MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə20/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Tezislər 
 
45 
aĢırımlıdır. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. XVII əsrə 
aid etmək olar.  
 
6.  II  Bist  körpüsü.  Yuxarıdan  çatma  tağla  tamamlanan  formada  inĢa 
olunmuĢ  körpünün  tikilməsində  əsasən  dağ  daĢından  istifadə  olunmuĢdur. 
Çatma  hissəsi  yonulmuĢ  dağ  daĢı  ilə  iĢlənmiĢdir.  Cənub  tərəfdəki    həmin 
daĢlardan  birinin  üzərində  bərpa  ili  -  ―1869‖  tarixi  yazılmıĢdır.  Uzunluğu  23 
metr, eni 10 metr, hündürlüyü 4 metrdir.  
 
7-8. I və II Sumbatan körpüləri. Bir – birindən təxminən 300 metr aralı 
məsafədə  inĢa  edilən  hər  iki  körpü  indiki  Sabirkənd  kəndinin  cənubunda 
yerləĢən və hazırda qalıqları qalan  Sumbatan Ģəhəri ilə Gilançayın sol sahilində 
yerləĢən  Kələntər  Dizə  kəndini  birləĢdirmiĢ,  Araz  çayı  boyunca  Ordubad-
Sədərək  marĢrutu  ilə  və  əksinə  hərəkət  edən  ticarət  karvanlarına,  həmçinin  
əhaliyə xidmət etmiĢdir. Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və 
yayılmasına  əsasən  deyə  bilərik  ki,  bu  körpülər  Aza  körpüsündən  daha 
möhtəĢəm,  təxminən  100  metr  uzunluğunda  olmuĢdur.  Eni  təxminən  4  metr 
olan hər iki körpünün ġərq dayaqları  hazırda Sabirkəndin  ərazisinə daxil olan 
yerlərdə,  möhkəm  qayalardan  ibarət  təbii  özül  üzərində  qərar  tutubmuĢ. 
Körpülərin XIII-XIV əsrlərdə inĢa edildiyini ehtimal etmək olar.  
 
Açar sözlər: Naxçıvan, Aza körpüsü, Biləv körpüsü, Ələhi körpüsü
Gilançay körpüsü 
 
 
V.QRĠQORYEVĠN “NAXÇIVAN ƏYALƏTĠNĠN STATĠSTĠK TƏSVĠRĠ” 
ƏSƏRĠNDƏ ƏHALĠNĠN MƏġĞULĠYYƏTĠ VƏ TĠCARƏT 
MƏSƏLƏLƏRĠ 
HACI QADĠR QƏDĠRZADƏ  
                                                                       AMEA Naxçıvan Bölməsi 
                                                                       hqadirzade@yahoo.com.tr 
 
 
Naxçıvan  tarixinin  öyrənilməsində  önəmli  dövrlərdən  biri  1828-ci  il 
Turkmənçay müqaviləsi ilə bölgənin ruslar tərəfində iĢğalı ilə bağlıdır. Bu dövr 
bir  tərəfdən  siyasi-hərbi  cəhətdən  Azərbaycanın  bölüĢdürülməsi,  etnik-dini 
münasibətlərdə  yeni  baxıĢların  formalaĢması,  milli-etnik  yerdəyiĢmələr, 
demoqrafik  məsələlərlə  xarakterikdirsə,  digər  tərəfdən  iĢğalaqədərki  və  ondan 
sonrak  ilk  illərdə  ölkənin  sosial-iqtisadi  vəziyyətinin  tədqiqi  baxımından  da 
əhəmiyyətlidir.  Dövrə  aid  müfəssəl  mənbələrdən  biri  V.Qriqoryevin  1833-cü 
ildə  Peterburqda  nəĢr  edilmiĢ  əsəridir.  Əsər  Naxçıvan  tarixinin  müxtəlif 
problemləri ilə məĢğul olan araĢdırıcılar üçün dəyərli mənbələrdəndir. Təbii ki, 
tədqiqat zamanı onun yazıldığı siyasi-tarixi Ģəraiti, bir sıra məsələlərə məqsədli 
yanaĢılmasını ciddi Ģəkildə nəzərə almaq gərəkdir. Biz əvvəlki yazılarımızda da 
ondan  bəhrələnmiĢik.  Bu  yazıda  konfransın  ruhuna  uyğun  olaraq  o  dövrdə 
əyalətdə  əhalinin  məĢğuliyyəti,  xüsusən  ipəkçiliyin  inkiĢafı,  barama  qurdunun 


Beynəlxalq  İpək Yolu  
 
 
46 
becərilməsinin,  istehsalının    xalq  üsullarından,  onun    ticarət  məsələlərindən 
geniĢ  bəhs  etməyə  çalıĢmıĢıq.  Biz  belə  düĢünürük  ki,  boyük  iqtisadi 
əhəmiyyətini,  əhalinin  məĢğulluq  sahəsindəki  önəmli  yerini  nəzərə  alaraq 
Naxçıvanda ipəkçiliyin inkiĢafına xüsusi önəm verilməlidir. 
Əsərin  ciddi  əhəmiyyətindən  biri  onun  ümumiləĢdirici  xarakterə  malik 
olmaqla  tarixi  Naxçıvan  ərazisini  əsasən  əhatə  etməsidir.  Təbii  ki,  müəllif 
məsələləri o dövrkü inzibati-ərazi bölgüsünə uyğun araĢdırmıĢdır. Ona görə də 
ġərur  və  Sədərək  bölgələrinin  müəyyən  əraziləri  haqqında  məlumatlar 
verilməmiĢdir.  
 
Kitabda  ayrı-ayrı  məsələlərlə  bağlı  verilmiĢ  cədvəllər,  statistik 
məlumatlar  ciddi  elmi  əhəmiyyət  kəsb  edir.  Burada  yaĢayıĢ  məskənlərinin 
quruluĢu,  əhalinin  dini,  milli-etnik  tərkibi,  ermənilərin  əraziyə  köçrülməsi  ilə 
əlaqəli dəyərli məlumatlar vardır. 
Əsərdə  inzibati-ərazi  bölgüsünə  uyğun  olaraq  Naxçıvan  əyalətinin  iki 
dairəyə-Naxçıvan  və  Ordubad,  hər  dairənin  müxtəlif  mahallara  bölündüyü 
göstərilmiĢdir.  Burada  məĢğuliyyət    sahələri  ilə  yanaĢı  bazar  münasibətləri, 
bazarların quruluĢu, ticarət əlaqələri, əyalətdən satlığa çıxarılan mallarla yanaĢı 
bura  gətirilən  ərzaq  və  sənaye  məhsulları,  karvan  yolları  və  s.  ilə  bağlı  geniĢ 
məlumatlar vardır. Əhalinin məĢğuliyyətindən bəhs edərkən onun təbii-coğrafi 
Ģəraitə uyğun olaraq əkinçilik, maldarlıq, ev peĢəsi, ticarət, müəyyən qisminin 
kiçik manfaktura sahəsində çalıĢdığını görürük.  
 
AraĢdırmaya  cəlb edilən məsələlərdən biri də, ölçü, çəki vasitələri, pul 
vahidlərinin qarĢılıqlı münasibətləridir. Əsərdə ayrıca olaraq Rusya-Ġran ticarət 
münasibətləri ilə əlaqəli ayrıca baĢlıq vardır. 
Açar sözlər: Türkmənçay, statistik məlumat, təbii-coğrafi Ģərait, 
əkinçilik, maldarlıq 
 
 
YENĠ YOL YAġAYIġ YERĠNDƏ ARXEOLOJĠ ARAġDIRMALARI 
VƏLĠ BAXġƏLĠYEV, ZEYNƏB QULĠYEVA, RUHĠYYƏ RZAYEVA 
AMEA Naxçıvan Bölməsi 
velibahshaliyev@mail.ru 
 
 
2013-2014-cü  illərdə  aparılan  arxeoloji  araĢdırmalar  zamanı  Yeni  yol 
yaĢayıĢ  yerində  Neolit  və  Eneolit  dövrünə  aid  keramika  nümunələri  aĢkar 
olunmuĢdur.  YaĢayıĢ  yerində  mədəni  təbəqənin  xarakterini  müəyyən  etmək 
üçün 2014-cü ilin avqustunda 300 kv m sahədə araĢdırma aparılmıĢdır. Yeni yol 
yaĢayıĢ  yerindən  aĢkar  olunan  arxeoloji  tapıntıların  böyük  bir  qismi  keramika 
məmulatından  ibarətdir.  Vaxtilə  Yeni  yol  yaĢayıĢ  yerində  apardığımız 
araĢdırmalar  zamanı  Son  Neolit  dövrü  üçün  xarakterik  olan  keramika 
nümunələri  aĢkar  olunmuĢdu.  Arxeoloji  qazıntılar  zamanı  yeni  aĢkar  olunan 
keramika məmulatını baĢlıca olaraq iki qrupa bölmək olar. Birinci qrupdakılar 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə