxalq İpək Yolu
44
olunur. Ġlk tunc dövrünə aid I Kültəpə ilə yanaĢı II Kültəpə, AĢağı DaĢarx,
Ovçulartəpəsi və s. nekropollar qeydə alınmıĢdır. MəĢhur Gəmiqaya
təsvirlərinin xronologiyasında da eneolit və ilk tunc dövrünə aid piktoqramlar
mühüm yer tutur.
Ġlkin tunc dövründə Azərbaycanda dövlətin formalaĢmasının baĢa
çatması üçün Ģərait meydana gəlmiĢdir. Naxçıvana aid materialların nəzərdən
keçirilməsi
göstərir ki, bölgə bu prosesdə fəal rol oynamıĢdır.
Açar sözlər:
Arxeoloji tədqiqatlar, Qəbilə icması, ―neolit inqilabı‖, I
Kültəpə, neolit, eneolit,
tunc dövrü
GĠLANÇAY KÖRPÜLƏRĠ
FƏXRƏDDĠN SƏFƏRLĠ
AMEA Naxçıvan Bölməsi
hacifexreddin@yahoo.com.tr
KeçmiĢdə ticarət karvanlarının, insanların hərəkətini asanlaĢdırmaq
üçün və hərbi məqsədlərlə çaylar üzərində körpülər salınırdı. Naxçıvan
bölgəsində üzərində çoxlu körpü salınan çaylardan biri də Gilançaydır.
1. Aza körpüsü. Aza və Darkənd kəndlərini birləĢdirən Aza körpüsü
qırmızımtıl rəngli yonulmuĢ yerli dağ daĢından beĢ aĢırımlı Ģəkildə inĢa
edilmiĢdir. Böyük Ġpək Yolu ilə hərəkət edən ticarət karvanlarına və əhaliyə
xidmət edən bu körpünü tikinti texnikasına görə XVI-XVII yüzilliklərə aid
etmək olar.
2. Biləv körpüsü. Biləv kəndinin cənubunda, Gilançay üzərində orta
əsrlər zamanı inĢa edilmiĢ, uzunluğu təxminən 60 metr, eni 4 metrə yaxın,
hündürlüyü 7-8 metr olan körpü Böyük Ġpək yolunun üstündə, mühüm karvan
yollarının qovĢağında yerləĢməklə ticarət karvanlarına və yerli əhaliyə xidmət
edirdi. Körpünün inĢasını I ġah Abbasla (1587-1629) əlaqələndirirlər.
3
. Gilançay körpüsü. Bu körpü əhalinin və ticarət karvanlarının gediĢ -
gəliĢini asanlaĢdırmaq məqsədi ilə Ordubad rayonunun Gilançay kəndindən bir
az Ģimalda inĢa edilmiĢdir. Hazırda qalan mərkəz dayağına əsasən demək olar
ki, körpü möhtəĢəm olmuĢdur. Səfəvilər dövründə inĢa edilmiĢdir.
4. Ələhi körpüsü. Ordubad rayonunun ən ucqar kəndlərindən olan Ələhi
kəndindəki bu körpü çatmatağlı formada, kobud Ģəkildə yonulmuĢ
boz rəngli
dağ daĢından inĢa edilmiĢdir. Ġki aĢırımlıdır. Qərb tağ böyük, Ģərq tağ kiçik
ölçülüdür. Körpünün uzunluğu 30 metr, eni 3 metr, hündürlüyü 6,5 metrdir.
XVI-XVII əsrlərdə inĢa edildiyi ehtimal olunur.
5. I Bist körpüsü. Bist kəndində dövrümüzədək iki körpü qalmıĢdır.
ġərti olaraq I Bist körpüsü adlandırılan körpü qaba Ģəkildə yonulmuĢ boz rəngli
dağ daĢından və biĢmiĢ kərpicdən yarım dairə formada inĢa edilmiĢdir. Bir