MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə19/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
42 
sürən  ağır  blokada  Ģəraiti  Naxçıvanın  və  naxçıvanlıların  iradəsini  qıra  
bilməmiĢ, əksinə daha da mətinləĢdirmiĢdir.  
Açar sözlər: Azərbaycan,Naxçıvan, Ġpək yolu, ticarət 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Tezislər 
 
43 
TARĠX, ARXEOLOGĠYA VƏ ETNOQRAFĠYA 
 
NAXÇIVAN AZƏRBAYCANDA DÖVLƏTĠN YARANMASINADƏK 
OLAN DÖVRDƏ 
 (ən qədim zamanlardan – e.ə. IV minilliyədək) 
ĠSMAYIL HACIYEV 
AMEA Naxçıvan Bölməsi 
 ismayil_haciyev@yahoo.com 
 
 
Naxçıvan ərazisi ən qədim insanların  yaĢadığı bir bölgə olmuĢdur. Son 
illərə  qədər  Qazma  mağarasından  əldə  edilmiĢ  maddi-mədəniyyət  nümunələri 
əsas  götürüldüyündən  Naxçıvan  ərazisində  insanların  80-90  min  il  bundan 
əvvəl məskunlaĢması deyilirdi. Arxeoloji tədqiqatlar müəyyən etdi ki, Naxçıvan 
ərazisində insanların məskunlaĢması aĢağı paleolit dövrünə, təxminən 500-300 
min il bundan əvvələ aid edilir. Tədqiqatlarla sübut edilmiĢdir ki, qədim Qazma 
sakinləri  qəbilə  icmalarının  yaranması  ərəfəsində  olmuĢdur.  Qəbilə  icması 
ibtidai  sürüyə  nisbətən  irəliyə  doğru  bir  addım  olub,  insanların  həyatında  bir 
sıra  yeniliklərlə  müĢayiət  olunurdu.  Qəbilə  icmasının  ilkin  dövründə  qadının 
rolu  yüksək olduğuna görə, bu dövr matriarxat  – ana xaqanlığı  dövrü kimi də 
xarakterizə olunur. 
 
Naxçıvanın  təbii-coğrafi  Ģəraiti,  orta  paleolitə  aid  abidələrin  aĢkar 
edilməsi burada yuxarı paleolit və mezolit dövründə də həyatın davam etməsini, 
ilk nəsli quruluĢun meydana gəlməsini söyləməyə əsas verir. 
 
―Neolit  inqilabı‖  (e.ə.  VIII  –  e.ə.  VI  minillik)  ilə  insanların  təsərrüfat 
həyatında  böyük  bir  hadisə  baĢ  verdi,  istehlak  təsərrüfatından  istehsal 
təsərrüfatına keçid yarandı.  
Naxçıvan  ərazisində  hələlik  neolitin  orta  və  son  dövrünə  aid  tapıntılar 
əldə edilmiĢdir. I Kültəpə bütün Qafqazda ―neolit inqilabı‖nın ilk abidəsi kimi 
tanınır. Kültəpə abidəsinin Qafqazda ilkin istehsal təsərrüfatı ilə bağlı ən qədim 
yaĢayıĢ yeri olması təsdiq edilir. 
 
Azərbaycanda  eneolit  dövrü  e.ə.  VI-IV  minilliyin  ortalarını  əhatə  edir. 
Çox maraqlıdır ki, Azərbaycanda son neolit və eneolitin tarixinin öyrənilməsi I 
Kültəpə abidəsindən baĢlanır. Naxçıvanın unikal abidələrindən olan Duzdağ da 
eneolit dövrünə aid edilir. Duzdağ dağ-mədən sənayesinin meydana gəlməsinin 
ilkin  dövrünü  əks  etdirməklə,  istehsal  təsərrüfatının  daha  da  inkiĢafını  sübut 
edir.  
 
Azərbaycanın  eneolit  abidələri  həmin  dövrdə  mövcud  olan  ictimai 
münasibətləri  əks  etdirməklə  eyni  zamanda,  onun  qonĢu  mədəniyyətlərlə 
əlaqələrini  də  aĢkar  etmiĢdir.  Ubeyd  tayfalarının  Azərbaycan  ərazisinə 
miqrasiyası Naxçıvanı da əhatə etmiĢdir.  
 
Ġlk  tunc  dövrünün  yaranması  ilə  yeni  ictimai  münasibətlərin  təĢəkkülü 
də  geniĢlənir.  Bu  dövr  Azərbaycanda  Kür-Araz  mədəniyyəti  ilə  xarakterizə 


Beynəlxalq  İpək Yolu  
 
 
44 
olunur.  Ġlk  tunc  dövrünə  aid  I  Kültəpə  ilə  yanaĢı  II  Kültəpə,  AĢağı  DaĢarx, 
Ovçulartəpəsi  və  s.  nekropollar  qeydə  alınmıĢdır.  MəĢhur  Gəmiqaya 
təsvirlərinin  xronologiyasında  da  eneolit  və  ilk  tunc  dövrünə  aid  piktoqramlar 
mühüm yer tutur. 
 
Ġlkin  tunc  dövründə  Azərbaycanda  dövlətin  formalaĢmasının  baĢa 
çatması  üçün  Ģərait  meydana  gəlmiĢdir.  Naxçıvana  aid  materialların  nəzərdən 
keçirilməsi göstərir ki, bölgə bu prosesdə fəal rol oynamıĢdır.  
Açar sözlər: Arxeoloji tədqiqatlar, Qəbilə icması, ―neolit inqilabı‖, I 
Kültəpə, neolit, eneolit, tunc dövrü 
 
 
GĠLANÇAY KÖRPÜLƏRĠ 
FƏXRƏDDĠN SƏFƏRLĠ 
AMEA Naxçıvan  Bölməsi                                                                                          
hacifexreddin@yahoo.com.tr 
 
KeçmiĢdə  ticarət  karvanlarının,  insanların  hərəkətini  asanlaĢdırmaq 
üçün  və  hərbi  məqsədlərlə  çaylar  üzərində  körpülər  salınırdı.  Naxçıvan 
bölgəsində üzərində çoxlu körpü salınan çaylardan biri də Gilançaydır.  
1.  Aza  körpüsü.  Aza  və  Darkənd  kəndlərini  birləĢdirən  Aza  körpüsü 
qırmızımtıl  rəngli  yonulmuĢ  yerli  dağ  daĢından  beĢ  aĢırımlı  Ģəkildə  inĢa 
edilmiĢdir.  Böyük  Ġpək  Yolu  ilə  hərəkət  edən  ticarət  karvanlarına  və  əhaliyə 
xidmət  edən  bu  körpünü  tikinti  texnikasına  görə    XVI-XVII  yüzilliklərə  aid 
etmək olar.  
            2.  Biləv  körpüsü.  Biləv  kəndinin  cənubunda,  Gilançay  üzərində  orta 
əsrlər  zamanı  inĢa  edilmiĢ,  uzunluğu  təxminən  60  metr,  eni  4  metrə  yaxın, 
hündürlüyü 7-8 metr olan  körpü Böyük Ġpək yolunun üstündə, mühüm karvan 
yollarının qovĢağında  yerləĢməklə ticarət  karvanlarına və  yerli əhaliyə xidmət 
edirdi. Körpünün inĢasını I ġah Abbasla (1587-1629) əlaqələndirirlər. 
          3.  Gilançay  körpüsü.  Bu  körpü  əhalinin  və  ticarət  karvanlarının  gediĢ  - 
gəliĢini asanlaĢdırmaq məqsədi ilə Ordubad rayonunun Gilançay kəndindən bir 
az Ģimalda inĢa edilmiĢdir.  Hazırda qalan mərkəz dayağına  əsasən demək olar 
ki, körpü möhtəĢəm olmuĢdur. Səfəvilər dövründə inĢa edilmiĢdir. 
 
4. Ələhi körpüsü. Ordubad rayonunun ən ucqar kəndlərindən olan Ələhi 
kəndindəki bu körpü çatmatağlı formada,  kobud Ģəkildə  yonulmuĢ boz rəngli 
dağ  daĢından  inĢa  edilmiĢdir.  Ġki  aĢırımlıdır.  Qərb  tağ  böyük,  Ģərq  tağ  kiçik 
ölçülüdür.  Körpünün  uzunluğu  30  metr,  eni  3  metr,  hündürlüyü  6,5  metrdir. 
XVI-XVII əsrlərdə inĢa edildiyi ehtimal olunur.  
 
5.  I  Bist  körpüsü.  Bist  kəndində  dövrümüzədək  iki  körpü  qalmıĢdır. 
ġərti olaraq I Bist körpüsü adlandırılan  körpü qaba Ģəkildə yonulmuĢ boz rəngli 
dağ  daĢından  və  biĢmiĢ  kərpicdən  yarım  dairə  formada  inĢa  edilmiĢdir.  Bir 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə