MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Beynəlxalq  İpək Yolu  
 
 
38 
Qanunu  ilə  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  təsdiq  edildi  və  onun 
2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutuldu.  
Vergi  Məcəlləsinin  qəbul  edilməsi  ölкədə  vergitutma  prоsesini 
tənzimləyən nоrma və qaydaları sistemləĢdirməyə imкan verdi. Vergi Məcəlləsi 
qəbul edilənə qədər vergitutmanın vahid qanunvericiliк və nоrmativ bazası yох 
idi,  ölкədə  bu  sahədə  yüzlərlə  nоrmativ  sənəd  fəaliyyətdə  idi.  Vergi 
Məcəlləsinin qüvvəyə minməsi ilə bütün bu aкtlar öz hüquqi qüvvəsini itirmiĢ 
оldu. 
Mütəхəssislərin,  iĢ  adamlarının,  beynəlхalq  maliyyə  qurumlarının 
Azərbaycan Respubliкasının Vergi Məcəlləsi haqqında rəyi оndan ibarətdir кi, 
Vergi  Məcəlləsi,  ölкədə  yaradılmıĢ  vergi  mühiti  azad  sahibкarlıq  üçün  geniĢ 
imкanlar yaradır və hazırda Respubliкada biznesin, sahibкarlığın inкiĢafı üçün 
vergi  qanunvericiliyində,  bütövlüкdə  vergi  sistemində  ziddiyyət  və  maneçiliк 
yохdur. Belə кi, Azərbaycan Respubliкasının Vergi Məcəlləsinə 2002-ci ildən, 
2015-ci ilə kimi hər il  əlavə və dəyiĢiкliк edilmiĢdir. Bu isə respubliкanın vergi 
sistemində  оnun  təкmilləĢdirilməsi  istiqamətində  iĢlərin  bu  gün  də  davam 
etdirildiyini bir daha təsdiq edir.  
Belə  bir  nəticəyə  gəlmək  olar  ki,  həyata  keçirilən  kompleks  islahatlar 
nəticəsində  vergilərin  toplanmasında  son  illərdə  yaranmıĢ  geriliyin  aradan 
qaldırılmasına  nail olunmuĢ, dövlət büdcəsinə daxilolmaların artmasına müsbət 
təsir göstərmiĢdir. Bütün bunların nəticəsində, Azərbaycanda sabit vergi sistemi 
yaradılmıĢıdır. 
 
Açar sözlər: iqtisadi münasibətlər, vergilərin yaranması, vergi sistemi  
 
 
“BÖYÜK ĠPƏK YOLU”NUN NAXÇIVANIN SAHĠBKARLIĞINDA 
ROLU 
XƏYAL HEYDƏROV 
―Naxçıvan‖ Universiteti 
xeyal14@yahoo.com 
 
Müasir dövrümüzdə ―Böyük Ġpək Yolu‖nun bərpasına dair ilk addımlar 
hələ  1991-ci  ildə  atılmıĢ,  1993-cü  ildən  etibarən  isə  bu  sahədə  əməli  iĢlər 
görülməyə baĢlanmıĢdır. Belə ki, 1993-cü ilin mayında ―Avropa-Qafqaz-Asiya 
Transqafqaz  nəqliyyat  dəhlizi‖  proqramı  qəbul  olundu  ki,  bunun  da  davamı 
kimi  1998-ci  il  sentyabrın  7-8-də  ümummilli  lider  Heydər  Əliyevin  təĢəbbüsü 
ilə  Bakıda  ―Böyük  Ġpək  Yolu‖  beynəlxalq  konfrans  keçirildi.  Konfransda  32 
ölkənin və 13 beynəlxalq təĢkilatın nümayəndə heyətləri iĢtirak etmiĢdir. Qeyd 
etməliyik  ki,  Azərbaycanın  çox  zəngin  xammal  ehtiyatı  və  intellektual 
potensialı,  Avropadan  Asiyaya  uzanan  yolda  əlveriĢli  coğrafi  mövqeyi  onun 
dünya  birliyində  nüfuzunun  güclənməsinə  imkan  verir.  TRASEKA  proqramı 
çərçivəsində nəzərdə tutulan Avropa ilə  Asiya arasında körpü  rolunu oynayan 


Tezislər 
 
39 
―Böyük Ġpək Yolu‖nun bərpası, həmçinin Avropa, Qara dəniz, Xəzər dənizi və 
Asiya  regionlarında  təbii  ehtiyatlardan  istifadəyə  və  qarĢılıqlı  faydalı 
əməkdaĢlığa hər zaman kömək edəcəkdir. Ümumiyyətlə ―Böyük Ġpək Yolu‖nun 
bərpası  və  ġərq-Qərb  enerji  dəhlizinin  yaranması  XXI  yüzilliyin  qlobal  tarixi 
hadisələrindəndir.  Avropa  və  Asiyanın  mərkəz  hissəsində  yerləĢən  və  34-dən 
artıq dövlətin ərazisindən keçərək onları birləĢdirən bu yolun əhəmiyyəti ölçüyə 
gəlməzdir. 
25  ildən  artıqdır  ki,  Muxtar  Respublika  blokada  Ģəraitindədir.  Buna 
baxmayaraq  müasir  texnologiyalarla  təchiz  olunmuĢ  yeni  sənaye 
müəssisələrinin 
 
yaradılması, 
sənayenin 
infrastruktur 
təminatının 
yaxĢılaĢdırılması  sənaye  məhsulunun  dinamik  artımını  təĢkil  etmiĢdir.  Ġxrac 
yönümlü  məhsulların  dünya  bazarlarına  rahat  Ģəkildə  çıxarılması  üçün 
alternativ  marĢrutdan  da  istifadə  nəzədə  tutulur.  Bu  layihə  Bakı-Tbilisi-Qars 
dəmir  yolu  xəttinin  inĢasıdır.  Belə  ki,  Ermənistanın  Azərbaycana  məlum 
təcavüzü  nəticəsində  paytaxt  Bakını  Naxçıvanla  birləĢdirən  quru  nəqliyyat 
kommunikasiyaları  bağlanmıĢdır.  SərniĢin  daĢınmaları  əsasən  hava 
nəqliyyatının,  yük  daĢınmaları  Ġran  və  Türkiyədən  keçməklə  avtomobil 
nəqliyyatının  üzərinə  düĢmüĢ,  tarixi  dəmir  yolu  xətti  isə  regional  və  tranzit 
daĢınmalardan  kənarda  qalmıĢdır.  Ona  görə  də  Bakı-Tbilisi-Qars  dəmir  yolu 
xətti  layihəsi  ilə  bağlı  növbəti  plan  Qarsdan  Naxçıvana  ayrıca  bir  dəmir  yolu 
qolunun  çəkilməsini  də  aktual  bir  məsələyə  çevirir.  Bakı-Tbilisi-Qars  dəmir 
yolu  xəttinin  iĢə  düĢməsi  Azərbaycan  iqtisadiyyatına  o  cümlədən  Muxtar 
Respublika iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir. 
 
Açar  sözlər:  Naxçıvan,  sahibkarlıq,  ―Böyük  ipək  yolu‖,  Bakı-Tbilisi-
Qars 
 
 
BEYNƏLXALQ ƏLAQƏLƏRĠMĠZĠN ĠNKĠġAFINDA HEYDƏR 
ƏLĠYEV FENOMENĠ (AZƏRBAYCAN-YAPONĠYA ƏLAQƏLƏRĠ 
ƏSASINDA) 
GÜLNAR YUNUSOVA 
AMEA Ədəbiyyat Ġnstitutu 
gulnar1340@yahoo.com.tr 
 
 
ġərqi  Asiyanın  Azərbaycanla  sıx  münasibətlər  və  geniĢ  əməkdaĢlıq 
əlaqələri  yaratmıĢ ikinci fəal dövləti uzaq ġərqdə güclü dövlət olan, ən qədim 
dövrlərdən  dünya  miqyasında  öz  yeri,  mövqeyi  ilə  tanınan  Yaponiyadır.  Ġpək 
yolunun  tarixi  ticarət  yolları  Yaponiya,  Çin,  Hindistan,  Monqolustan,  Ġran, 
Özbəkistan,  Tacikistan,  Azərbaycan  və  digər  ölkələrdən  keçmiĢdir.    Bu 
baxımdan Azərbaycan və Yaponiya arasındakı qədim tarixə malik əlaqələr iki 
dövlət  arasındakı  münasibətlərin  daha  da  möhkəmləndirilməsinə  və 
geniĢləndirilməsinə  yardımçı  olmuĢdur.  Uzun  müddət  Yaponiya  ilə  gərgin 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə