MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

Tezislər 
 
55 
0,5  metrdən  2  metrə  qədər  dəyiĢirdi.  Kurqanların  düzülüĢündə  maraqlı  bir 
ardıcıllıq qeydə alınmıĢdır. Demək olar ki, hər bir böyük kurqandan sonra qərbə 
doğru  daha  kiçik  ölçülü  kurqan  qeydə  alınırdı.  Kurqanlar  arası  məsafə  5-10 
metr  və  daha  çox  aralığında  dəyiĢirdi.  Kurqanların  böyük  əksəriyytinin 
kromlexləri  kənd  əhalisi  tərəfindən  sökülərək    fərdi  evlərin  tikintisi  üçün 
istifadə edilib. Süzgünlər dərəsinin baĢında qeydə aldığımız 12 ədəd kurqandan 
yerüstü  material  kimi  heç  bir  maddi  mədəniyyət  nümunəsi  əldə  edilmədi. 
DağıdılmıĢ  kurqanlarda  belə  arxeoloji  materiala  rast  gəlinmədi.  Süzgünlər 
dərəsində  qeydə  alınan  bəzi  kurqanlar  öz  ölçülərinin  böyüklüyünə  və 
möhtəĢəmliyinə görə demək olar ki, Naxçıvan ərazisində bənzərinə çox az rast 
gəlinən bir kurqan tipləridir.  
Süzgünlər  dərəsində  iki  yaĢayıĢ  yeri  də  qeydə  alınmıĢdır.  YaĢayıĢ 
yerlərində dairəvi və dörd künc formada  iri və orta ölçülü daĢlardan hörülmüĢ 
tikili  qalıqları  qeydə alındı.  Yerüstü material  kimi,  saxsı  məmulatı və obsidian 
parçaları  aĢkar  olundu.  Saxsı  parçaları  Ovçular  təpəsi  keramikası  ilə  çox 
oxĢarlıq təĢkil edir.  
2014-cü  ilin  avqust-sentyabr  aylarında  Qarabağlar  kəndi  ərazisindəki 
Süzgünlər dərəsində aparılan arxeoloji tədqiqatlardan ilkin gəlinən nəticə ondan 
ibarətdir  ki,  abidə  çox  geniĢ  bir  ərazini  əhatə  edir.  Burada  həm  böyük  bir  
yaĢayıĢ yeri, həm də nekropol mövcud olmuĢdur. Yerüstü materiallara və qeydə 
alınan  kurqanların  formasına  görə  ilkin  olaraq  deyə  bilərik  abidə  ümumilikdə 
tunc dövrünə aiddir.  
Açar  sözlər:  Kurqan,  daĢ  qutu  qəbir,  dəfn  adəti,  kenotaf,  Süzgünlər 
dərəsi, Qarabağlar, Kəngərli rayonu. 
 
 
ERMƏNĠ VANDALLARI TƏRƏFĠNDƏN NAXÇIVAN ƏRAZĠSĠNDƏ 
DAĞIDILMIġ ĠPƏK YOLU ÜZƏRĠNDƏKĠ TARĠXĠ ABĠDƏLƏR VƏ 
YAġAYIġ MƏSKƏNLƏRĠ 
(1918-1920-CĠ ĠLLƏRDƏ) 
A
ZƏR 
ABASOV 
Bakı Dövlət Universiteti 
abasov.azer@mail.ru  
 
1917-1920-ci ilərdə ermənilər tərəfindən azərbaycanlılara qarĢı törədilən 
qanlı  qırğınlar  Naxçıvan  bölgəsində  daha  dəhĢətli  olmuĢdur.  Burada  erməni 
terrorizmi  daha  vandal  xarakter  daĢımıĢ,  müsəlman-türk  əhalisi  ilə  yanaĢı  bir 
zamanlar Ġpək yolunun inkiĢafına xidmət etmiĢ müsəlman türk memarlığının bir 
sıra ən möhtəĢəm nümunələri olan tarixi abidələrimiz də dağıdılmıĢdır.  
Culfa  rayonunun  Yaycı  kəndində  qanlı  qırğınlar  törədən  ermənilər 
kəndin yaxınlığında Araz çayı üzərindəki tarixi körpünü dağıdaraq yerlə-yeksan 
etmiĢlər.  Andranikin  dəstəsinin  Nehrəmə  hücumu  zamanı  kənd  ələ  keçirilə 


Beynəlxalq  İpək Yolu  
 
 
56 
bilməsə  də  yerli  əhali  üçün  ciddi  mənəvi  əhəmiyyətli  abidə  sayılan  Nehrəm 
Ġmamzadəsinə ciddi ziyan dəymiĢdi.  
Erməni  vandalları  nəinki  tarixi  abidələrimizi  hətta  bir  zamanlar  Ġpək 
yolu üzərində mühüm yaĢayıĢ məntəqəsi olmuĢ kəndləri, yaĢayıĢ məntəqələrini 
dağıntılara məruz qoymuĢlar.  Ġngilis, fransız müstəmləkəçilərinin əlaltısı olan 
Andronik  bu  dövrdə  türklərə  qarĢı  mübarizə  pərdəsi  altında  Naxçıvanın  Ģəhər 
və  kəndlərini  talan  edir,  insanları  kütləvi  Ģəkildə  qırırdı.  Süst,  ÇeĢməbasar, 
Tumbul  və  sairə  kəndlər  məhz  Andronikin  basqını  nəticəsində  dağıdılmıĢ, 
əhalisinin böyük əksəriyyəti isə öldürülmüĢdü. Culfa rayonundakı Yaycı, ġərur 
rayonundakı  Dəmirçi  kəndləri  məhz  belə  dağıntıya  məruz  qalmıĢ  kəndlərdən 
idi.    Ümumilikdə,  bu  dövrdə  Zəngibasarda  48,  Vedibasarda  118,  Dərələyəzdə 
74, ġərurda 76 kənddə dağıntılar və yanğınlar törədilmiĢdir.  
Açar  sözlər:  Naxçıvan,  soyqırım,  Ġpək  yolu,  abidələr,  yaĢayıĢ 
məskənləri  
 
 
QƏDĠM TÜRKLƏR VƏ ĠPƏK YOLU 
ELVĠN BABAYEV 
―Naxçıvan"  Universiteti 
vincent_2063@mail.ru 
 
Avropa  və  Asiya  qitələri  arasında  iqtisadi-ticarət  və  mədəni  əlaqələrin 
təmin  olunmasında  mühüm  rol  oynamıĢ   «Qədim  Ġpək  yolu»   türk  xalqlarının 
da  iqtisadi, siyasi və mədəni inkiĢafına böyük təsir göstərmiĢdir. «Böyük Ġpək 
Yolu»nun beynəlxalq əhəmiyyəti VII-X əsrlərdə, ərəb-müsəlman dövlətinin Çin 
və Hindistandan tutmuĢ Ġspaniyayadək geniĢ bir ərazini öz hakimiyyəti altında 
birləĢdirdiyi  dövrdə  daha  da  artır.  Vahid  dövlət  tərkibində  birləĢmiĢ  müxtəlif 
xalqların  ümumsiyasi  və  dini-mədəni  ünsiyyətə  cəlb  olunması  daxili  və 
beynəlxalq  ticarətlə  yanaĢı  baĢ  verirdi.  Orta  Asiya  türklərinin  o  dövr  həyatı 
haqqında tədqiqat  aparmıĢ akademik V.V.Bartoldun yazdığına görə ―müsəlman 
mədəniyyətinin ticarət əlaqələri vasitəsilə dinc yolla yayılması türklərin taleyinə 
müsəlman  silahının  uğurlarından  daha  artıq  təsir  göstərmiĢdir‖.  ―Böyük  Ġpək 
yolu‖  Azərbaycanın,  ümumiyyətlə  bütün  Türk  dünyasının  iqtisadi,  siyasi  və 
mədəni  inkiĢaf tarixində silinməz izlər qoymuĢdur.  Türk dünyasının ayrılmaz 
hissəsini  təĢkil  edən  Azərbaycan  da   "Qədim  Ġpək  yolu"  nun  fəaliyyətində  
mühüm rol oynamıĢdı. 
Qədim türk xalqlarının tarixini  tədqiq edən L.Qumilyov isə  yazırdı ki, 
563-cü  ildə  Yan  Tszyan  türkyutlarla  münaqiĢəyə  girərək  öz  siyasətinin 
istiqamətini  dəyiĢməyə  çalıĢdı.  O,  öz  niyyətini  belə  əsaslandırırdı:  «Türkyut 
döyüĢçüləri  nə  mükafat,  nə  də  cəzaya  əhəmiyyət  verirlər,  öz  rəislərinə 
lazımınca hörmət göstərmirlər, əksəriyyəti qayda-qanunu gözləmir. Onları idarə 
etmək çox çətindir. Buradan da aydın görünür ki, türkyutların qüdrəti haqqında 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə